Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-137/2023 28.02.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Ağayev Rəşad Vidadi oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X3, Zərərçəkmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X2 iştirakları ilə, xx.xx.1970-ci ildə Ağsu şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM) 510-cu maddəsi ilə inzibati xəta törətməsinə dair Ağsu rayon Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 xx.xx.2023-cü il tarixdə uca səslə ünvansız söyüşlər söyməklə ictimai qaydanı kobud şəkildə pozmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X4 izahat verərək göstərdi ki, Aynur Hasilova onun oğlu İsmayıl Zamanlının həyat yoldaşıdır. 2020-ci il tarixdə oğlu İ.Zamanlı ilə ailə həyatı qurmuşlar, 1 azyaşlı övladları var. Təxminən 4 ay öncə Aynur və oğlu bir yerdə yaşamışlar və onlar dolanmadığı üçün oğlu və gəlini onlardan ayrılıb ayrı yaşamışlar. X11 Rayon Prokurorluğuna şikayət etdiyi üçün xx.xx.2023-cü il tarixdə onu prokurorluğa dəvət etmişlər. O, Ağsu Rayon Prokurorluğunda Aynurun onun haqqında dediklərinin yalan olduğunu və Aynuru təhqir etmədiyini bildirmişdir. O, Aynuru söyməmiş və ya təhqir etməmiş və ictimai qaydanı pozmamışdır. Bu səbəbdən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 izahat verərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 16:30 radələrində Ağsu Rayon Prokurorluğunun qarşısında qayınatası X4 onun və ata-anasının ünvanlarına nalaiq ifadələr işlədərək onları söyüb təhqir etmiş, ondan uzaqlaşdıqdan sonra isə tanımadığı şəxslərin ünvanına ictimai yerdə ünvansız söyüşlər söyərək çıxıb getmişdir. Bu səbəbdən, onun barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə inzibati xəta haqqında toplanmış materialları araşdıraraq hesab edir ki, X2 İXM-in 510-cu maddəsi ilə qeyd olunan inzibati xətanı törətməkdə təqsiri tam sübut olunur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 izahatında göstərdi ki, xx.xx.2023cü il tarixdə saat 14:15-də tanımadığı bir xanım inzibati binaya yaxınlaşaraq Ramazan müəllimin qəbuluna gəldiyini bildirmişdir. O, Ramazan müəllimə bu haqda məlumat vermiş, xanım içəri daxil olmuş və həmin xanım bir qədər inzibati binada gözləmişdir. Təxminən yarım saat sonra orta yaşlı kişi, qadınla birlikdə ona yaxınlaşmış, Ramazan müəllimin yanına gəldiklərini bildirmiş, sonra müəllimin otağına getmişlər. Onlar otaqda olan zaman qadınla birlikdə gələn orta yaşlı kişi həkim Aynurla mübahisə edərək uca səslə əsəbi halda həkimə hədə-qorxu gəlmişdir. Daha sonra Aynur həkim getmiş, Səftər adlı şəxs isə çölə çıxıb öz-özünə uca səslə ünvansız söyüşlər söyərək çıxıb getmişdir. “İnzibati xəta haqqında” 28 fevral 2023-cü il tarixli, MN ******* saylı protokolla müəyyən olunur ki, X4 xx.xx.2023-cü il tarixdə uca səslə ünvansız söyüşlər söyməklə ictimai qaydanı kobud şəkildə pozmuşdur. Göründüyü kimi, X2 İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi, özünün etirafı, inzibati xəta haqqında protokol və digər iş materialları ilə təsdiq edilir. İXM-in 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat şəxsin İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi iş materialları əsasında sübuta yetirilmiş və onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. İXM-in 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. X2 əməlində inzibati məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hal yoxdur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, X2 törətdiyi inzibati xətanın hallarını, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, inzibati xətanın xarakterini və törədilmə şəraitini nəzərə alaraq, İXM-in 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh tədbiri – inzibati həbs tətbiq olunmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, X4 İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində inzibati həbs tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: X4 İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 06 (altı) gün müddətində inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. İnzibati qaydada həbsetmənin əvvəli 28 fevral 2023-cü il tarixdən, saat 10:30-dan hesablansın. Qərarın icrası Ağsu rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №3(016)-137/2023
Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-137/2023
28.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver