Məhkəmə qərarları › İş №3(016)-138/2025

Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-138/2025

19.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-138/2025 19.05.2025 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Əzizov Nemət Qamət oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən şəxs X3, Zərərçəkmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1973-cü ildə Ağsu rayonu, Bico kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təsilli, işsiz, subay, Ağsu rayonu, Bico kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM) 510-cu maddəsi ilə inzibati xəta törətməsinə dair Ağsu Rayon Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2025-ci il tarixdə səs-küy salıb, ünvanlı nalayiq ifadələr işlədərək ictimai qaydanı kobud şəkildə pozmuşdur. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X5 izahat verərək göstərdi ki, Şəxs xx.xx.2025-ci il tarixdə Ağsu rayonu, Bico kəndində qaynı arvadı X2 öz yaşadığı ünvanda nalayiq küçə söyüşləri ilə söyərək, onu təhqir etməsi barədə Xatirə Hacməmmədovanın müraciəti əsasında Əməliyyat İstintaq qrupu həmin ünvana getmiş və görmüşlər ki, Şəxs yenə də öz hərəkətlərinə davam edərək nalayiq küçə söyüşləri ilə söyərək, ictimai qaydanı pozur. Bu səbəbdən barəsində İXM-in 510-cu maddəsilə protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, o, işdən yorğun gəlmiş, qardaşının qızının gəldiyini görmüş onunla görüşmək istəmişdir. Qardaşı qızı onu danlamağa başlamış, o da, bilmədən danışmamasını, elə olmadığını bildirmiş, işə getmək üçün evdən çıxmışdır. Yolda mağazadan siqaret almış, yorğun olduğu üçün, evə qayıdıb biraz dincəldikdən sonra işə getməyi fikirləşmiş, gəlib evdə yatmışdır. Yuxudan oyananda polis əməkdaşlarının onu aparmağa gəldiyini görmüş və onlarla polis şöbəsinə gəlmişdir. O ümumiyyətlə həmin gün X2 görməmişdir. Barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 izahat verərək göstərdi ki, dəfələrlə Şəxs onu söyüb təhqir etmişdir. Spirtli içki aludəçisidir, 2-3 ay bundan əvvəl də onun barmağını sındırmış, iş polisə gəlmiş, lakin barışdıqları üçün iş məhkəməyə verilməmişdir. Ona cəza təyin edilməsini xahiş etdi. Məhkəmə clasında şahid qismində dindirilmiş X6 ifadə verərək göstərdi ki, xx.xx.2025-ci il tarixdə əməliyyat istintaq qrupunun üzvü olarkən Ağsu rayonu, Bico kəndində qeydiyyatda olan və yaşayan X4 DİN-in 102 xidməti zəng mərkəzinə müraciət edərək qaynı Famil Hacıməmmədovun münaqişə yaratmasını və onu təhqir etməsini bildirmişdir. RPŞ-nin məsul növbətçisi Elşən Rəhimlinin göstərişinə əsasən əməliyyatistintaq qrupunun üzvləri İTB-nin polis sahə rəisi Aydın Eyvazov və sürücü polis nəfəri, polis serjantı Elxan Həşimov ilə birlikdə qeyd olunan ünvana getmişlər. Şəxs onları görən kimi sərxoş vəziyyətdə ucadan səs-küy salıb ünvansız nalayiq küçə söyüşləri söyməyə başlamış, onlar vətəndaşı nizam-intizama dəvət edərək Növbətçi Hissəyə gətirmişlər. Məhkəmə inzibati xəta haqqında toplanmış materialları araşdıraraq hesab edir ki, Şəxs İXM-in 510-cu maddəsi ilə qeyd olunan inzibati xətanı törətməkdə təqsiri tam sübut olunur. İş matereallarında olan və məhkəmə iclasında tətbiq edilmiş: - “İnzibati xəta haqqında” 19 may 2025-ci il tarixli, MN ******* saylı protokolla müəyyən olunur ki, Şəxs xx.xx.2025-ci il tarixdə ictimai qaydanı kobud şəkildə pozmuşdur. - “İnzibati qaydada tutma haqqında” 18 may 2025-ci il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 02:10-da inzibati qaydada tutulmuşdur. Göründüyü kimi, Şəxs İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi, özünün etirafı, şahid ifadəsi, inzibati xəta haqqında protokol və digər iş materialları ilə təsdiq edilir. İXM-in 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat şəxsin İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi iş materialları əsasında sübuta yetirilmiş və onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. İXM-in 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlində inzibati məsuliyyəti yüngülləşdirən hal yoxdur. Şəxs əməlində inzibati məsuliyyəti ağırlaşdıran hal yoxdur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Şəxs törətdiyi inzibati xətanın hallarını, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, inzibati xətanın xarakterini və törədilmə şəraitini nəzərə alaraq, İXM-in 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh tədbiri – inzibati həbs tətbiq olunmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində inzibati həbs tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, 08 (səkkiz) gün müddətində inzibati qaydada həbs edilsin. İnzibati qaydada həbsetmənin əvvəli 18 may 2025-ci il tarixdən, saat 02:10-dan hesablansın. Qərarın icrası Ağsu rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar