Məhkəmə qərarları › İş №3(016)-139/2023

Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-139/2023

01.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-139/2023 01.03.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Ağayev Rəşad Vidadi oğlunun katibliyi, Ağsu Rayon Polis Şöbəsinin nümayəndəsi X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X5 iştirakı ilə, xx.xx.2004-cü ildə Ağsu şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM) 332.4-cü maddəsi ilə inzibati xəta törətməsinə dair Ağsu rayon Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X8 xx.xx.2023-cü il tarixdə, saat 10:22-də idarə etdiyi “VAZ 21074” minik markalı, **- VC-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Ağsu şəhəri, Vidadi küçəsində hərəkətdə olarkən əks-istiqamətli hərəkət zolağına çıxmaqla manevr etmə qaydasını pozduğu üçün X2 idarə etdiyi “Hyundai” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və nəticədə yol nəqliyyat hadisəsi baş vermişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X8 izahat verərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə atasına məxsus “VAZ 21074” minik markalı, **-VC-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Ağsu şəhəri, Vidadi küçəsində avtomobil təmir sexindən sola dönən zaman arxadan gələn Hyundai markalı **-PD-*** nömrə nişanlı avtomobil hərəkəti yolunda onunla toqquşmuşdur. Hadisəyə görə o, özünü günahkar bilir. Sürücülük vəsiqəsi yoxdur. Əməlindən səmimi peşmandır, barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə inzibati xəta haqqında toplanmış materialları araşdıraraq hesab edir ki, X5 İXM-in 332.4-cü maddəsi ilə qeyd olunan inzibati xətanı törətməkdə təqsiri tam sübut olunur. “İnzibati xəta haqqında” 27 fevral 2023-cü il tarixli, İXP ******* nömrəli protokolla müəyyən olunur ki, X8 xx.xx.2023-cü il tarixdə, saat 10:22-də idarə etdiyi “VAZ 21074” minik markalı, **-VC-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Ağsu şəhəri, Vidadi küçəsində hərəkətdə olarkən əks-istiqamətli hərəkət zolağına çıxmaqla manevr etmə qaydasını pozduğu üçün X2 idarə etdiyi “Hyundai” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və nəticədə yol nəqliyyat hadisəsi baş vermişdir. İş materiallarında olan 27 fevral 2023-cü il tarixli, 147 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, X4 hadisə baş verən zaman sərxoş olmamışdır. İş materiallarında olan 27 fevral 2023-cü il tarixli, 147 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, X8 hadisə baş verən zaman sərxoş olmamışdır. İş materiallarında olan 28 fevral 2023-cü il tarixli aktdan görünür ki, “Hyundai” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobilə təmir etməklə birlikdə 1.790 manat məbləğində ziyan dəymişdir. Beləliklə, N.Xasiyevin İXM-in 332.4-cü maddəsinin tələbini pozması, özünün səmimi etirafı, inzibati xəta haqqında protokol və digər iş materialları ilə də təsdiq edilir. Bu səbəbdən, məhkəmə hesab edir ki, onun hərəkətləri İXM-in 332.4-cü maddəsi ilə tövsif olunmalı və həmin maddənin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. İXM-in 332.4-cü maddəsinə əsasən, bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. X5 əməlində inzibati məsuliyyəti ağırlaşdıran hal yoxdur. X1 peşmanlığı inzibati məsuliyyəti yüngülləşdirən haldır. Barəsində tətbiq ediləcək inzibati tənbeh tədbirinin növünü müəyyən edərkən X5 şəxsiyyətini və səmimi peşmanlığını nəzərə alaraq, məhkəmə hesab edir ki, onun barəsində İXM-in 332.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə inzibati tənbeh tədbiri tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə vəİXM-in 40, 43, 48-51,114, 128-130-cu maddələrinəəsasən, məhkəmə QƏRARA ALDİ: X8 İXM-in 332.4-cü maddəsindən nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar