Məhkəmə qərarları › İş №3(016)-139/2025

Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-139/2025

03.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-139/2025 03.06.2025 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Əzizov Nemət Qamət oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1967-ci ildə Ağsu rayonu, Gəgəli kəndində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, evli, Ağsu rayonu, Gəgəli kəndində qeydiyyatda olan və yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM) 327.8-ci maddəsi ilə inzibati xəta törətməsi barədə Ağsu rayon Polis şöbəsi tərəfindən daxil olmuş inzibati protokola baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2025-ci il tarixdə, saat 17:30-da «Renault Megane» minik markalı, **-NP-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş xətalar nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarəti yetirməklə, İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında dindirilmiş Şəxs izahatında göstərdi ki, o, 18 mart 2025-ci il tarixdə saat 17:30 radələrində idarə etdiyi avtomobillə Ağsu şəhərindən Ağsu rayon Gəgəli kəndinə gedirmiş. Ağsu rayon Ərəbuşağı kəndinin giriş hissəsinə çatanda avtomobili ustaya göstərmək məqsədilə yenidən Ağsu şəhərinə qayıtmaq istəmiş, buna görə də o, kəndin giriş hissəsindən dönüb geri qayıtmaq məqsədilə avtomobili əvvəlcə yolun sağ tərəfinə, yəni Ağsu rayon Ərəbuşağı kəndinə gedən yolun başlanğıc hissəsinə tərəf sürmüş, sonra isə sükanı sola çevirib Ağsu-Gəgəli-Bico avtomobil yoluna çıxıb geri dönmək istəmişdir. O, əvvəlcə yola baxıb arxa tərəfdən hər hansı avtomobil gəlib-gəlməməsini yoxlamış, lakin avtomobil gəldiyini görməmişdir. Bundan sonra o, öz avtomobilini idarə edərək Ağsu-Gəgəli-Bico avtomobil yoluna çıxmışdır. O, Ağsu-Gəgəli-Bico avtomobil yoluna çıxıb geriyə dönmə əməliyyatı edən zaman qəfildən Vaz 2107 markalı avtomobil onun avtomobilinin qabaq sol hissəsinə dəymiş, toqquşma baş verdikdən sonra onun avtomobili yerində fırlanıb yolun sol tərəfində üzü Ağsu şəhəri istiqamətində dayanmışdır. Vaz 2107 markalı avtomobil isə yolun sol tərəfində olan boş sahəyə düşmüşdür. O, tez avtomobildən düşüb Vaz 2107 markalı avtomobildə olan uşaqların və qadınların avtomobildən çıxarılmasına köməklik etmişdir. Bundan sonra həmin yerə təcili tibbi yardım avtomobili gəlmiş və xəsarət alan şəxsləri Ağsu rayon Mərkəzi Xəstəxanasına aparmışdır. Hadisə zamanı idarə etdiyi avtomobildə sərnişin olmamışdır. Ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə inzibati xəta haqqında toplanmış materialları araşdıraraq hesab edir ki, Şəxs İXMin 327.8-ci maddəsi ilə qeyd olunan inzibati xətanı törətməkdə təqsiri tam sübut olunur. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - Ağsu rayon Polis şöbəsinin İstintaq Bölməsinin xx.xx.2025-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, toplanmıış material üzrə Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş, X1 barəsində cinayət işinin başlanması rədd edilmiş və inzibati qaydada tədbir görülməsindən imtina edilmiş, Şəxs əməlində İXM-in 327.8-ci maddəsinin tərkib əlamətləri olduğundan barəsində həmin maddə ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Ağsu RPŞ-nin DYPB-nə göndərilməsi qərara alınmışdır. - xx.xx.2025-ci il tarixli, İXP ******* saylı “İnzibati xəta haqqında” protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 17:30-da «Renault Megane» minik markalı, **-NP-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətini yetirməklə, İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İXM-in 327.8-ci maddəsinə əsasən, bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş “İnzibati xəta haqqında” protokol, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. İXM-in 32.2-ci maddəsinə əsasən, inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs İXM-in 327.8-ci maddəsinin sanksiyasının həddində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 327.8-ci maddəsi ilə təqsirli bilinib, 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar