Məhkəmə qərarları › İş №3(016)-14/2023

Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-14/2023

25.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-14/2023 25.01.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Ağayev Rəşad Vidadi oğlunun katibliyi ilə, xx.xx.1992-ci ildə Ağsu şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Ağsu şəhəri, 3cü məhəllə ünvanında qeydiyyatda olan və yaşayan X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM) 529.3-cü maddəsi ilə inzibati xəta törətməsi barədə Bakı Şəhəri Sabunçu Rayon Polis İdarəsi tərəfindən daxil olmuş inzibati protokola baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 xx.xx.2022-ci il tarixdə, saat 15:10-da “Ford Transit” yük markalı, “**-MM-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol nişanlarının tələblərinə riayət etməməsinə görə, İXM-in 327.1-ci maddəsinə əsasən barəsində xx.xx.2022-ci il tarixli qərarla cərimə tətbiq edilmiş və qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddət keçməsinə baxmayaraq, qanunla müəyyən edilmiş əsaslar olmadan həmin qərarı icra etməmişdir. Bununla da, İXM-in 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəmə iclasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə İXM-in 61.3-cü maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 15:10-da idarə etdiyi “Ford Transit” yük markalı, “**-MM-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol nişanlarının tələblərinə riayət etməməsinə görə, İXM-in 327.1-ci maddəsinə əsasən X2 barəsində cərimə tətbiq edilmişdir. İş materiallarında olan İXP seriyalı, ******* saylı “İnzibati xəta haqqında” protokoldan görünür ki, X2 xx.xx.2022-ci il tarixli qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddət keçməsinə baxmayaraq, qərarı icra etməmişdir. İXM-in 529.3-cü maddəsinə əsasən, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə - nəqliyyat vasitələrini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. İXM-in 529-cu maddəsinin Qeydinə əsasən, bu Məcəllənin 529.1-ci və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. İXM-in 145.1.4-cü maddəsinə əsasən, İXM-də şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yarandıqda iş üzrə icraata xitam verilir. “Asanpay” ödəniş sistemindən görünür ki, X2 xx.xx.2022-ci il tarixli qərar üzrə cərimənin məbləğini və dəbbə pullunu dövlət büdcəsinə tam ödəmişdir. X2 tərəfindən cərimə borcunun tam şəkildə ödənilməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, o, İXM-in 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətdən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İXM-in 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş X2 cərimə borcunu tam olaraq ödədiyindən, inzibati məsuliyyətdən azad edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayəti verilə bilər. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar