Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-14/2024 31.01.2024 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1992-ci ildə Ağsu şəhərində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, ünvan 1-də qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM) 327.8-ci maddəsi ilə inzibati xəta törətməsi barədə Ağsu Rayon Polis Şöbəsi tərəfindən daxil olmuş inzibati protokola baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə, saat 19:07-də “Mercedes Benz C200” markalı, **-XF- *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında dindirilmiş Şəxs izahatında göstərdi ki, ünvan 1 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. “Mercedes Benz C200” markalı, **-XF-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. O, həmin avtomobili Sumqayıt şəhər sakini X1 almışdır. Lakin onun sürücülük vəsiqəsi olmadığı üçün avtomobili almağı ilə bağlı alqı-satqı müqaviləsi bağlaya bilməmiş və qonşusu Orxan Məlikovun adına etibarnamə verilmişdir. Avtomobillə bağlı etibarnamə qonşusu Orxan Məlikovun adına verilsə də həmin avtomobili gündəlik işlərini görmək üçün o, idarə etmişdir. xx.xx.2023-cü il tarixdə səhər tezdən 06 radələrində yaşadığı evdən çıxıb öz avtomobilinə əyləşib Ağsu rayonu, Ərəbmehdibəy kəndinə getmişdir. Həmin gün saat 16:30 radələrində qayınanası X2 Ərəbmehdibəy kəndində avtomobilə mindirib Ağsu şəhərinə gəlməyə başlamışdır. Saat təxminən 17 radələrində Ağsu-Kürdəmir-Bəhrəmtəpə yolunun Ağsu rayonu, Muradlı kəndi ərazisindən keçən hissəsində Ağsu şəhəri istiqamətində hərəkətdə olduğu vaxt kəndin içərisindən yolun sağ hissəsindən Qaz 3110 markalı avtomobil ondan təxminən 100 metr irəlidə yola daxil olmuş və yolun kənarı ilə, yəni sağ ehtiyyat hissəsi ilə Ağsu rayonu istiqamətində hərəkət etməyə başlamışdır. O. həmin avtomobilin yola daxil olduğunu görüb sürətini bir qədər azaltmışdır. Həmin avtomobil yolun sağ ehtiyyat hissəsi ilə hərəkət edib anidən yola daxil olmuş və geri dönmə əməliyyatı etmişdir. Bu vaxt o, əyləc sistemindən istifadə etmək istəsə də məsafə az olduğundan əyləc sistemindən istifadə edə bilməmiş və onun avtomobilinin qabaq hissəsi həmin avtomobilin sol yan arxa hissəsinə dəymişdir. Zərbənin təsirindən Qaz 3110 markalı avtomobil yoldan çıxıb əks tərəfdə olan yerə düşmüş, onun idarə etdiyi avtomobil isə bir qədər qabağa gedib dayanmışdır. Daha sonra o və avtomobilində olan qayınanası avtomobildən yerə düşmüşdür. Hadisə yerinə gələn tanımadığı şəxslərin köməkliyi ilə digər avtomobildə olan şəxs avtomobildən çıxarılmış, hadisə yerinə çağırılan təcili tibbi yardım avtomobili ilə həmin şəxs Ağsu RMX-na göndərilmişdir. Onun avtomobil idarə etmək üçün sürücülük hüququ yoxdur. Onun həmin avtomobili idarə etmək üçün etibarnaməsi də yoxdur. Hadisədən qabaq spirtli içki qəbul etməmişdir. Hadisədən qabaq avtomobili saatda 80-90 km/saat sürətlə hərəkət etdirmişdir. Həmin vaxt avtomobildə qayınanası Əhmədzadə Xəyalə olmuş, başqa heç kim olmamışdır. Qaz 3110 markalı avtomobil yola daxil olub dönmə əməliyyatı edib geriyə dönmək istəyərkən onun idarə etdiyi avtomobillə həmin avtomobil arasında 10 metr məsafə olmuşdur. Hadisə baş verən zaman onun idarə etdiyi avtomobildə hər hansı yük olmamışdır. Hadisə zamanı Qaz 3110 markalı avtomobildə sürücüdən başqa kənar şəxs olmamışdır. Hadisə vaxtı idarə etdiyi avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyi və 60 km/saat-dan artıq sürətlə idarə etdiyi üçün özünü təqsirli hesab edir. Lakin yol-nəqliyyat hadisəsinin baş verməsində onun günahı yoxdur. Günah Qaz-3110 markalı avtomobildə olmuşdur. Barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə inzibati xəta haqqında toplanmış materialları araşdıraraq hesab edir ki, Şəxs İXM-in 327.8-ci maddəsi ilə qeyd olunan inzibati xətanı törətməkdə təqsiri tam sübut olunur. İş materialına əlavə edilən Ağsu rayon X3 Qrupunun xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından həmin xüsusat üzrə barəsində cinayət işinin başlanılması rədd edilmiş, Şəxs barəsində İXM-in 327.8-ci maddələrində nəzərdə tutulmuş inzibati tənbeh tədbiri görülməsi üçün qərarın surəti Ağsu Rayon Polis Şöbəsinin DYPB-yə göndərilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, İXP ******* saylı “İnzibati xəta haqqında” protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 19:07-də “Mercedes Benz C200” markalı, **-XF-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İXM-in 327.8-ci maddəsinə əsasən, bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi, özünün etirafı, məhkəmə iclasında tədqiq edilmiş “İnzibati xəta haqqında” protokol, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. İXM-in 32.2-ci maddəsinə əsasən, inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs İXM-in 327.8ci maddəsinin sanksiyasının həddində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 327.8-ci maddəsi ilə təqsirli bilinib, 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №3(016)-14/2024
Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-14/2024
31.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver