Məhkəmə qərarları › İş №3(016)-140/2025

Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-140/2025

03.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-140/2025 03.06.2025 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Əzizov Nemət Qamət oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1959-cu ildə Ağsu rayonu, Ülgüc kəndində anadan olan, orta təhsilli, evli, işsiz, Ağsu rayonu, Ülgüc kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM) 338.7-ci maddəsi ilə inzibati xəta törətməsinə dair daxil olmuş materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2025-ci il tarixdə, saat 20:20-də Ağsu rayonu, Ülgüc kəndində malqaranın yolda nəzarətsiz qoyulmasına görə zərərçəkmiş şəxsə maddi zərər vurulması halına yol vermişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, o, özünü təqsirli hesab etmir. xx.xx.2025-ci il tarixdə heyvan otaran zaman maşın sürətlə gəlmiş və onun heyvanını vurmuşdur. Yolda həm 50 km/saat sürətlə keçmək, həm də heyvan şəkilləri var. Maşının heyvanları vurması nəticəsində bir heyvan ölmüş, biri yaralanmışdır. O, heyvanı tələb edir. Barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə inzibati xəta haqqında toplanmış materialları araşdıraraq hesab edir ki, Şəxs İXM-in 338.7-ci maddəsi ilə qeyd olunan inzibati xətanı törətməkdə təqsiri tam sübut olunur. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 30 aprel 2025-ci il tarixli qərardan görünür ki, vətəndaş X1 əməlində cinayət və ya inzibati xəta tərkibi müəyyən edilmədiyindən barəsində cinayət işinin başlanması rədd edilmiş və inzibati xəta haqqında icraatın başlanılmasından imtina edilmiş, əməlində cinayət tərkibi müəyyən edilmədiyindən barəsində cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində İXM-in 338.7-ci maddəsinin tərkib əlamətləri olduğundan qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən barəsində həmin maddə ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin raportla Ağsu RPŞ-nin DYPB-nə təhvil verilməsi, X1 avtomobilinə dəymiş maddi ziyanın ödənilməsi tələbi ilə bağlı mülki qaydada məhkəmə orqanlarına müraciət etmək hüququnun olmasının izah edilməsi qərara alınmışdır. - “İnzibati xəta haqqında” 08 may 2025-ci il tarixli, İXP ******* nömrəli protokolla müəyyən olunur ki, Şəxs 21 aprel 2025-ci il tarixdə, saat 20:20-də Ağsu rayonunun Ülgüc kəndində mal-qaranın yolda nəzarətsiz qoyulmasına görə zərərçəkmiş şəxsə maddi zərər vurulması halına yol vermişdir. Beləliklə, Şəxs İXM-in 338.7-ci maddəsinin tələbini pozması, inzibati xəta haqqında protokol və digər iş materialları ilə təsdiq edilir. Bu səbəbdən, məhkəmə hesab edir ki, onun hərəkətləri İXM-in 338.7-ci maddəsi ilə tövsif olunmalı və həmin maddənin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. İXM-in 338.7-ci maddəsinə əsasən, bu Məcəllənin 338.4, 338.4-1 və 338.5ci maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə - yüz manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir. İXM-in 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlində inzibati məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Barəsində tətbiq ediləcək inzibati tənbeh tədbirinin növünü müəyyən edərkən məhkəmə hesab edir ki, Şəxs barəsində İXM-in 338.7-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə inzibati tənbeh tədbiri tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə və İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 338.7-ci maddəsindən nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 100 (bir yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar