Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-141/2023 02.03.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Ağayev Rəşad Vidadi oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X4, Zərərçəkmiş şəxs X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X5 iştirakları ilə, xx.xx.1988-ci ildə Ağsu rayonu, Gəgəli kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, Ağsu rayonu, Gəgəli kəndində qeydiyyatda olan və yaşayan, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM) 510-cu maddəsi ilə inzibati xəta törətməsinə dair Ağsu rayon Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X7 xx.xx.2023-cü il tarixdə uca səslə ünvansız söyüşlər söyməklə ictimai qaydanı kobud şəkildə pozmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X7 izahat verərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə tanışı Manafov Knyaz ilə birlikdə spirtli içkinin təsirində olduğundan yaşadığı Ağsu rayonu, Gəgəli kəndinin mərkəzində yerləşən Davudun marketi kimi tanıdıqları marketdə olan zaman həmin marketin sahibi ilə aralarında sözlə mübahisə düşmüş, mübahisə zamanı marketin qarşısına çıxmışlar və həm spirtli içkinin təsirində olduğundan həm də əsəbləşdiyindən uca səslə ünvansız küçə söyüşləri söyməyə başlamışdır. Əməlindən peşmandır, barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 çıxış edərək göstərdi ki, işlədiyi Ağsu rayonu, Gəgəli kəndinin mərkəzində yerləşən marketdə olan zaman iki nəfər həmkəndlisi Abidov Elçin və Manafov Knyaz sərxoş vəziyyətdə marketə daxil olaraq onunla sözlə mübahisə etməyə başlamış, onların sərxoş olduğunu gördükdən sonra marketin qarşısına çıxmalarını xahiş etdikdə hər ikisi uca səslə ünvansız küçə söyüşləri söyməyə başlamışdır. Məhkəmə inzibati xəta haqqında toplanmış materialları araşdıraraq hesab edir ki, X5 İXM-in 510-cu maddəsi ilə qeyd olunan inzibati xətanı törətməkdə təqsiri tam sübut olunur. “İnzibati xəta haqqında” 02 mart 2023-cü il tarixli, MN ******* saylı protokolla müəyyən olunur ki, X7 xx.xx.2023-cü il tarixdə Ağsu rayonu, Gəgəli kəndində uca səslə ünvansız söyüşlər söyməklə ictimai qaydanı kobud şəkildə pozmuşdur. Göründüyü kimi, X5 İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi, özünün etirafı, inzibati xəta haqqında protokol və digər iş materialları ilə təsdiq edilir. İXM-in 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat şəxsin İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi iş materialları əsasında sübuta yetirilmiş və onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. İXM-in 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. X1 peşmanlığı inzibati məsuliyyəti yüngülləşdirən haldır. X5 əməlində inzibati məsuliyyəti ağırlaşdıran hal yoxdur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, X5 törətdiyi inzibati xətanın hallarını, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, inzibati xətanın xarakterini və törədilmə şəraitini nəzərə alaraq, İXM-in 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh tədbiri – inzibati həbs tətbiq olunmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, X7 İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində inzibati həbs tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: X7 İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 15 (on beş) gün müddətində inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. İnzibati qaydada həbsetmənin əvvəli 01 mart 2023-cü il tarixdən, saat 22:30-dan hesablansın. Qərarın icrası Ağsu rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №3(016)-141/2023
Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-141/2023
02.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver