Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-142/2025 21.05.2025 AĞSU RAYON MƏHKƏMƏSİ X10 Natiq oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəbrayılova Könül Alov qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.2001-ci ildə Şamaxı rayonunda anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, Şamaxı şəhəri, A.Səhhət küçəsi, ev 15-də qeydiyyatda olan və yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM) 510-cu və 535.1-ci maddələri ilə inzibati xəta törətməsinə dair Ağsu rayon Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ağsu rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən Şəxs xx.xx.2025-ci il tarixdə Ağsu rayon Dolaylarında ucadan səs-küy salıb, ünvansız küçə söyüşləri söyərək polisin qanuni tələbinə qəstən tabe olmamışdır. Bu barədə Ağsu RPŞ-nin Sahə rəisi, polis mayoru X3 tərəfindən xx.xx.2025-ci il tarixdə MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Ağsu RPŞ-nin Sahə rəisi, polis mayoru X3 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək məhkəmədən Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, o, xx.xx.2025-ci il tarixdə şəxsi Ford tranzit yük markalı avtomobili ilə Bakı şəhərinə alça apararkən yol patrul xidməti avtomobili saxlamış, 320 manat cəriməsi olduğunu bildirmiş, onun sürücülük vəsiqəsi olmadığı üçün maşını Usuflu Şahmurada vermiş və bilmədiyi avto-baza adlanan yerdə durdurmuş, heç bir sənəd imzalatdırmadan hərəkətinə davam etdi. Avtomobilin cərinməsini ödəyərək hərəkətinə davam edə bilərsən. O, da həmin məbləği ödəmiş və yoluna davam etmişdir. Həmin vaxt onun avtomobilini sürücülük hüququ olduğu üçün Usuflu Şahmurad idarə edirmiş. Yenidən həmin Yol Patrul Xİdmətinin əməkdaşı onlara Ağsu dolaylarında saxla əmri vermiş, onlar da saxla əmrinə tabe olaraq dayanmışlar və onlara protokol yazacağını bildirmişdir. Həmin vaxt Yol Patrul Xİdmətinin əməkdaşı tək olduğu üçünpost patrul xidmətinin əməkdaşlarını köməyə çağırmışdır. Onlar da avtomobilin duracağa gəlməsi barədə heç bir etiraz etməmişdirlər. Onun heç bir təqsiri yoxdur. Bu səbəbdən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş şahid X5 bildirmişdir ki, xx.xx.2025-ci il tarixində Şəxs sürücülük hüququ olmadan Ford tranzit yük markalı **-GM-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etdiyi üçün saxlamış və onun maşnını duracağa yerləşdirmiş, cəriməni ödəməli olduğunu, ödədikdən sonra ona məlumat verilməsini və sürücülük hüququ olmadan avtomobil idarə etdiyi üçün protokol tərtib edəcəyini bildirmişdir. Bundan sonra X2 ona zəng edərək Şəxs icazəsiz duracaqdan öz başına avtomobili hərəkət etdirərək həmin ərazidən uzaqlaşdığını demişdir. Daha sonra o, da Ağsu dolaylarına gedərək Ford markalı **-GM-*** dövlət qeydiyyat nişanlı avtomaşını yenidən saxlamış və icazəsiz sürmənin səbəbini soruşmuş, Şəxs də cəriməni ödədiyi üçün avtomobili götürərək getdiklərini bildirmiş, bundan sonra o, tək olduğu üçün avtomobilin duracağa yerləşdirilməsi məqsədilə Ağsu RPŞ-nə məlumat vermişdir. Məlumat verdikdən sonra polis əməkdaşları gələrək Şəxs Ağsu RPŞ-nə avtomobili ilə birlikdə dəvət etmişlər, o da heç bir etiraz etmədən Ağsu RPŞ-nə getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X6 bildirmişdir ki, xx.xx.2025-ci il tarixində PPXB-nin tağım komandiri polis kapitanı Gülhüseyn Rüstəmov ona bildirmişdir ki, BDYPİ-nin 4-cü tağımının YPXB-nin polis baş leytenantı Kamal Hacıyevə kömək lazımdır. Onlar Ağsu dolaylarına gedib görmüşlər ki, Ford markalı **-GM-*** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü Şəxs maşınının yanında dayanmışdır, YPXB-nin polis baş leytenantı Kamal Hacıyev isə xidməti avtomobilində əyləşmişdir. Onlar arasında hər hansı mübahisənin, ucadan səs küy, küçə söyüşlərinin şahidi olmamışdır. Bundan sonra Şəxs Ağsu RPŞ-nə avtomobili ilə birlikdə dəvət etmişlər, o da heç bir etiraz etmədən Ağsu RPŞnə getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X2 bildirmişdir ki, xx.xx.2025-ci il tarixindən Ağsu şəhəri, Avto-Bazada mühafizəçi işləyir. Polis orqanlarının əməkdaşı deyildir. Yol Patrul Xidməti əməkdaşı tərəfindən duracağa Ford tranzit yük markalı **-GM- *** dövlət qeydiyyat nişanlı avtomobili yerləşdirdikdən təxminən 15 dəqiqə sonra avtomobilin sahibi cəriməni ödədiyini və bu səbəbdən maşını götürüb gedəcəyini demiş, o da cavabında Yol Patrul Xidməti əməkdaşına məlumat verildikdən sonra getməli olduğunu bildirmiş, lakin Şəxs icazəsiz duracaqdan öz başına avtomobili hərəkət etdirərək avtomobili həmin ərazidən uzaqlaşmışdır. Məhkəmə proses iştirakçılarının və şahidlərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - “İnzibati xəta haqqında” xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati xəta törətmişdir. Məhkəmə inzibati xəta haqqında toplanmış materialları araşdıraraq hesab edir ki, Şəxs barəsində İXM-in 510 və 535-ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-nin: 3-cü maddəsinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir (8.1). İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir (8.2). 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İXM-nin: 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda, inzibati xəta haqqında başlanmış icraata xitam verilir. 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 510-cu maddəsinin dispozisiyasından göründüyü kimi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə həmin maddədə nəzərdə tutulan məsuliyyətə səbəb olur. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs hərəkətlərində inzibati xətanın tərkib əlamətləri yoxdur. Belə ki, onun əməlində xırda xuliqanlıq etməsinə və ya polis işçisinin ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən onların qanuni tələblərinə qəsdən tabe olmamasına dair sübut iş materiallarına əlavə edilməmiş və ya məhkəmə araşdırması zamanı belə sübutlar təqdim edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) sübuta yetirilmədiyindən, onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Babək Qasımov
Məhkəmə qərarları › İş №3(016)-142/2025
Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-142/2025
21.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver