Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-144/2023 03.03.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Ağayev Rəşad Vidadi oğlunun katibliyi, Ağsu rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Dosməmməd oğlunun iştirakları ilə, xx.xx.1960-cı ildə Ağsu rayonu, Bico kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, Ağsu rayonu, Nuran kəndində qeydiyyatda olan və Bakı şəhəri, 28 May qəsəbəsində yaşayan, Şəxs Dosməmməd oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM) 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Ağsu rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şeydayev X5 Apellyasiya Məhkəməsinin 2(107)-602/2022 nömrəli, 24 may 2022-ci il tarixli icra vərəqəsinə əsasən o, X6 və X3 Rusiya istehsalı olan, 583 əyarlı, qiyməti 1.950 manat olan 30 qramlıq qızıl tros sep, Rusiya istehsalı olan 583 əyarlı, qiyməti 390 manat olan 6 qramlıq 1 ədəd nazik qızıl sep, Rusiya istehsalı olan 583 əyarlı, qiyməti 227 manat olan 3,5 qramlıq 1 ədəd qızıl klon, Rusiya istehsalı olan 583 əyarlı, qiyməti 325 manat olan, 5 qramlıq bir cüt qızıl sırqa, Rusiya istehsalı olan 583 əyarlı, qiyməti 552,50 manat olan 8,5 qramlıq 1 ədəd qızıl qolbaq, Rusiya istehsalı olan 583 əyarlı, qiyməti 195 manat olan 3 qramlıq qızıl üzük, Rusiya istehsalı olan 583 əyarlı, qiyməti 260 manat olan 4 qramlıq qızıl üzük, Rusiya istehsalı olan 583 əyarlı, qiyməti 240 manat olan 3,7 qramlıq qızıl üzük naturada və ya qətnamə icra olunan zaman mövcud olmadıqda dəyərlərinin alınaraq X1 ödənilməsinə dair icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Məhkəmə iclasında dindirilmiş Ağsu rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 izahatında göstərdi ki, Şəki Apellyasiya Məhkəməsinin 2(107)-602/2022 nömrəli, 24 may 2022-ci il tarixli icra sənədinə əsasən Şəxs Dosməmməd oğlu, X6 və X3 dəqiq sayı və çəkisi icra sənədində göstərilən qızıl-zinət əşyaları və ya qətnamə icra olunan zaman mövcud olmadıqda dəyərlərinin alınaraq X1 ödənilməsinə dair icra sənədi icraata daxil olmuşdur. İcraata başlamaq haqqında qərar qəbul edilmiş, bildiriş və digər aidiyyəti sənədlər Şəxs Dosməmməd oğluna göndərilmişdir. Yaranmış borcun ödənilməsi məqsədi ilə Şəxs adına əmlakının olub-olmaması barədə aidiyyətı təşkilatlara sorğu ilə müraciət edilmiş və onun adına borcun yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. Şəxs dəfələrlə şöbəyə çağırılmış, lakin gəlməkdən boyun qaçırmışdır. Göründüyü kimi, Şəxs qanunla müəyyən edilmiş qaydada və müddətdə məhkəmə qərarı ilə üzərinə düşən öhdəliyi və bununla bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməmişdir. Bu səbəbədən, barəsində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Dosməmməd oğlu izahat verərək göstərdi ki, həmin qızıl-zinət əşyaları tələbkara toy ərəfəsində verilməmişdir, belə bir qızıl-zinət əşyaları mövcud deyildir. Qızıl-zinət əşyaları hal-hazırda onlarda deyil tələbkara toyda qızıl alınmamışdır. Tələbkar onun oğluna qoşulub qaçmışdır. Hal-hazırda icra sənədi üzrə tələbi tam şəkildə ödəyə bilmir. Söz verir ki, hər ay ödəniş edəcəkdir. Barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və icra məmurunun izahatları, 03 mart 2023-cü il tarixli, MN ******* nömrəli protokol ilə müəyyən olunur ki, Şəxs Dosməmməd oğlu icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş və İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İXM-in 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Normanın tələbinə əsasən, məhkəmə hesab edir ki, inzibati xəta hadisəsi olduğundan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində İXM-in 528.1-ci maddəsinin sanksiyası çərçivəsində inzibati tənbeh təyin edilməlidir. Məhkəmə, Şəxs Dosməmməd oğluna inzibati tənbeh tətbiq edərkən, İXM-in 32.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Şəxs Dosməmməd oğlu tərəfindən törədilən inzibati xətanın xarakterini, törədilmə şəraitini, ziyanın aradan qaldırılması üçün tədbir görməməsini, habelə əmlak vəziyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, onun barəsində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 40, 43, 50, 51, 114, 128-130-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Şəxs Dosməmməd oğlu İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində cərimə edilsin Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №3(016)-144/2023
Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-144/2023
03.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver