Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-149/2023 09.03.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Ağayev Rəşad Vidadi oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Pirəsən oğlunun iştirakları ilə, xx.xx.1967-ci ildə Ağsu rayonu, Bozavand kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, Şamaxı rayonu, Qaravəlli kəndində qeydiyyatda olan və Ağsu çayının sol sahilində yaşayan, Şəxs Pirəsən oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM) 590.2-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Ağsu rayon Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Pirəsən oğlu icra hakimiyyəti orqanından xüsusi icazə olmadan mülki silahı evində saxlamışdır. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X6 izahat verərək göstərdi ki, Şəxs Pirəsən oğlu icra hakimiyyəti orqanından xüsusi icazə olmadan mülki silahı evində saxlamışdır. Onun barəsində İXM-nin 590.2-ci maddəsi ilə tədbir görülməsini xahiş etdi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Pirəsən oğlu izahat verərək göstərdi ki, o, Ağsu rayon ərazisindən keçən, Ağsu çayının sol sahilində yerləşən fermadakı evdə ailə üzvləri ilə birlikdə yaşayır. Ağsu çayının sahilində yerləşən, fermanı icarəyə götürüb orda fərdi təsərrüfatla məşğul olur. Özünə məxsus mal-qara saxlayır. X3 onun doğma oğlu, X5 isə gəlinidir. Onlar Ağsu rayonu ərazisindən keçən Ağsu çayının sahilində yerləşən fermada onunla birlikdə yaşayırlar. 14 fevral 2023-cü il tarixində gündüz radələrində qudası X8 yaşadığı fermaya gəlmiş, arvadı Seyidxanımın yıxıldığını və zərbənin təsirindən gəzə bilmədiyini, həmçinin ev işlərində anasına kömək etmək üçün qızı X10 rayonu, Nuran kəndində yerləşən evinə aparmalı olduğunu bildirmiş, o da razılaşmışdır. Bundan sonra Gündüz Mürsəlov qızını azyaşlı uşağı ilə birlikdə yaşadığı evə aparmışdır. Daha sonra Gülyanaq İsmayılovanın əri ilə birlikdə yaşamaq istədiyini və geri qayıtmayacağını eşitmişdir. Buna görə 16 fevral 2023-cü il tarixdə saat 20 radələrində qudası Gündüz Mürsəlovun mobil telefonuna zəng vurub nə səbəbə görə gəlininin geri qayıtmayacağını soruşmuşdur. X11 X1 mütəmadi olaraq döyməsinə görə qızını geri qaytarmayacağını bildirmişdir. Bundan sonra Gündüz Mürsəlov onu söyüb təhqir etmiş, o da Gündüz Mürsəlovu söyüb təhqir etmişdir. Bundan sonra telefon əlaqəsini bitirmişlər. Daha sonra Ağsu Rayon Polis şöbəsinə dəvət edilən zaman Gülyanaq İsmayılovanın DİNin 102 xidməti zəng mərkəzinə onu öldürəcəyi ilə hədələməsi barədə məlumat verdiyini öyrənmişdir. Bildirdi ki, o, G.İsmayılovanı öldürəcəyi ilə hədələməmişdir. Həmçinin oğlunun G.İsmayılovanı döyməsini heç vaxt görməmişdir. Ağsu Rayon Polis Şöbəsinin İTB-nin sahə polis nəfəri, polis baş serjantı Tural Alıyevin onun evinin divarında aşkar etdiyi bir ədəd, tək lüləli, mülki tüfəng ona məxsusdur və 1991-ci ildə tanımadığı şəxsdən almışdır. Həmin tüfəngi fermada vəhşi heyvanlardan qorunmaq üçün istifadə edirmiş. Evindən aşkar olunmuş tüfəngin qanuni sənədləri yoxdur və saxlmağı üçün xüsusi icazə almamışdır. Ona yüngül inzibati tənbeh tədbirinin verilməsini xahiş etdi. Məhkəmə inzibati xəta haqqında toplanmış materialları araşdıraraq hesab edir ki, Şəxs Pirəsən oğlunun İXM-in 590.2-ci maddəsi ilə qeyd olunan inzibati xətanı törətməkdə təqsiri tam sübut olunur. “İnzibati xəta haqqında” 09 mart 2023-cü il tarixli, MN ******* saylı protokolla müəyyən olunur ki, Şəxs Pirəsən oğlu icra hakimiyyəti orqanından xüsusi icazə olmadan mülki silahı evində saxlamışdır. İş materiallarına əlavə edilən Ağsu rayon X13 Qrupunun xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, Şəxs Pirəsən oğlunun barəsində İXM-in 590.2-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülməsi üçün qərarın surəti Ağsu RPŞ-nin X4 göndərilmiş, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134-cü maddəsi ilə cinayət işinin başlanılması rədd edilmişdir. Göründüyü kimi, Şəxs Pirəsən oğlunun İXM-in 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi özünün etirafı, inzibati xəta haqqında protokol və digər iş materialları ilə təsdiq edilir. İXM-in 590.2-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə - silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin İXM-in 590.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi iş materialları əsasında sübuta yetirilmiş və onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. İXM-in 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs Pirəsən oğlunun səmimi peşmanlığı inzibati məsuliyyəti yüngülləşdirən haldır. Şəxs Pirəsən oğlunun əməlində inzibati məsuliyyəti ağırlaşdıran hal yoxdur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Şəxs Pirəsən oğlunun törətdiyi inzibati xətanın hallarını, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, inzibati xətanın xarakterini və törədilmə şəraitini nəzərə alaraq, İXM-in 590.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh tədbiri – inzibati cərimə tətbiq olunmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs Pirəsən oğlu İXM-in 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, qundağında “Baikal” sözü, lüləsinin üzərində “9754” rəqəmləri, lülə tutacağının dəmir hissəsində “9754DD” sözləri yazılmış tək lüləli ov silahı müsadirə edilməklə barəsində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Şəxs Pirəsən oğlu İXM-in 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, qundağında “Baikal” sözü, lüləsinin üzərində “9754” rəqəmləri, lülə tutacağının dəmir hissəsində “9754DD” sözləri yazılmış tək lüləli ov silahı müsadirə edilməklə 80 (səksən) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №3(016)-149/2023
Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-149/2023
09.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver