Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-149/2025 27.05.2025 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Əzizov Nemət Qamət oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən şəxs X1, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1975-ci ildə Masallı rayonu, Təkdam kəndində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, Masallı rayonu, Təkdam kəndində qeydiyyatda olan, Ağsu şəhəri, M.Ə.Rəsulzadə küçəsi, Meleratorlar qəsəbəsində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM) 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Ağsu Rayon Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2025-ci il tarixdə arvadı Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı onu döyərək dərəcəsi təyin olunmayan xəsarətlər yetirmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X3 məhkəmə iclasında çıxış edərək göstərdi ki, Şəxs xx.xx.2025-ci il tarixdə kirayə yaşadıqları evdə qeyri rəsmi arvadı Zərərçəkmiş şəxs döyərək dərəcəsi təyin olunmayan xəsarətlər yetirmişdir. Bu səbəbdən barəsində protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, özünü qismən təqsirli bilir. İzahat vermək istəmir. Zərərçəkmiş şəxs məhkəmə iclasında izahat verərək göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə evdə imiş. Uşaq ona atasının onu çağırdığını demiş, o yanına getmiş, içkili olduğunu görmüşdür. Nə istədiyini soruşmuş, o da alimentlə bağlı işi niyə dayandırmadığını soruşmuş və aralarında mübahisə yaranmışdır. Mübahisə edərkən Əli bıçağı götürərək onun sağ ayağından vurmuşdur. O, bununla bağlı heç yerə müraciət etməmişdir. Daha sonra uşaqları döymüş, polisə müraciət etmişlər. Uşaqlar polis şöbəsində atalarının onu döyməsini də bildirmişlər, o da təsdiq etmişdir. Məhkəmə inzibati xəta haqqında toplanmış materialları araşdıraraq hesab edir ki, Şəxs qeyd olunan inzibati xətanı törətməkdə təqsiri tam sübut olunur. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - “İnzibati xəta haqqında” 27 may 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə arvadı Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı onu döyərək dərəcəsi təyin olunmayan xəsarətlər yetirmişdir. - Ağsu Rayon Polis X2 xx.xx.2025-ci il tarixli “Sübutların qiymətləndirilməsi barədə” qərarından görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış və barəsində 07 may 2025-ci il tarixli qərar ilə başqa yerə getməmək haqqında “iltizam” qətimkan tədbirinin seçilməsi nəzərə alınmış, onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1 və 221.3-cü maddələrinin tərkib əlamətləri olmadığına barəsində həmin maddələr ilə cinayət işinin başlanmasının rədd edilməsi, əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133-cü maddəsinin tərkib əlamətləri olmadığına barəsində həmin maddə ilə cinayət işinin başlanması rədd edilməsi, arvadı Zərərçəkmiş şəxs döyməklə İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyi üçün barəsində həmin maddə ilə inzibati tənbeh tədbiri görülməsi üçün qərarın surətinin RPŞ-nin İTB-nə göndərilməsi, cinayət işi üzrə toplanmış sübutların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi baxımından iş üzrə MTE və PA birliyi X7 xx.xx.2025-ci il tarixli, 51 və 52 nömrəli ekspert rəyləri, xx.xx.2025-ci il tarixli baxış protokolu və fotocədvəllər, zərərçəkmiş şəxs X5, şahid X4, Zərərçəkmiş şəxs və təqsirləndirilən şəxs Şəxs ifadələri sübut növü kimi qiymətləndirilmişdir. Göründüyü kimi, Şəxs İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi, zərərçəkmiş şəxsin izahatı, Ağsu rayon Polis Şöbəsinin İB-nin qərarı, “İnzibati xəta haqqında” protokol ilə təsdiq olunur. Məhkəmə hesab edir ki, Şəxs hərəkətləri İXM-in 157-ci maddəsi ilə tövsif olunmalı və həmin maddənin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. İXM-in 157-ci maddəsinə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlində inzibati məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə inzibati xətanın xarakterini, təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 157-ci maddəsi maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə bilinib, barəsində 15 (on beş) gün müddətində inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. İnzibati qaydada həbsetmənin əvvəli 27 may 2025-ci il tarixdən, saat 10:00-dan hesablansın. Qərarın icrası Ağsu rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №3(016)-149/2025
Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-149/2025
27.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver