Məhkəmə qərarları › İş №3(016)-15/2024

Ağsu Rayon Məhkəməsi Qərardad — İş №3(016)-15/2024

31.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağsu rayonu İş № 3(016)-15/2024 31.01.2024 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1965-ci ildə Ağsu rayonu, Gəgəli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Ağsu rayonu, Gəgəli kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM) 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Ağsu rayon Polis şöbəsindən daxil olmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ağsu rayon Polis şöbəsindən daxil olmuş TP 604798 nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında qərardan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə “Vaz 21074” minik markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətini yetirməklə, İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ağsu rayon Polis şöbəsinin DYPB-nin inzibati təcrübə üzrə baş inspektoru, polis baş letenantı X1 ərizə ilə məhkəməyə müraciət edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində olan inzibati işin geri qaytarılmasını xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə, inzibati xəta haqqında qərarı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, inzibati tənbeh vermə haqqında qərar onu tərtib etmiş vəzifəli şəxsə geri qaytarılmalıdır. Belə ki, iş materiallarında olan Ağsu rayon Polis şöbəsinin ərizəsindən görünür ki, Şəxs barəsində inzibati tənbeh vermə haqqında qərarın baxılmadan geri qaytarılması xahiş olunmuşdur. Məhkəmə hesab edir ki, müvafiq vəzifəli şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın geri qaytarılması xahiş olunduğundan, inzibati xəta haqqında qərar və ona əlavə olunmuş sənədlər onu tərtib etmiş vəzifəli şəxsə geri qaytarılmalıdır. Qeyd edilənlərə əsasən və İXM-in 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində İXM-in 327.8-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında qərar və ona əlavə olunmuş sənədlər Ağsu rayon Polis şöbəsinə geri qaytarılsın. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar