Məhkəmə qərarları › İş №3(016)-150/2023

Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-150/2023

31.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-150/2023 31.03.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Ağayev Rəşad Vidadi oğlunun katibliyi, Ağsu Rayon Nuran Bələdiyyəsinin nümayəndəsi X2 iştirakı ilə, xx.xx.1965-ci ildə Ağsu rayonu, Nuran kəndində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, evli, Ağsu rayonu Nuran Bələdiyyəsinin sədri vəzifəsində işləyən, Ağsu rayonu, Nuran kəndində qeydiyyatda olan və yaşayan, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM) 549.2-ci maddəsi ilə inzibati xəta törətməsi barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Göyçay Regional Ədliyyə İdarəsi tərəfindən daxil olmuş inzibati protokola baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ağsu rayonu Nuran Bələdiyyəsinin sədri X4 bələdiyyənin xx.xx.2023-cü il tarixli, 04 nömrəli iclas protokolunu qanunla müəyyən edilmiş müddət ərzində təqdim etməməklə, İXM-in 549.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X4 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Ağsu Rayon Nuran Bələdiyyəsinin nümayəndəsi X5 izahat verərək göstərdi ki, protokolda texniki səhv olub, başqa problem yoxdur. Protokol tərtib olunarkən 28 fevral yerinə 28 yanvar yazılıb. Protokola düzəliş etmək mümkündür, hər göndərişin qəbzi var. Düzəliş protokolu da vardır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Göyçay Regional Ədliyyə İdarəsi məhkəməyə məktub göndərərək işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında toplanmış materialları araşdıraraq hesab edir ki, X1 İXM-in 549.2-ci maddəsi ilə qeyd olunan inzibati xətanı törətməkdə təqsiri tam sübut olunur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli “İnzibati xəta haqqında” protokoldan görünür ki, Ağsu rayonu Nuran Bələdiyyəsinin sədri X4 bələdiyyənin xx.xx.2023-cü il tarixli, 04 nömrəli iclas protokolunu qanunla müəyyən edilmiş müddət ərzində təqdim etməməklə, İXM-in 549.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarından görünür ki, Ağsu rayonu Nuran Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli, 04 nömrəli iclas protokolu xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Göyçay Regional Ədliyyə İdarəsinə poçt rabitəsi vasitəsi ilə göndərilmişdir. “Bələdiyyələrin statusu haqqında” Qanunun 48-ci maddəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 145-ci maddəsinə uyğun olaraq, bələdiyyənin qərarları bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Bələdiyyələr qərar qəbul etdiyi andan 5 iş günündən gec olmayaraq onun surətini bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana göndərməlidirlər. Göründüyü kimi, Ağsu rayonu Nuran Bələdiyyəsinin 04 nömrəli iclas protokolu xx.xx.2023-cü il tarixdə qəbul edilmiş, həmin protokol qanunla müəyyən edilmiş müddət ötdükdən sonra, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Göyçay Regional Ədliyyə İdarəsinə poçt rabitəsi vasitəsi ilə göndərilmişdir. İXM-in 549.2-ci maddəsinə əsasən, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana mütləq təqdim olunmalı bələdiyyə aktlarının surətlərinin vaxtında təqdim edilməməsinə görə - vəzifəli şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir. İXM-in 549.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın X4 tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş “İnzibati xəta haqqında” protokol, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. İXM-in 32.2-ci maddəsinə əsasən, inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, X3 İXM-in 549.2-ci maddəsinin sanksiyası həddində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: X4 İXM-in 549.2-ci maddəsi ilə təqsirli bilinib, 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar