Məhkəmə qərarları › İş №3(016)-153/2025

Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-153/2025

04.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-153/2025 04.06.2025 AĞSU RAYON MƏHKƏMƏSİ X13 Natiq oğlunun sədrliyi Cəbrayılova Könül Alov qızının katibliyi İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Zərərçəkmiş şəxs X2 iştirakları ilə xx.xx.1978-ci ildə Ağsu rayonunda anadan olan, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, Ağsu rayonu Ləngəbiz kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 157-ci maddəsi ilə inzibati xəta törətməsi barədə Ağsu rayon Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ağsu rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən Şəxs xx.xx.2025-ci il tarixdə X6 ilə mübahisə edərək xəsarətlər yetirmişdir. Bu barədə Ağsu RPŞ-nin İTB-nin polis sahə rəisi, polis mayoru X3 tərəfindən xx.xx.2025-ci il tarixdə MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Ağsu RPŞ-nin İTB-nin polis sahə rəisi, polis mayoru X3 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə X4 döyərək sonuncuya sağlamlığa zərər vurmayan xəsarətlər yetirmişdir. Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş və barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Hazırda məhkəmədən Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə örüşə heyvan aparmışdır. X6 ilə aralarında söz mübahisəsi yaranmış, lakin heç bir xəsarət yetirməmişdir. X2 yanında bir neçə adam olmuş, o, isə tək olmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 verdiyi izahatında göstərmişdir ki, Şəxs ilə mübahisə etmişdirlər. Həmin zaman Rahim onun üzərinə bıçaqla gələrək ona xəsarətlər yetirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 izahat verərək bildirmişdir ki, Şəxs və X4 tanıyır. xx.xx.2025-ci il tarixdə saat təxminən 18:30 radələrində Ləngəbiz kəndində örüş sahəsində heyvan otarmışdır. Həmin vaxt ondan 70-80 metr uzaqda Rahim və Bahadurun mübahisə etmələrinin səsini eşidib, tez onlara yaxınlaşmış və onların mübahisələrinin böyüməsinin qarşısını almışdır. Bundan sonra Rahim söyüş söyərək oradan uzaqlaşıb getmişdir. Əlavə olaraq bildirmişdir ki, Şəxs X2 üzərinə bıxaq çıxartmış və bıçaqla ona xəsarət yetirmişdir. nlar arasında ancaq sözlü mübahisə olmuşdur, Şəxs X4 vurmamışd. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 izahat verərək bildirmişdir ki, Şəxs və X4 tanıyır. xx.xx.2025-ci il tarixdə saat təxminən 18:30 radələrində yaşadığı kəndin yuxarı hissəsində qəbirstanlıq yanında həmkəndlisi Habil ilə birlikdə heyvan otarırmış. Onlardan təxminən 70-80 metr aralı məsafədə Rahim özünə məxsus heyvanları örüşdən aşağı düşürərkən Bahadur və onun qohumları özlərinə məxsus heyvanlarla Rahimin heyvanlarını sıxıb örüş sahəsindən çıxarmağa başlamışdır. Həmin vaxt onlar arasında mübahisə olduğunu görüb tez onların yanına yaxınlaşmışdırlar. Orada Raonlar arasında ancaq sözlü mübahisə olmuşdur, Şəxs X4 vurmamışdır. z-sööhbət böyüməsin deyə Rahimi oradan uzaqlaşdırmışdılar. Əlavə olaraq bildirmişdir ki, Rahim Bahaduru vurmamışdır. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - “İnzibati xəta haqqında” xx.xx.2025-ci il tarixdə MN seriyalı, ******* nömrəli protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə X4 döyərək xəsarətlər yetirmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X11 113 saylı, xx.xx.2025-ci il tarixli ekspert rəyindən görünür ki, 1980-ci il təvəllüdlü X2 məhkəmə-tibb ekspertizası zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarətlər- üzün sol yanaq-sol qulaq altı çeynəmə və sol əlüstü nahiyəsində dərinin epidermis qatının sıyrılmış yaraları küt-bərk əşyanın (əşyaların) təsirindən törənmişlər, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən xx.xx.2025-ci il tarixində əmələ gəlmələri inkar edilmir, iti kəsici kənara malik əşyaların təsirindən yaranması inkar edilir və sağlamlığa ZƏRƏR vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. - Ağsu rayon Polis Şöbəsinin “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 22 may 2025-ci il tarixli qərarından görünür ki, toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işi başlanılması rədd edilmiş, Şəxs barəsində İXM-nin 157-ci maddəsi ilə tədbir görülməsi üçün qəbul olunmuş qərarın surəti Ağsu RPŞ-nin İTB-nə göndərilmişdir. - İnzibati iş materiallarına əlavə edilmiş CD diskə baxış zamanı görünür ki, Şəxs ilə X6 arasında sözlü mübahisə olur,, in bir-birilərinə toxunmamışlar. Məhkəmə inzibati xəta haqqında və şahidlərin protoklarol tərtib etmiş şəxsin, zərərçəkmiş şəxsin və barəsində inzibati xətahaqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs əməlində İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığı üçün, bu maddə ilə onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-in 157-ci maddəsinə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 3-cü maddəsinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir (8.1). İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir (8.2). İXM-in 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda, inzibati xəta haqqında başlanmış icraata xitam verilir. İXM-in 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarçıxarılır. İnzibə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs tərəfindənhər hansı xəsarət yetirilməsi və işona q edilmiş sübutlardan zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməs və ya zərərçəkmiş şəxsə maddi zərərin vurulması müəyyən olunmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığı üçün inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-nın 43, 53, 105.1, 106-110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağsu Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Babək Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar