Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-159/2023 14.03.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Babək Natiq oğlunun sədrliyi, X15 oğlunun katibliyi, Ağsu rayon Polis Şöbəsinin sahə rəisi, polis mayoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə xx.xx.1985-ci ildə Ağsu rayonu Kalva kəndində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, Ağsu rayonu, Kalva kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 525-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Ağsu rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ağsu rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən Şəxs xx.xx.2023-cü il tarixdə Ağsu rayonu, Kalva kəndindəki çayxanada qumar oyunu oynamışdır. Bu barədə Ağsu RPŞ-nin rəisi, polis mayoru X2 tərəfindən xx.xx.2023-cü il tarixdə MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Ağsu RPŞ-nin sahə rəisi, polis mayoru X2 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək məhkəmədən Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İnzibati xəta törətmiş şəxs Şəxs izahat verərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 21 radələrində yaşadığı evdən çıxaraq kənd ərazisində yerləşən həmkəndlisi Kamran Hacıyevin işlətdiyi çayxanaya həmkəndliləri ilə domino oynamağa getmişdir. O, çayxanaya çatdıqda həmkəndliləri Şöhrət Hacıyev, Gülxan Kərimli və Vüsal Soltanovun domino oynamalarını görmüş və o da həmkəndlilərinə qoşularaq birlikdə domino oynamağa başlamışdır. Bir müddət domino oynadıqdan sonra saat 22:30 radələrində aralarında razılaşıb kart vasitəsi ilə 3 kart qumar oyunu oynamaq qərarına gəlmişlər və bu barədə çayxananı işlədən Kamran Hacıyevə bildirərək qumar oyunu oynayan zaman ona seka pulu verəcəklərini bildirmişdilər. Bundan sonra Kamran Hacıyev onlarla razılaşmış və çayxanada olan kartı verərək onların qumar oynamalarına şərait yaratmışdır. Qumar oynayan zaman həmkəndliləri Bəxtiyar Şirinov və Gülümxan Kərimli də onların qumar oynadıqları çayxanaya gəlmiş, lakin onlar oyuna qoşulmayaraq kənarda dayanıb oyuna baxmağa başlamışdılar. Bundan təxminən 10 dəqiqə sonra, saat 23 radələrində çayxanaya polis əməkdaşları gələrək onların qumar oynadıqlarını aşkarlamış, sonra qumar oyunlarının keçirilməsi və təşkil olunmasının qanunsuz olmasını izah edərək araşdırılma aparılması üçün onları polis şöbəsinə dəvət etmişlər. O, barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - MN seriyalı, ******* nömrəli xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə Ağsu rayonu, Kalva kənində kartla pul qoymaqla qumar oyunu oynamış və İXM-nin 525-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. - Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan gprünür ki, təqsirləndirilən şəxs X7 xx.xx.2023-cü il tarixli qərarla CM-nin 244-1.1-i maddəsi ilə elan edilmiş ittiham qüvvəsində saxlanılmış, X12 barəsində CM-nin 244-1.2.1-ci maddəsi ilə cinayət təqibi başlanması rədd edilmiş, Şəxs, X8, X5 və X3 İXM-nin 525-ci maddəsi ilə tədbir görülməsi üçün RPŞ-nin İTB-nə göndərilmiş, X6 və X4 barəsində inzibati icraat açılmasından imtina edilmiş, cinayət işi üzrə alınmış şahid ifadələri, hadisə yerinə baxış protokolu və digər istintaq hərəkətləri protokolları iş üzrə sübut növü kimi tanınması nəzərə alınmış, istintaq zamanı çayxana olan masadan aşkar edilərək, aktlaşdırılıb götürülmüş 36 ədəd oyun kartı və 3 ədəd 20 manatlıq, 3 ədəd 5 manatlıq 20 ədəd 1 manatlıq əskinasların xx.xx.2023-cü il tarixli qərarla cinayət işi üzrə maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilməsi nəzərə alınmışdır. Məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs İXM-nin 525-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi Ağsu rayon Polis şöbəsinin inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* saylı protokolu, iş materialları ilə təsdiq olunur. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və inzibati xəta haqqında işin materiallarını tədqiq edərək belə nəticəyə gəlir ki, Şəxs İXM-nin 525-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq İXM-nin 525-ci maddəsi ilə tövsif olunmuşdur, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh olunmalıdır. İXM-nin 525-ci maddəsinə əsasən qumar oyununda iştirak etmə, yəni qumar oynamağa görə oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak, qazanılmış uduş, mükafat və ya digər gəlir müsadirə edilməklə üç min manat məbləğində cərimə edilir. Məhkəmə İnzibati xəta törətmiş şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM): 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə iclasında Şəxs əməlində inzibati məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən hal müəyyən olunmadı. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən, ağırlaşdıran halları nəzərə alır və hesab edir ki, Şəxs İXM-in 525-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində İXM-in 525-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 48-51, 55, 114, 115, 120, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin, 3000 (üç min) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Ağsu Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Babək Qasımov
Məhkəmə qərarları › İş №3(016)-159/2023
Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-159/2023
14.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver