Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-16/2024 14.02.2024 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs QSC-nin nümayəndəsi X1 iştirakı ilə, Şəxs QSC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM) 548.2-ci maddəsi ilə inzibati xəta törətməsi barədə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən daxil olmuş inzibati protokola baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs QSC müvafiq sənədləri vaxtında Azərbaycan Respublikası Mərkəzi Bankına təqdim etməməsi səbəbindən barəsində İXM-in 548.2-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli, EP ******* nömrəli “İnzibati xəta haqqında” protokol tərtib edilmişdir. Məhkəmə iclasında dindirilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs QSC-nin nümayəndəsi X2 izahatında göstərdi ki, vaxt çatmadığı üçün 2022-ci il dair emitentin illik hesabatı vaxtında təqdim edə bilməmişlər. MMC barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs QSC-nin nümayəndəsi X1 etirafı, xx.xx.2023-cü il tarixli, EP ******* nömrəli protokol ilə müəyyən olunur ki, Şəxs QSC müvafiq sənədləri -2022-ci il dair emitentin illik hesabatı vaxtında Azərbaycan Respublikası Mərkəzi Bankına təqdim etməmiş, nəticədə İXM-in 548.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İXM-in 548.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Mərkəzi Bankının fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan məlumatların həmin orqanın tələbi ilə maliyyə bazarlarında nəzarət edilən subyekt və emitent tərəfindən təqdim edilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə - vəzifəli şəxslər beş yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Beləliklə, Şəxs QSC qeyd olunan təqsiri Azərbaycan Respublikası Mərkəzi Bankından daxil olmuş material və digər sənədlərlə təsdiq olundu. Belə ki, o, Azərbaycan Respublikası Mərkəzi Bankının fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan məlumatı – 2022-ci il dair emitentin illik hesabatını Banka təqdim etməmişdir. Məhkəmə hesab edir ki, Şəxs QSC İXM-in 548.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 40, 43, 50, 51, 114, 128-130-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Şəxs QSC İXM-in 548.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 1.500 (bir min beş yüz) manat məbləğində cərimə edilsin Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №3(016)-16/2024
Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-16/2024
14.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver