Məhkəmə qərarları › İş №3(016)-165/2024

Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-165/2024

19.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-165/2024 19.08.2024 AĞSU RAYON MƏHKƏMƏSİ X4 Natiq oğlunun sədrliyi, Ağabəyli Kamran Uğur oğlunun katibliyi ilə, X2 tərəfindən Azərbaycan Respublikası Ekolojiya və Təbii Sərvətlər Nazirliyinin xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 tərəfindən Azərbaycan Respublikası Ekolojiya və Təbii Sərvətlər Nazirliyinin xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan şikayətlə Ağsu Rayon Məhkəməsinə müraciət edərək qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, idarə etdiyi “QAZ 3302 111” yük markalı, **-BV- *** dövlət qeydiyyat nişanlı avtomobil ilə işdən çıxaraq evinə gedirmiş, Badamdar qəsəbəsinin ərazisində inşaat tullantılarının toplandığı sahə vardır. Oradan keçərkən dayanaraq inşaat tullantıları arasında lazımlı ola biləcək əşyanın olub-olmaması, olduğu təqdirdə isə götürmək məqsədi ilə həmin ərazidə dayanmışdır. Bu zaman iki nəfər mülki geyimli şəxs avtomobillə ona yaxınlaşaraq ora nə məqsədlə gəldiyini soruşmuş və təkidlə əsassız olaraq əraziyə zibil tökdüyünü bildirmişlər. Lakin o, həmin əraziyə hər hansı bir tullantı atmamış, bu səbəbdən onların onun həmin əraziyə zibil atmağı barədə dediklərinə etiraz etmiş və əlavə olaraq qeyd etmişdir ki, görünən odur ki, bu ərazi ancaq tikinti tullantıları atılır, bunun qadağan olmasını göstərən hər hansı bir məlumatlandırıcı lövhə yoxdur. Eyni zamanda bu sözlərdən sonra həmin şəxslərdən kim olduqlarını soruşduqda özlərini Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları kimi təqdim etmişlər və o, həmin adamlardan bunu təsdiq edəcək hər hansı sənəd istədikdəkostyum geyinmələrinin bunu təsdiq etdiyini, vəsiqələrinin isə müddətinin bitdiyindən göstərə bilmədiklərini bildirmişlər. Bundan sonra onun zibil atmağını lentə alacaqlarını bildirmişlər və o da bu zaman onların kim olduqlarını bilmədiyini bu səbəbdən onları lentə alacağını dedikdə həmin şəxslər heç bir söz demədən ərazidən uzaqlaşmışlar. Təxminən bir həftə sonra onu Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Binəqədi rayonunda yerləşən Regional İdarəsinə çağırmışlar, orda ona bildirmişlər ki, sən həmin əraziyə zibil atmısan buna dair bizdə video görüntü var. O, israrla onlara bildirmişdir ki, ora zibil atmamış, əgər buna dair nəinki video görüntü, başqa hər hansı sübutları varsa təqdim etsinlər, nə cəza versələr razıdır. Amma etmədiyi əmələ görə təqsirli bilinib cəzalanmaq istəmir. Lakin onlar onun həmin əraziyə zibil atmağını təsdiq edən hər hansı sübut təqdim etməmişlər, əksinə onun adından izahat yazaraq imza etməyini tələb etmişlər. O da öz növbəsində bundan imtina etmiş və hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edəcəyini bildirmişdir. Təxminən xx.xx.2024-cü il tarixdə qeydiyyatda olduğu ünvanda yaşayan anası ona zəng edərək Kənd İcra nümayəndəliyindən ona təqdim edilməsi üçün məktub verildiyini bildirmişdir. O da Ramazan bayramı ilə əlaqədar xx.xx.2024-cü il tarixdə rayona gələrkən həmin məktubla tanış olan zaman barəsində xx.xx.2024-cü il tarixli, ******* nömrəli protokol yazıldığını və həmin protokola əsasən xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM) 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 manat məbləğində cərimə olunduğunu görmüşdür. Barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və onun əsasında tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli qərar qeyri-qanunidir. Belə ki, etmədiyi əmələ görə, həmçinin məişət tullantıları olan ərazidə dayanıb nəyəsə baxmağa görə cərimə olunmuş, barəsində tərtib olunmuş protokolla tanış olmamış və protokolun surəti onun qeydiyyatda olduğu Ağsu rayonu, Cəlayır kəndinə göndərilmişdir. Barəsində qəbul edilmiş inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli qərarı qanunsuz hesab edir və ləğv edilməsini tələb edir. Məhkəmə iclasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər barədə xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişdirlər və gəlməməkləri barədə məhkəməyə heç bir məlumat verməmişdirlər. Məhkəmə işə İXM-nin 61.3-cü maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən X2 inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 manat cərimə olunmuşdur. - Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X1 şikayət ərizəsindən görünür ki, X2 şikayət ərizəsi ilə Ağsu Rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin “İnzibati tənbeh vermə haqqında” 11 mart 2024-cü il tarixli, MN ******* nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. - Ağsu Rayon Məhkəməsinin 30 aprel 2024-cü il tarixli, 3(016)-165/2024 saylı qərarından görünür ki, şikayət təmin edilmiş, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin “İnzibati tənbeh vermə haqqında” 11 mart 2024-cü il tarixli, MN ******* nömrəli qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. - Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin şikayəti qismən təmin edilmiş, Ağsu Rayon Məhkəməsinin 30 aprel 2024-cü il tarixli, 3(016)-165/2024 nömrəli qərarı ləğv edilmiş, inzibati xəta haqqında iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. - CD disk və fotoşəkillərdən görünür ki, X2 idarə etdiyi “QAZ 3302 111” yük markalı, 90- BV-560 dövlət qeydiyyat nişanlı avtomobillə həmin ərazidədir və inşaat tullantıları tullayır. Məhkəmə şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Ekolojiya və Təbii Sərvətlər Nazirliyinin xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, işə yenidən baxılması Azərbaycan Respublikası Ekolojiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə həvalə olunmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 271-ci maddəsinə əsasən sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min beş yüz manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Qanunun tələbindən göründüyü kimi sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulması və göstərilən tullantılar yandırılarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi inzibati xətanın tərkib hissəsidir. Sözügedən tələblərin pozulması isə İXM-in 271-ci maddəsində nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Lakin, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla X2 tərəfindən inşaat tullantılarının tullamanması halllarının mövcudluğu təsdiq olunur, lakin həmin ərazinin kimin mülkiyyətində olmasını, həmin ərazinin tullantıların atılması üçün ayrılıb-ayrılmamasını, inşaat tullantılarının qalaqlanması qaydalarının pozulmasını iş materialları ilə müəyyən etmək mümkün olmamışdır. İXM-nin: 2-ci maddəsinə görə, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 3-cü maddəsində görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 6.2-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. 76.1-ci maddəsinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 76.2-ci maddəsinə görə qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. 84.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edir. 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. 137.3-cü maddəsinə əsasən bu Məcəllənin 134.1.4-cü və 134.1.5-ci maddələrinə əsasən qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edildikdə, inzibati xəta haqqında işə bu Məcəllə ilə müəyyən edilmiş müddətlərdə yenidən baxılır. Beləliklə məhkəmə hesab edir ki, X1 şikayəti qismən əsaslı olduğuna görə bu həddə təmin edilməli, Azərbaycan Respublikası Ekolojiya və Təbii Sərvətlər Nazirliyinin xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və işə yenidən baxılması Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Ekolojiya və Təbii Sərvətlər Nazirliyinin xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və işə yenidən baxılması Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Ağsu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar