Məhkəmə qərarları › İş №3(016)-166/2024

Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-166/2024

09.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-166/2024 09.04.2024 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1975-ci ildə Ağsu rayonu, Kalva kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, Ağsu rayonu, Kalva kəndində qeydiyyatda olan və yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM) 510 və 535-ci maddələri ilə inzibati xəta törətməsinə dair Ağsu rayon Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs polisin qanuni tələbinə qəsdən tabe olmamış, ictimai qaydanı kobud şəkildə pozmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, o, polis şöbəsindən çağırılan vaxt həmişə vaxtlı-vaxtında gəlmişdir. Ola bilər ki, polis əməkdaşlarının onu gətirmələrinin səbəbi onun cənab Prezidentə, Baş prokurorluğa və s. müraciət etməsidir. O, xanımın vasitəçiliyi ilə onun bacısından 900 manat pulu, 200 manat faizi ilə götürmüşdür. Pulun əvəzinə girov kimi 2083 qr. çəkidə qızıl sepini qoymuşdur. Daha sonra sepini götürməyə gələn zaman 2.830 manat pul vermiş, qadınlar ona polisə şikayət etməməsini, onun Eyvaz Aydınovun evindən oğurluq etdiyini bildirmişlər. O, 102 xidmətinə yığmış, onu polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində Aydın Eyvazov ona çox təyziqlər göstərmiş, ərizəsini əlindən alıb cırmış, silah göstərmişdir. Onun heç bir təqsiri yoxdur. Bu səbəbdən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Ağsu Rayon Polis Şöbəsinin sahə rəisi, polis mayoru X2 izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə xanım ona zəng etmiş, qonşusunun nalayiq ifadələr işlətdiyini bildirmişdir. Bir az keçdikdən sonra Şəxs ona zəng etmişdir. O, hər ikisini polis şöbəsinə gəlib ifadə verməyə dəvət etmiş, hər ikisi polis şöbəsinə gəlmişlər. Şəxs otaqda səsküy salmış, xanımın ünvanına nalayiq ifadələr işlətmişdir. O, xanımı otaqdan çıxarmış, vətəndaşı nizam intizama dəvət etmiş, söyüş söyməməsini bildirmişdir. Bütün bunları sübut edən videoçəkiliş də var. Daha sonra o, protokol tərtib etmiş, ifadəsini almış, ifadəyə vətəndaş özü imza atmış və getmişdir. O, vətəndaşla bir neçə dəfə əlaqə saxlayaraq barışdırmaq üçün polis şöbəsinə dəvət etsə də vətəndaş gəlməmişdir. Daha sonra da bir neçə dəfə yuxarı orqanlara onunla bağlı, guya onun vətəndaşın üzərinə silah çıxarmağı ilə bağlı müraciət etmişdir. Halbuki kameradan da görünür ki, həmin vaxt o, heç bir silahdan istifadə etməmişdir. Məhkəmə inzibati xəta haqqında toplanmış materialları araşdıraraq hesab edir ki, Şəxs barəsində İXM-in 510 və 535-ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-in 3-cü maddəsinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir (8.1). İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir (8.2). İXM-in 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Bundan əlavə, məhkəmə şahid qismində dindirilmiş X2 izahatı ilə bağlı qeyd edir ki, onun verdiyi izahatda göstərilənlər məhkəmə araşdırması zamanı hər-hansı sübutlarla təsdiq olunmur. Şəxs təqsirli hesab edilməsinə yönələn izahatdır. İXM-in 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda, inzibati xəta haqqında başlanmış icraata xitam verilir. İXM-in 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) sübuta yetilmədiyindən, onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində İXM-in 510 və 535.1-ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar