Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-17/2024 16.02.2024 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi, Ağsu Rayon Prokurorunun köməkçisi X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X9 iştirakları ilə, xx.xx.1972-ci ildə Bakı şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işləyən, Bakı şəhəri, Xətai rayonu, Aşıq qurban küçəsi 1, mənzil 32-də qeydiyyatda olan və yaşayan, X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM) 198.2-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Ağsu rayon Prokurorluğundan daxil olmuş materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: 13 yanvar 2024-cü il tarixli qərardan görünür ki, X16 barəsində İXM-in 198.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Ağsu Rayon Prokurorunun köməkçisi X7 məhkəmə iclasında çıxış edərək bildirdi ki, X16 xx.xx.2023-cü il tarixdə saat 06 radələrində Şamaxı-İsmayıllı avtomobil yolunun Ağsu rayonu, Kalva kəndinin ərazisindən keçən hissəsində 1 lot üzrə tikintisi həyata keçirilən tunel sahəsində betonlama işlərinin icrası zamanı texniki təhlükəsizlik və ya əməyin mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi ona həvalə olunduğu halda, həmin qaydaları pozmaqla “Manitu” adlı texnikanın kiçik səbətini yerləşdirməsi nəticəsində ehtiyatsızlıqdan armaturçu X2 üzərinə torpağın tökülməsi ilə sonuncunun sağlamlığına yüngül zərər vurulmuş, bununla da İXM-in 198.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X16 məhkəmə iclasında çıxış edərək bildirdi ki, 2020-ci ildən hazıradək "xxxx" ASC-də sahə rəisi vəzifəsində işləyir. Hal-hazırda "xxxx" ASC tərəfindən Şamaxı-İsmayıllı avtomobil yolunun 1 lot üzərində tikntisi həyata keçirilir. Yol tikintisinin tunel hissəsinin sahə rəisidir, tuneldə işləyən sahə ustaları, fəhlələr və texnika operatorları ona tabedir. Onun xidməti vəzifələri tuneldə aparılan işlərə nəzarət etməkdən, işçilərin əməynin mühafizəsi qaydalarına riayət etmələrinə nəzarət etməkdən ibarətdir. xx.xx.2023-cü il tarixdə saat 06 radələrində Fərrux Məhərrəmov tikintisi aparılan avtomobil yolunun tunel hissəsində püskürtmə üsulu ilə betonlama işləri ilə məşğul olurmuş. Həmin vaxt torpağın F.Məhərrəmovun üzərinə tökülməsinin qarşısını almaq üçün “Manitu” texnikasının səbətini üzərində saxlamışlar. Lakin birdən torpaq “Manitu” texnikasının səbətinə dəyib onun üzərinə tökülmüş və o, yerə yıxılmışdır. Sonuncuya ilkin tibbi yardım göstərildikdən sonra işinə davam etmişdir. X5 hər gün işə başlamamışdan qabaq texniki təhlükəsizlik qaydaları ilə tanış edilmiş, kaska, əlcək, fərdi geyim paltarı və tikintidə istifadə olunan ayaqqabılar kimi əməyin mühafizəsi vasitələri ilə təmin edilmişdir. Barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs X1 Rayon Prokurorluğunda verdiyi izahatında bildirmişdir ki, 2023cü ilin sentyabr ayından hal-hazıradək "xxxx" ASC-də fəhlə işləyir. İş fəaliyyəti ilə bağlı sahə ustası Ruslan Cəbrayılova tabedir. Hal-hazırda "xxxx" ASC tərəfindən Şamaxı- İsmayıllı avtomobil yolunun 1 lot üzərində tikntisi həyata keçirilir. Həmin işlər Ağsu rayonunun ərazisindən keçir. xx.xx.2023-cü il tarixdə saat 06 radələrində tikintisi aparılan avtomobil yolunun tunel hissəsində püskürtmə üsulu ilə betonlama işləri ilə məşğul imiş. Həmin zaman torpağın üzərinə tökülməsinin qarşısını almaq üçün “Manitu” texnikasının səbətini üzərində saxlamışdır. Lakin birdən torpaq “Manitu” texnikasının səbətinə dəyib üzərinə tökülmüş və o, yerə yıxılmışdır. Sonra durub işçilərin yanına getmiş, işçilər ona ilkin tibbi yardım göstərmişlər. İşə başlamamışdan qabaq texniki təhlükəsizlik qaydaları ilə tanış edilmiş, kaska, əlcək, fərdi geyim paltarı və tikintidə istifadə olunan ayaqqabılar kimi əməyin mühafizəsi vasitələri ilə təmin edilmişdir. Hal-hazırda heç bir şikayət və tələbi yoxdur. Ağsu Rayon Prokurorluğunda izahatı alınmış X12 izahatında bildirmişdir ki, 2023-cü ilin iyul ayından hal-hazıradək "xxxx" Açıq Səhmdar Cəmiyyətində fəhlə işləyir. Fəhlə kimi tunelin içərisində aparılan betonlama işlərində armaturlar yığıldıqdan sonra taxta ilə onların üzərini örtür ki, içərisinə beton tökülsün. Hal-hazırda "xxxx" ASC tərəfindən Şamaxı-İsmayıllı avtomobil yolunun 1 lot üzrə tikintisi həyata keçirilir. 15 dekabr 2023-cü il tarixdə saat 06 radələrində tikintisi aparılan avtomobil yolunun tunel hissəsində fəhlə Fərrux Məhərrəmov püskürtmə üsulu ilə betonlama işləri aparırdı. Həmin vaxt o tunelin içərisində olan beton mikserinin arxasında durmuş, torpağın işçinin üzərinə tökülməsinin qarşısını almaq üçün “Manitu” texnikasının səbətini göyə qaldırmış, lakin birdən torpaq “Manitu” texnikasının səbətinə dəyib Fərrux Məhərrəmovun üzərinə tökülmüş və Fərrux Məhərrəmov yerə yıxılmışdır. X15 durub işçilərin yanına gəlmiş, onlar sonuncuya ilkin tibbi yardım göstərmişlər və Fərrux Məhərrəmov işə davam etmişdir. Bütün işçilərin texniki təhlükəsizlik qaydaları ilə tanış edilməsini, işçilərin kaska, fərdi geyim paltarı və tikintidə istifadə olunan ayaqqabılar, eləcə də əlcək kimi əməyin mühafizəsi vasitələri ilə təmin edilməsini bildirmişdir. Ağsu Rayon Prokurorluğunda izahatı alınmış X14 izahatında bildirmişdir ki, 2023-cü ilin oktyabr ayından hal-hazıradək "xxxx" Açıq Səhmdar Cəmiyyətində fəhlə işləyir. Fəhlə kimi tunelin içərisində aparılan betonlama işlərində armaturların toxunması və beton verilən sahəyə dəmirlərin qoyulması işləri ilə məşğul olur. Hal-hazırda "xxxx" ASC tərəfindən Şamaxı-İsmayıllı avtomobil yolunun 1 lot üzrə tikintisi həyata keçirilir. 15 dekabr 2023-cü il tarixdə saat 06 radələrində tikintisi aparılan avtomobil yolunun tunel hissəsində fəhlə Fərrux Məhərrəmov püskürtmə üsulu ilə betonlama işləri aparırdı. Həmin vaxt o, tunelin içərisində olan beton mikserinin arxasında durmuşdu. Torpağın işçinin üzərinə tökülməsinin qarşısını almaq üçün “Manitu” texnikasının səbətini göyə qaldırmışlar. Lakin birdən torpaq “Manitu” texnikasının səbətinə dəyib Fərrux Məhərrəmovun üzərinə tökülmüş və Fərrux Məhərrəmov yerə yıxılmışdır. X15 durub işçilərin yanına gəlmiş, onlar sonuncuya ilkin tibbi yardım göstərmişlər. Fərrux Məhərrəmov və bütün işçilərin texniki təhlükəsizlik qaydaları ilə tanış edilməsini, işçilərin kaska, fərdi geyim paltarı və tikintidə istifadə olunan ayaqqabılar, eləcə də əlcək kimi əməyin mühafizəsi vasitələri ilə təmin edilməsini bildirmişdir. Məhkəmə inzibati xəta haqqında toplanmış materialları araşdıraraq hesab edir ki, Şəxs barəsində İXM-in 198.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarından olan xx.xx.2020-ci il tarixli, 15605 saylı Əmək müqaviləsindən görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdən "xxxx" ASC-də 1 ay sınaq müddəti ilə sahə rəisi vəzifəsinə qəbul olunmuşdur. İş materiallarından olan xx.xx.2023-cü il tarixli, 17650 saylı Əmək müqaviləsindən görünür ki, X6 xx.xx.2023-cü il tarixdən "xxxx" ASC-də 1 ay sınaq müddəti ilə 4-cü dərəcəli armaturçu vəzifəsinə qəbul olunmuşdur. İş materialına əlavə edilən MTE və PA Birliyi Publik hüquqi şəxsinin 03 saylı, xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, X3 bədəni üzərində aşkar edilmiş xəsarətlər: sol Vİ qabırğanın yan qövsündə xətti sınıq küt bərk əşyanın təsirindən törənmişdir. Törənmə müddəti qərarın təsviri hissəsində göstərilən tarix və şəraitə yəni, xx.xx.2023-cü il tarixdə əmələ gəlmələri inkar edilmir və dərəcəsinə görə səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. İş materialına əlavə edilən Ağsu Rayon Prokurorluğunun xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplamış materiallar üzrə əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanılması rədd edilmiş, Şəxs əməlində İXM-in 198.2-ci maddəsinin tərkib əlamətləri olduğundan, barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanılaraq, baxılmasından ötrü Ağsu Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, 15 dekabr 2023-cü il tarixdə saat 06 radələrində Şamaxı-İsmayıllı avtomobil yolunun Ağsu rayonunun Kalva kəndinin ərazisindən keçən hissəsində, 1 lot üzrə tikintisi həyata keçirilən tunel sahəsində betonlama işlərinin icrası zamanı X2 üzərinə torpağın tökülmüş, nəticədə onun sol Vİ qabırğanın yan qövsündə xətti sınıqdan ibarət dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulması ilə müşayət olunan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət almasına səbəb olmuşdur. İş materiallarında olan zərərçəkmiş şəxs X5, X12 və X8 izahatlarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X16 tərəfindən Fərrux Məhərrəmov və digər işçilər təhlükəsizlik qaydaları ilə tanış edilmiş, onlar kaska, fərdi geyim paltarı və tikintidə istifadə olunan ayaqqabılar, eləcə də əlcək kimi əməyin mühafizəsi vasitələri ilə təmin edilmişlər. Göründüyü kimi, X16 tərəfindən texniki təhlükəsizlik və əmək mühafizəsi qaydalarına riayət olunmuş, lakin bununla belə məlum hadisə baş vermişdir. Beləliklə, məhkəmə hesab edir ki, X9 İXM-in 198.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsində təqsirli olması məhkəmə iclasında öz təsdiqini tapmadığından, onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-in: 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll edilir. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 53.1, 53.1.1 və 53.1.2-ci maddələrinə əsasən, inzibati xəta hadisəsi, inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə və İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində İXM-in 198.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №3(016)-17/2024
Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-17/2024
16.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver