Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-17/2025 27.01.2025 AĞSU RAYON MƏHKƏMƏSİ X10 Natiq oğlunun sədrliyi, Cəbrayılova Könül Alov qızının katibliyi ilə, İnzibati xəta haqqında protokol tərtib etmiş Ağsu Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1975-ci ildə Ağsu rayonunda anadan olan, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, Ağsu rayonu, Hacısəmədli kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar (bundan sonra İXM) 534, 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Ağsu Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ağsu rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən Şəxs xx.xx.2025-ci il tarixdə Müdafiə Nazirliyinin fərqlənmə nişanları olan hərbi geyim formasını qanunsuz olaraq əyninə geyinməklə davranış qaydalarını pozmuş, xx.xx.2025-ci il tarixdə, polis şöbəsinin inzibati binasının yanında ucadan səs-küy salıb ünvansız nalayiq küçə söyüşləri söyməklə polisin qanuni tələbinə qəsdən tabe olmamışdır və İXM-nin 534, 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş xətanı törətmişdir. Bu barədə Ağsu RPŞ-nin İTB-nin polis sahə rəisi, polis kapitanı X3 tərəfindən xx.xx.2025-ci il tarixdə MN seriyalı, ******* saylı və MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Ağsu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə xx.xx.2025-ci il tarixdə MN seriyalı, ******* saylı və xx.xx.2025-ci il tarixdə MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokolların bir icraatda baxılması qərara alınmışdır. Məhkəmə iclasında Ağsu RPŞ-nin İTB-nin polis sahə rəisi, polis kapitanı X3 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək məhkəmədən Şəxs barəsində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, o, xx.xx.2025-ci il tarixdə Ağsu RPŞ-nin polis əməkdaşları tərəfindən yazılan raportla bağlı onu qeyd edir ki, həmin tarixdə günün günorta saatlarında onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə tanıdığı Ağsu RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Aqşin Mirzəxanlı ona zəng edərək onu Ağsu RPŞ-yə dəvət etdi, o da mülki geyim paltarını dəyişib hərbi geyim formasını geyinib və Birinci Qarabağ müharibəsində iştirak etməyi ilə bağlı bir neçə döş nişanlarını taxaraq geyim formasında küçəyə çıxıb tanımadığı şəxsə məxsus yol avtomaşnı ilə Ağsu RPŞ-yə gəlmişdir. Onu dəvət edən polis əməkdaşları şöbənin qarşısına gəldilər. O, nə üçün PŞ-nə dəvət olunmağını soruşmuş, polis əməkdaşları ona xx.xx.2021-ci il tarixdə yaşadığı Ağsu rayonu Hacısəmədli kəndində yaşayan Kamran Əhmədovun ərzaq mağazasında baş vermiş oğurluq hadisəsi ilə bağlı ondan bir neçə söz soruşacaqlarını ona bildirmişdilər. Onların bu sözlərindən o, əsəbləşmişdir. Daha sonra onun hərbi geyim formasını və döş nişanlarını yaxasına taxaraq Polis Şöbəsinə gəldiyi üçün ona irad tutmuşdurlar. Bundan sonra o, müharibə iştirakçısı olduğuna görə psixoloji durumu normal olmadığına görə daha da əsəbləşmişdir. Bir qədər ucadan səs-küy salmış, Polis Şöbəsinin inzibati binasına getməkdən imtina etmiş və bir qədər ünvansız nalayiq küçə söyüşləri söymüşdür. Həmin polis əməkdaşları onun sakit olmağını bildirsələrdə, o, öz hərəkətlərinə davam etmişdir. O, heç bir polis əməkdaşına qarşı nalayiq küçə söyüşləri söyməmişdir. Buna baxmayaraq hərbi geyim formasını geyinib küçəyə çıxdığına, ictimai qaydanı pozduğuna görə, eyni zamanda polis əməkdaşlarının qanuni tələblərinə tabe olmadığına görə etdiyi əməldən peşmandır, söz verirmişdir ki, bir daha belə hərəkətlərə yol verməyəcək. Odur ki, barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X4 izahat verərək göstərdi ki, o, DİOda 2021-ci ildən tutduğu vəzifədə işləyir. xx.xx.2021-ci il tarixdə Ağsu rayonu Hacısəmədli kənd sakini X2 Hacısəmədli kəndində ərzaq mağazasında baş vermiş oğurluqla bağlı həmin kənd sakini Şəxs xx.xx.2025-ci il trarixdə şübhəli olduğu üçün CAB-nin əməliyyat müvəkkili Aqşin Mirzəxanlı tərəfindən RPŞ-nə dəvət edildi. Onlar RPŞ-nin giriş qapısında olan zaman Şəxs AR-nın MN-nin hərbi formasında onlara yaxınlaşmış, ona hərbi formanı qanunsuz geyinməsi ilə bağlı irad bildirsələr də, onlara kobud şəkildə cavab verərək ünvansız nalayiq küçə söyüşləri söymə başlamışdır. Uca səslə qışqıraraq “Yaxşı edirəm, mən heç kimdən qorxmuram siz mənə nə edə bilərsiz” sözləri ilə öz qanunsuz hərəkətlərini davam etmişdir. Onlar onu nizam intizama dəvət edərək ictimai yerdə olduğunu ona izah edib sakitləşməsini bildirmişdirlər. Şəxs onların qanuni tələblərinə qəsdən tabe olmayaraq öz hərəkətlərini davam etdirmişdir. Daha sonra onlar onu Polis şöbəsinə gətirmişdirlər. Məhkəmə iclasında şahid qismində dindirilən X5 izahat verərək göstərdi ki, o, DİOda 2021-ci ildən tutduğu vəzifədə işləyir. xx.xx.2021-ci il tarixdə Ağsu rayonu Hacısəmədli kənd sakini X2 Hacısəmədli kəndində ərzaq mağazasında baş vermiş oğurluqla bağlı həmin kənd sakini Şəxs xx.xx.2025-ci il trarixdə şübhəli olduğu üçün tərəfindən RPŞ-nə dəvət edildi. O, CAB-nin əməliyyat müvəkkili X4 ilə RPŞ-nin giriş qapısında olan zaman Şəxs AR-nın MN-nin hərbi formasında onlara yaxınlaşmış, ona hərbi formanı qanunsuz geyinməsi ilə bağlı irad bildirsələr də, onlara kobud şəkildə cavab verərək ünvansız nalayiq küçə söyüşləri söymə başlamışdır. Uca səslə qışqıraraq “Yaxşı edirəm, mən heç kimdən qorxmuram siz mənə nə edə bilərsiz” sözləri ilə öz qanunsuz hərəkətlərini davam etmişdir. Onlar onu nizam intizama dəvət edərək ictimai yerdə olduğunu ona izah edib sakitləşməsini bildirmişdirlər. Şəxs onların qanuni tələblərinə qəsdən tabe olmayaraq öz hərəkətlərini davam etdirmişdir. Daha sonra onlar onu Polis şöbəsinə gətirmişdirlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - MN № ******* nömrəli, xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, Müdafiə Nazirliyinin fərqlənmə nişanları olan hərbi geyim formasını qanunsuz olaraq əyninə geyinməklə davranış qaydalarını pozmuş və İXM-nin 534-cü maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. - MN № ******* nömrəli, xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə ucadan səs-küy salıb ünvanlı və ünvansız küçə söyüşləri söyməklə polisin qanuni tələbinə qəsdən tabe olmamışdır və İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş xətanı törətmişdir. - xx.xx.2025-ci il tarixli tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025ci il tarixdə saat 20:00-da inzibati qaydada tutulmuşdur. Məhkəmə, iş üzrə toplanmış sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs İXM-nin 510 və 534-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsiri proses iştirakçılarının izahatları, inzibati xəta haqqında protokollar, digər sübutlarla tam sübuta yetirilmiş, İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsiri sübuta yetirilməmiş, onun əməli düzgün olaraq İXM-nin 510 və 534-cü maddələri ilə tövsif edilmiş, İXM-in 535.1-ci maddəsi ilə isə düzgün tövsif edilməmişdir. Məhkəmə inzibati xəta haqqında toplanmış materialları araşdıraraq hesab edir ki, Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli, onun hərəkətlərinə münasibətdə əməlin İXM-nin 510 və 534-cü maddələri ilə inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur, həmçinin Şəxs inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Odur ki, İXM-nin 510 və 534-cü maddələri ilə təqsiri tam sübuta yetirildiyinə görə Şəxs inzibati məsuliyyətə cəlb edilməli və tənbeh edilməlidir. Belə ki, İXM-nin: 3-cü maddəsinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir (8.1). İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir (8.2). 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İXM-nin: 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda, inzibati xəta haqqında başlanmış icraata xitam verilir. 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs hərəkətlərində inzibati xətanın tərkib əlamətləri yoxdur. Belə ki, onun əməlində polis işçisinin ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən onların qanuni tələblərinə qəsdən tabe olmamasına dair sübut iş materiallarına əlavə edilməmiş və ya məhkəmə araşdırması zamanı belə sübutlar təqdim edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs əməlində İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) sübuta yetirilmədiyindən, onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə İXMnin 535.1-ci maddəsi üzrə icraata xitam verilməlidir. İXM-nin: 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 534-cü maddəsinə əsasən Əməliyyat-axtarış fəaliyyəti subyektlərinin, hərbi qulluqçuların və prokurorluq işçilərinin fərqlənmə nişanları olan hərbi və xüsusi geyim formalarını qanunsuz olaraq daşımağa görə-inzibati xətanın obyekti olmuş hərbi və xüsusi geyim forması müsadirə edilməklə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. İXM-in 510-cu maddəsinin dispozisiyasından göründüyü kimi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə həmin maddədə nəzərdə tutulan məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında qeyd edilir ki, xuliqanlıq obyektiv cəhətdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Qeyd olunmalıdır ki, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması öz-özlüyündə inzibati hüquqpozmadır və İXM-in 296-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 25 yanvar 2025-ci tarixdə ictimai yerdə ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək nalayiq ifadələr işlətmiş, bununla da cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq nümayiş etdirmiş, müəssisənin iş fəaliyyətini pozmuş, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanı kobud surətdə pozan hərəkətlərə yol verməklə İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. "Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçuların hərbi geyim forması və fərqləndirmə nişanları haqqında" Əsasnamənin və "Azərbaycan Respublikası Silahlı qüvvələri hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanlarının təsvirləri"nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2001-ci il tarixli Fərmanı təsdiq edilmiş Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanları haqqında Əsasnamənin 21-ci bəndinə əsasən Hərbi geyim formasını daşımaq hüququna Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçən bütün hərbi qulluqçular, hərbi litsey kursantları, toplantılara çağırılmış hərbi vəzifəli şəxslər, habelə ehtiyata, yaxud istefaya buraxılmış hərbi geyim forması daşımaq hüququ olan hərbi qulluqçular malikdir. Hərbi geyim formasını daşımaq hüququ olmayan vətəndaşların hərbi qulluqçuların fərqləndirmə nişanları olan geyim formasını geyməsi qadağandır. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 25 yanvar 2025-ci tarixdə Müdafiə Nazirliyinin fərqlənmə nişanları olan hərbi geyim formasını qanunsuz olaraq əyninə geyinməklə davranış qaydalarını pozmaqla İXM-nin 534-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs təqsirini etiraf edib peşman olmasını, üzr istəməsini inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. İXM-in: 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halın olmasını nəzərə alır və hesab edir ki, Şəxs barəsində İXM-nin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli, o, İXM-nin 510 və 534-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinməli, həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən, daha ciddi xəta hesab edilən İXM-nin 510-cu maddəsinin sanksiyası çərçivəsində inzibati xətanın obyekti olmuş hərbi və xüsusi geyim forması müsadirə edilməklə həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati həbs növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 48-51, 55, 114, 115, 120, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 534-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin, həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən, daha ciddi xəta hesab edilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyası çərçivəsində inzibati xətanın obyekti olmuş hərbi və xüsusi geyim forması müsadirə edilməklə 05 (beş) gün müddətində həbs edilsin. İnzibati qaydada həbsetmənin əvvəli 25 yanvar 2025-ci il tarixdən, saat 20:00-dan hesablansın. Həbsetmə ilə bağlı qərarın icrası Ağsu Rayon Polis Şöbəsinin müvəqqəti saxlanma yerinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Ağsu Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Babək Qasımov
Məhkəmə qərarları › İş №3(016)-17/2025
Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-17/2025
27.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver