Məhkəmə qərarları › İş №3(016)-18/2023

Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-18/2023

12.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-18/2023 12.01.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Ağayev Rəşad Vidadi oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1981-ci ildə Kürdəmir rayonu, Beyi kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, Kürdəmir rayonu, Beyi kəndində qeydiyyatda olan və yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM) 332.4-cü maddəsi ilə inzibati xəta törətməsinə dair Ağsu rayon Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə, saat 16:18-də idarə etdiyi “KHAZAR SD” minik markalı, 99-PT-88 dövlət qeydiyyat nişanlı avtomaşınla Şamaxı- Yevlax yolunun 145-ci km-də hərəkətdə olarkən əks-istiqamətli hərəkət zolağına çıxmaqla manevr etmə qaydasını pozduğu üçün X1 idarə etdiyi “Chevrolet Niva” minik markalı, **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və nəticədə yol nəqliyyat hadisəsi baş vermişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə "xxxx" MMC-ə məxsus olan “KHAZAR SD” minik markalı, 99-PT-88 dövlət qeydiyyat nişanlı avtomaşınla Bakı-Şarnaxı- Yevlax yolunun 145ci km-də Ağsu rayonu istiqamətində hərəkətdə olarkən yol buzlu olduğundan idarəetməni itirmiş qarşı hərəkət zolağına çıxaraq hərəkətdə olan “Chevrolet Niva” minik markalı, **- DK-*** dövlət qeydiyyat nişanlı avtomobili öz hərəkət zolağında idarə etdiyi maşınla vurmuşdur. Hadisə zamanı hər iki maşına maddi ziyan dəymiş, onun nəqliyyat vasitəsini idarə etmək üçün sürücülük vəsiqəsinin etibarlılıq müddəti bitimiş və həmin avtomaşını idarə etmək üçün etibarnaməsi olmamışdır. Yol nəqliyyat hadisəsi zamanı idarə etdiyi maşında tək imiş, heç bir xəsarət almayıb. Məhkəmə inzibati xəta haqqında toplanmış materialları araşdıraraq hesab edir ki, Şəxs İXM-in 332.4-cü maddəsi ilə qeyd olunan inzibati xətanı törətməkdə təqsiri tam sübut olunur. İnzibati xəta haqlında” 09 yanvar 2023-cü il tarixli, İXP ******* nömrəli protokolla müəyyən olunur ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 16:18-də idarə etdiyi “KHAZAR SD” minik markalı, 99-PT-88 dövlət qeydiyyat nişanlı avtomaşınlaŞamaxi-Yevlax yolunun 145ci km-də hərəkətdə olarkən əks-istiqamətli hərəkət zolağına çıxmaqla manevr etmə qaydasını pozduğu üçün X1 idarə etdiyi “Chevrolet Niva” minik markalı, **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və nəticədə yol nəqliyyat hadisəsi baş vermişdir. Beləliklə, Şəxs İXM-in 332.4-cü maddəsinin tələbini pozması, özünün səmimi etirafı, inzibati xəta haqqında protokol və digər iş materialları ilə də təsdiq edilir. Bu səbəbdən, məhkəmə hesab edir ki, onun hərəkətləri İXM-in 332.4-cü maddəsi ilə tövsif olunmalı və həmin maddənin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. İXM-in 332.4-cü maddəsinə əsasən, bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə - dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlində inzibati məsuliyyəti ağırlaşdıran hal yoxdur. Şəxs səmimi peşmanlığı inzibati məsuliyyəti yüngülləşdirən haldır. Barəsində tətbiq ediləcək inzibati tənbeh tədbirinin növünü müəyyən edərkən Şəxs şəxsiyyətini və səmimi peşmanlığını nəzərə alaraq, məhkəmə hesab edir ki, onun barəsində İXM-in 332.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə inzibati tənbeh tədbiri tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə və İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 332.4-cü maddəsindən nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəki Apellyasiya Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar