Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-181/2025 18.06.2025 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Əzizov Nemət Qamət oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən şəxs X1, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1980-ci ildə Ağsu rayonu, Çiyni kəndində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, evli, Ağsu rayonu, Çiyni kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM) 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Ağsu Rayon Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2025-ci il tarixdə Zərərçəkmiş şəxs dəyərək ona xəsarət yetirmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X2 məhkəmə iclasında çıxış edərək göstərdi ki, Ağsu Rayon Polis X5 tərəfindən icraatına daxil olmuş qərarda qeyd olunmuşdur ki, xx.xx.2025-ci il tarixdə Şəxs ilə Orxan Quliyev arasında münaqişə yaranmış, buna görə də Şəxs Orxan Quliyevə məxsus Ağsu rayonu, Qaraqaşlı kəndində yerləşən evə getmiş, bu zaman evdə olan evin gəlini Zərərçəkmiş şəxs qapını açmış, yoldaşının evdə olmamasını demiş, lakin Şəxs qapıya bir neçə dəfə vurmuş, nəticədə Zərərçəkmiş şəxs xəsarət yetirmişdir. Bu səbəbdən barəsində protokol tərtib olunaraq məhkəməyə gətirilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, o, Kürdəmir-Ağsu rayonları arasında taksi sürməklə məşğuldur. Taksi sürücüləri öz aralarında növbə qurur, o, maşının kəmərini düzəltmək üçün növbədən uzaqlaşmış, qayıdanda Orxanın onun növbəsinə keçməsini görmüşdür. Bu səbəbdən aralarında mübahisə yaranmış, Orxan onu söymüşdür. O müştərini aparmasını sonra söhbətlərinə davam etmələrini bildirmiş, Orxan ona orada gözləməsini demişdir. O gözləmiş Orxan geri qayıtmamışdır, bu səbəbdən onun evinə getmiş, onu çağırmışdır. Yoldaşı çıxmış, qapını açmış, Orxanın evdə olmadığını demiş və qapını bağlamaq istəmişdir. O, Orxanın maşının qapıda olduğunu görmüş və qapını basmışdır. Bu zaman xanım qışqırmış və evə qaçmış, o da geri qayıtmışdır. O qadına əl qaldırmamışdır. Barəsində olan inzibati xəta haqqında işə xitam verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs məhkəmə iclasında izahat verərək göstərmişdir ki, həmin gün o evdə tək olmuşdur. Qapı döyülmüş, yoldaşı olduğunu zənn etmiş və qapını açmışdır. Orxanı soruşmuş, o Orxanın evdə olmadığını bildirmiş, qapını bağlıyıb evə qayıtmaq istəyərkən həmin adam qapını itələmiş, o yıxılmış, qolu ayağı zədələnmişdir. Qışqırmış, bundan sora həmin adam çıxıb getmişdir. Ona cəza verilməsini xahiş etdi. Məhkəmə inzibati xəta haqqında toplanmış materialları araşdıraraq hesab edir ki, Şəxs qeyd olunan inzibati xətanı törətməkdə təqsiri tam sübut olunur. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - “İnzibati xəta haqqında” xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Ağsu rayonu, Qaraqaşlı kəndinə gedərək Zərərçəkmiş şəxs məxsus dəmir qapını möhkəm açaraq Zərərçəkmiş şəxs dəymiş, ona xəsarətlər yetirmişdir. - Ağsu Rayon Polis X4 xx.xx.2025-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış materiallar üzrə əməldə cinayət tərkibi olmadığından cinayət işi başlanması rədd edilmiş, qərarın surətinin Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə tədbir görülməsi üçün Ağsu RPŞ-nin İTB-nə göndərilməsi, qərarın surətinin maraqlı şəxslərə göndərilməklə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 212.3-cü maddəsinə əsasən həmin qərardan ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Ağsu rayon prokuroruna, yuxarı prokurora və yaxud məhkəməyə şikayət etmək hüquqlarının izah olunması qərara alınmışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X8 120 saylı, xx.xx.2025-ci-cü il tarixli ekspert rəyindən görünür ki, 2000ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarətlər – sağ saidin yuxarı 1/3-nin arxa səthində, sağ əlüstü və İİİ – İV barmağın orta falanqalarında və sağ dizin oynağın bir qədər bayır səthində dərinin epidermis qatının sıyrılmış yaraları küt - bərk əşyanının (əşyaların) təsirindən törənmişdir, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən xx.xx.2025-ci il tarixdə törənmişlər, müxtəlif şəraitlərdə o cümlədən də, öz boylu hündürlüyündən çınqıllı, daşlı, asfaltlı sahə üzərinə) yıxılması nəticəsində əmələ gəlməsi halı inkar edilmir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Göründüyü kimi, Şəxs İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatı, Ağsu rayon Polis X4 qərarı, “İnzibati xəta haqqında” protokol ilə təsdiq olunur. Məhkəmə hesab edir ki, Şəxs hərəkətləri İXM-in 157-ci maddəsi ilə tövsif olunmalı və həmin maddənin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. İXM-in 157-ci maddəsinə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlində inzibati məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə inzibati xətanın xarakterini, təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 15 (on beş) gün müddətində inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. İnzibati qaydada həbsetmənin əvvəli 18 iyun 2025-ci il tarixdən, saat 12:30-dan hesablansın. Qərarın icrası Ağsu rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №3(016)-181/2025
Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-181/2025
18.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver