Məhkəmə qərarları › İş №3(016)-183/2024

Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-183/2024

18.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-183/2024 18.04.2024 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1993-cü ildə Kürdəmir rayonu, Muratxan kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, evli, Kürdəmir rayonu, Muratxan kəndində qeydiyyatda olan və yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM) 510 və 535.1-ci maddələri ilə inzibati xəta törətməsinə dair Ağsu rayon Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs polisin qanuni tələbinə qəsdən tabe olmamış, ictimai qaydanı kobud şəkildə pozmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, xx.xx.2024-cü il tarixdə o və qardaşı X8 rayonunda yaşayan xalası nəvəsinin toy şənliyinə gəlmişlər. Toy şənliyi zamanı bir qədər yeyib içdikdən sonra evə gedən zaman Ağsu şəhər ərazisində tanıdıqları Ruslan adlı şəxlə küçədə rastlaşmış, bundan sonra o, qardaşı Tural Qurbanov və Ruslan adlı tanıdıqları şəxs arasında mübahisə və münaqişələri olmuşdur. Bundan sonra Ruslan mobil telefon vasitəsi ilə polis əməkdaşlarını dəvət etmiş, bir qədər sonra bir neçə polis əməkdaşları onların mübahisə və münaqişə etdikləri yerə gəlmişlər. Həmin vaxt onlarla Ruslanın arasında söz-söhbət və dava-dalaş olduğu üçün onları Ağsu RPŞ-yə dəvət etmişlər. Həmin vaxt o və qardaşı Tural Qurbanov bir qədər sərxoş olduqlarından küçədə ucadan səs-küy salmış və ünvanlı və ünvansız nalayiq küçə söyüşləri söyməyə başlamışlar. Həmin vaxt həmin polis əməkdaşları onları nizam-intizama dəvət etmiş, o və qardaşını polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışlar. Daha sonra onu və qardaşı X7 RPŞ-yə gətirmişlər. Təkrar olaraq o və qardaşı Tural Qurbanov içkili olmaları səbəbindən Ağsu RPŞ-nin inzibati binasında da öz hərəkətlərinə davam edərək ünvanlı və ünvansız nalayiq küçə söyüşləri söyməyə davam etmişlər. O, sərxoş olmağı səbəbindən qeyd etdiyi hərəkətlərə yol vermişdir, öz səhvini başa düşür bir də belə səhvlərə yol verməyəcəyinə söz verir. Barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə 16:10 radələrində Ağsu RPŞ-nin PPXB-nin polis nəfəri polis kiçik serjantı Nurlan Teymurlu və PPXB-nin komandiri VMİE, polis baş leytenantı Aqil Tağıyevlə birlikdə Ağsu şəhəri, Vidadi küçəsində hərəkətdə olan zaman 3 nəfər şəxsin bir-biri ilə mübahisə etdiklərini görmüşlər. Lakin həmin şəxslərədən 2 nəfər şəxsin ucadan səs-küy salaraq ünvanlı və ünvansız nalayiq küçə söyüşləri söydüyünü görmüş, həmin şəxslərə yaxınlaşıb özlərini təqdim etdərək onları nizamintizama dəvət etmişlər. Lakin həmin şəxslər onların qanuni tələblərinə qəsdən məhəl qoymayaraq öz hərəkətlərini davam etdirdiyi üçün onlar həmin şəxsləri Ağsu RPŞ-nə gətirmişlər. Ağsu rayon polis şöbəsinin inzibati binasında ucadan səs küy salaraq ünvanlı və ünvansız nalayiq küçə söyüşləri söyməyə davam etmişlər. Onlar təkrarən vətəndaşları nizam intizama dəvət etsələr də vətəndaşlar sərxoş olduğundan öz hərəkətlərinə davam etmişlər. Daha sonra Növbətçi Hissəyə məlum olmuşdur ki, həmin şəxslər Kürdəmir rayon Muradxanlı kənd sakinləri xx.xx.1996-ci il təvəllüdlü X2 və onun qardaşı xx.xx.1993-cü il təvəllüdlü Şəxsdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə 16:10 radələrində Ağsu RPŞ-nin PPXB-nin polis nəfəri polis kiçik serjantı Nurlan Teymurlu və PPXB-nin manqa komandiri Emil Əzizovla birlikdə Ağsu şəhəri, Vidadi küçəsində hərəkətdə olan zaman 3 nəfər şəxsin bir-biri ilə mübahisə etdiklərini görmüşlər. Lakin həmin şəxslərədən 2 nəfər şəxsin ucadan səs-küy salaraq ünvanlı və ünvansız nalayiq küçə söyüşləri söydüyünü görmüş, həmin şəxslərə yaxınlaşıb özlərini təqdim etdərək onları nizam-intizama dəvət etmişlər. Lakin həmin şəxslər onların qanuni tələblərinə qəsdən məhəl qoymayaraq öz hərəkətlərini davam etdirdiyi üçün onlar həmin şəxsləri Ağsu RPŞ-nə gətirmişlər. Ağsu rayon polis şöbəsinin inzibati binasında ucadan səs küy salaraq ünvanlı və ünvansız nalayiq küçə söyüşləri söyməyə davam etmişlər. Onlar təkrarən vətəndaşları nizam intizama dəvət etsələr də vətəndaşlar sərxoş olduğundan öz hərəkətlərinə davam etmişlər. Daha sonra Növbətçi Hissəyə məlum olmuşdur ki, həmin şəxslər Kürdəmir rayon Muradxanlı kənd sakinləri xx.xx.1996-ci il təvəllüdlü X2 və onun qardaşı xx.xx.1993-cü il təvəllüdlü Şəxsdur. “İnzibati xəta haqqında” 17 aprel 2024-cü il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, Şəxs 17 aprel 2024-cü il tarixdə polisin qanuni tələbinə qəsdən tabe olmamış, ictimai qaydanı kobud şəkildə pozmuşdur. xx.xx.2024-cü il tarixli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolu ilə müəyyən olunur ki, Şəxs hadisə baş verən zaman orta dərəcəli sərxoş olmuşdur. İnzibati qaydada tutma haqqında 17 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Şəxs 17 aprel 2024-cü il tarixdə saat 20:05-də tutulmuşdur. Göründüyü kimi, Şəxs ictimai qaydanı pozması və eyni zamanda, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması özünün etirafı, şahid ifadəsi, “İnzibati xəta haqqında” protokol və digər iş materialları ilə təsdiq edilir. İXM-in 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs İXM-in 510 və 535-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi iş materialları əsasında sübuta yetirilmiş və onun barəsində həmin maddələrin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. İXM-in 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs səmimi peşmançılığı inzibati məsuliyyəti yüngülləşdirən haldır. Şəxs hadisə zamanı sərxoş olması inzibati məsuliyyəti ağırlaşdıran haldır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Şəxs törətdiyi inzibati xətaların hallarını, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, inzibati xətanın xarakterini və törədilmə şəraitini nəzərə alaraq, İXM-in 34.3-cü maddəsinə əsasən Şəxs barəsində İXM-in 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh tədbiri – inzibati həbs tətbiq olunmalıdır. İXM-in 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək, İXM-in 34.3-cü maddəsinə əsasən, daha ciddi xəta hesab edilən İXM-in 535.1-ci maddəsinin sanksiyası çərçivəsində barəsində inzibati həbs tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin, həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən, daha ciddi xəta hesab edilən İXM-in 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 20 (iyirmi) gün müddətində həbs edilsin. İnzibati qaydada həbsetmənin əvvəli 17 aprel 2024-cü il tarixdən, saat 20:05-dən hesablansın. Qərarın icrası Ağsu rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar