Məhkəmə qərarları › İş №3(016)-183/2025

Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-183/2025

23.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-183/2025 23.06.2025 AĞSU RAYON MƏHKƏMƏSİ X16 Natiq oğlunun sədrliyi, Cəbrayılova Könül Alov qızının katibliyi, Ağsu rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, X1 iştirakları ilə, xx.xx.1995-ci ildə Ağsu rayonunda anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, Ağsu rayonu, Cəlayir kəndində qeydiyyatda olan və yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM) 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Ağsu rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara audio və video yazı aparılmaqla baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ağsu Rayon Məhkəməsinin 2(016)-46/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən X3 uşaqları ilə hər həftənin şənbə və bazar günləri, saat 12:00-dan 16:00-dək ünsiyyətdə olmaq hüququ verilmişdir. Lakin borclu icra sənədi üzrə tələbi icra etməmişdir. Həmin qətnamə üzrə Ağsu rayon icra və probasiya şöbəsi tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Şəxs Ağsu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(016)-46/2023 saylı icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Bu barədə Ağsu rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X10 tərəfindən 23 iyun 2025-ci il tarixdə MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında dindirilmiş Ağsu rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X10 izahatında göstərdi ki, Ağsu Rayon Məhkəməsinin 2(016)-46/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən X3 uşaqları ilə hər həftənin şənbə və bazar günləri, saat 12:00-dan 16:00-dək ünsiyyətdə olmaq hüququ verilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilmiş, bildiriş və digər aidiyyəti sənədlər borcluya göndərilmişdir. İlk başlarda uşaqlar ataları ilə görüşməkdən imtina edirdilər. Daha sonra psixoloq köməyi ilə ataları ilə görüşmək istəyiblər. Lakin 1 aydır uşaqlar atalarını yenə görmək istəmirlər. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, 1 ay bundan öncə bazar günü saat 12-də Məlikov Coşqun uşaqları aparıb saat 4-də gətirib. Böyük oğlu Məlikov Nurhan gələn kimi demişdir ki, atası ilə savaşıb, anası haqqında nalayiq ifadələr işlətmiş, o da evdən qaçaraq Cəlayir kənd yolunun qarşısında gözləmişdir. Uzun vaxtdan sonra atası gəlib onu yoldan götürüb evə aparıb. Ondan sonra uşaq özü atası ilə görüşməkdən imtina edir. Lakin o, uşaqların ataları ilə görüşməklərinə mane olmur. Məhkəmə iclasında tələbkar X3 izahat verərək bildirmişdir ki, uşaq anası tərəfdən öyrədilir. Uşaq onlara gedərkən evdə yemək yemir ki, yeməyə zəhər tökmüsünüz. Evə kamera taxdırmış, baş verən hadisə çəkilişdə görsənir, uşaq küsüb həyətə düşüb, sonra barışmışlar və uşaq onunla evə girmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, tələbkarın, icra məmurunun izahatlarını, icra işinin və inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 528.1-ci maddəsi ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq İXM-nin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Ağsu Rayon Məhkəməsinin 2(016)-46/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən X3 uşaqları ilə hər həftənin şənbə və bazar günləri, saat 12:00-dan 16:00-dək ünsiyyətdə olmaq hüququ verilmişdir. - Həmin qətnamə üzrə 20 dekabr 2023-cü il tarixdə Ağsu rayon icra və probasiya şöbəsi tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmişdir. - Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Ağsu rayon Mərkəzi Xəstəxanası” X18 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 18-1-25/2-M-31-434/24 saylı arayışdan görünür ki, Ağsu rayonu, Cəlayir kənd sakini, 2015-ci il təvəllüdlü X7, həqiqətən xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi aşağıda göstərilən diaqnozla “Ağsu RMX” PHŞ-də ambulator müalicə almışdır. DZ: KTX. Əsas: “Ağsu RMX” PHŞ-in 787 nömrəli ambulator tibbi kartası. - Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Ağsu rayon Mərkəzi Xəstəxanası” X18 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 18-1-25/2-M-31-433/24 saylı arayışdan görünür ki, Ağsu rayonu, Cəlayir kənd sakini, 2018-ci il təvəllüdlü X8, həqiqətən xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi aşağıda göstərilən diaqnozla “Ağsu RMX” PHŞ-də ambulator müalicə almışdır. DZ: KTX. Əsas: “Ağsu RMX” PHŞ-in 1186 nömrəli ambulator tibbi kartası. - Şəxs xx.xx.2024-cü il tarixli izahatında icra sənədi üzrə göstərilən tələbi yəni uşaqları atası Məlikov Coşqun ilə görüşdürməkdən imtina etmir, lakin uşaqlar atası ilə görüşməkdən imtina edirlər. - 22.01.2024-cü və xx.xx.2024-cü il tarixli aktlardan görünür ki, icra prosesi zamanı X1 uşaqları ilə görüşü baş tutmuşdur. - 22.01.2024-cü il tarixli xx.xx.2015-ci il təvəllüdlü X7 və xx.xx.2018-ci il təvəllüdlü X4 ataları X3 ilə görüşüb ünsiyyətdə olması barədə rəydən görünür ki, X19 ilə də söhbət aparılmış. Söhbət zamanı ana bildirmişdir ki, ata məhkəmə tərəfindən təyin olunan alimenti vaxtlı-vaxtında və tam ödəmir, buna görə də o, uşaqların atası ilə görüşməsinə şərait yaratmır, əgər ata vaxtlı-vaxtında və tam şəkildə təyin olunan alimentin hamısını ödəyərsə, uşaqların atası ilə görüşməsinə şərait yaradacaq və razılıq verəcəkdir. - xx.xx.2024-cü il tarixli xx.xx.2015-ci il təvəllüdlü X7 və xx.xx.2018-ci il təvəllüdlü X4 ataları X3 ilə görüşüb ünsiyyətdə olması barədə rəydən görünür ki, ata ilə söhbət aparılmış, ona izah edilmişdir ki, ananın aliment tələbi vardır, alimenti tam şəkildə və vaxtlı-vaxtında ödəyərsə uşaqlarının görüşməsinə ana razılıq verəcəkdir. X20 prosesin gedişatı zamanı 150 manat aliment ödənişi etmiş və söz vermişdir ki, bundan sonra təyin olunmuş alimenti tam şəkildə ödəyəcəkdir. X19 da aliment ödənişi olduqdan sonra söz vermişdir ki, işlərinin çoxluğu ilə əlaqədar olaraq növbəti icra prosesinə gələ bilmədiyi üçün hər həftənin şənbə və bazar günləri saat 14:00-dan 18:00-dək hal-hazırda yaşadığı Ağsu rayonu, Abasxanlı kəndində atasına məxsus evdən uşaqların əmisi X5 tərəfindən aparılıb ataları ilə görüşməsinə razılıq verəcəkdir. - 06.06.2024-cü il tarixli aktdan grünür ki, icra prosesi zamanı X1 uşaqları ilə görüşü baş tutmamışdır, belə ki, xx.xx.2015-ci il təvəllüdlü X7 və xx.xx.2018-ci il təvəllüdlü X8 ataları X3 ilə görüşməkdən imtina etmişdirlər. - 06.06.2024-cü il tarixli xx.xx.2015-ci il təvəllüdlü X7 və xx.xx.2018-ci il təvəllüdlü X4 ataları X3 ilə görüşüb ünsiyyətdə olması barədə rəydən görünür ki, azyaşlı Elgiz Məlikov ilə söhbət aparılmış. O da söhbət əsnasında bildirmişdir ki, anasının ona dediyinə görə ata içki aludəçisidir. Ona görə də o, atasından qorxub çəkinir, onunla ünsiyyətdə olmaq istəmir. İcra prosesinin gedişatından aydın və açıq şəkildə görünür ki, ana N.Məlikova uşaqlara ataları ilə görüşüb ünsiyyətdə olmaması üçün yalan məlumatlar verir, uşaqlarda ataya qarşı soyuq münasibət yaratdığı üçün onlar ataları ilə ünsiyyətdə olmaq istəmirlər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ana Şəxs uşaqlarla atası X2 görüşünə müxtəlif bəhanələrlə, o cümlədən atanın alimenti vaxtı-vaxtında verməməsi bəhanəsi, həmçinin uşaqlara ataları ilə görüşüb ünsiyyətdə olmaması üçün ata haqqında yalan məlumatlar verməklə uşaqlarda ataya qarşı soyuq münasibət yaradaraq onların ataları ilə görüşünə mane olur. Qeyd olunanlara əsasən Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, tələbkarın, icra məmurunun izahatlarını, icra işinin və inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 528.1-ci maddəsi ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq İXM-nin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, İXM-nin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə- fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Məhkəmələrin bütün qərarları qəbul olunduğu gündən bir aydan gec olmayaraq anonimləşdirilməklə elektron qaydada yayılmalıdır.Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hornsbi Yunanıstana qarşı” iş üzrə 19 mart 1997-ci il tarixli Qərarında vurğulayır ki, razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı. Həmçinin Avropa Məhkəməsi “Burdov Rusiyaya qarşı” iş üzrə 7 may 2002-ci il tarixli Qərarında qeyd edir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər. Amma bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirməməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci və 3-cü maddələrinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. İXM-nin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İXM-nin 31.2-ci maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hal müəyyən edilmədi. İXM-nin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Şəxs tərəfindən törədilən inzibati xətanın xarakterini, törədilmə şəraitini, himayəsində iki azyaşlı uşaq olmasını, habelə əmlak vəziyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, onun barəsində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 48-51, 114, 115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində cərimə edilsin Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Babək Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar