Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-185/2024 23.04.2024 AĞSU RAYON MƏHKƏMƏSİ X5 Natiq oğlunun sədrliyi, Məmmədova Esma Kərim qızının katibliyi, Ağsu rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1987-ci ildə Ağsu rayonu Suraxanı kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz,evli Ağsu rayonu, Suraxanı kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM) 529.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Ağsu rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası Ekalogiya və Təbii Sərvətlər Nazirliyi6 saylı X4 Təbii Sərvətlər idarəsinin ******* nömrəli xx.xx.2023-cü il tarixli inzibati protokolun icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Bu barədə Ağsu rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2 tərəfindən xx.xx.2024-cü il tarixdə MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Ağsu rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Azərbaycan Respublikası Ekalogiya və Təbii Sərvətlər Nazirliyi6 saylı X4 Təbii Sərvətlər idarəsinin ******* nömrəli xx.xx.2023-cü il tarixli inzibati protokollarına əsasən, Şəxs 700 manat məbləğində cərimənin alınıb dövlət büdcəsinə ödənilməsi ilə bağlı icra sənədi icraata daxil olmuşdur. İcraata başlamaq haqqında qərar qəbul edilmiş və borcun ödənilməsi üçün bildiriş və digər sənədlər borcluya göndərilmişdir. Yaranmış borcun ödənilməsi məqsədi ilə borclunun adına əmlakının olub-olmaması barədə aidiyyəti təşkilatlara sorğu ilə müraciət edilmiş və borclunun adına borcun yönəldilə biləcəyi pay torpaqları aşkar edilmişdir. Borclu dəfələrlə şöbəyə çağırılmış, izahatı alınmışdır. Barəsində İXM-nin 529.1-ci maddəsində nəzərdə tutulmuş tədbir görülməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında izahat verərək bildiridi ki, qərarın qanuni qüvvəyə minməsindən keçən bu müddət ərzində ona cəriməni ödəməsi üçün yetərincə vaxt verilməsinə və cərimənin ödənilməsi dəfələrlə tələb olunmasına baxmayaraq, o, həmin qərarı icra edə bilməmişdir. Protokolda qeyd olunan cərimə məbləğini ödəməyə maddi imkanı yoxdur. Əmlakı da yoxdur. Hər hansı gəlir yeri yoxdur. Ailəsini çətinliklə dolandırır, heyvandarlıqla məşğul olur. Mülkiyyətində iri buynuzlu heyvan vardır. Hazırda barəsində İXM-nin 529.1-ci maddəsi ilə protokol tərtib edilərək məhkəmə gətirilmişdir. Qeyd olunanların nəzərə alınmasını və barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası Ekalogiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı X4 Təbii Sərvətlər idarəsinin ******* nömrəli xx.xx.2023-cü il tarixli protokollardan görünür ki, Şəxs İXM-nin 253.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 700 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. - “Elektron icra” sistemindən Əmlak və gəlir məlumatlarının çıxarışının surətindən görünür ki, Şəxs adına pay torpaq sahələri aşkar edilmişdir. Məhkəmə icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, İXM-nin: 150.9-cu maddəsinə əsasən fiziki və ya vəzifəli şəxs barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) məcburi icraya yönəldilmiş qərarı 2 ay müddətində, məhkəmənin məcburi icraya yönəldilmiş qərarı isə 15 gün müddətində icra olunmadıqda, icra məmuru bu Məcəllənin 529.1 və ya 529.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edir. Hüquqi şəxslərə münasibətdə isə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən məcburi icra tədbirləri davam etdirilir. 150.10-cu maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin inzibati tənbehə yönəldilə bilən həcmdə əmlakı və ya gəlirləri bu Məcəllənin 150.9-cu maddəsində göstərilən müddətlərdə aşkar edildikdə, bu Məcəllənin 529.1 və ya 529.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmir və məcburi icra tədbirləri davam etdirilir. 529.1-ci maddəsinə əsasən Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarının qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə yüzaltmış saatdan iki yüz qırx saatadək ictimai işlər tətbiq olunur. Qanunvericiliyin normalarının tələbindən görünür ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin inzibati tənbehə yönəldilə bilən həcmdə əmlakı və ya gəlirləri aşkar edildikdə İXM-nin 529.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmir və məcburi icra tədbirləri davam etdirilir. İş materiallarından da görünür ki, Şəxs heyvandarılıqla məşğuldur və onun mülkiyyətində iri buynuzlu heyvan vardır. Həmin əmlakın inzibati tənbehə yönəldilə bilən həcmdə olub-olmaması barədə iş materiallarında hər hansı məlumat aşkar edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin işin halları ilə bağlı verdikləri izahatları dinləyərək, inzibati xəta haqqında işin və icra işinin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs mülkiyyətində iri buynuzlu heyvan olduğundan və icra qurumu tərəfindən həmin əmlakın inzibati tənbehə yönəldilə bilən həcmdə olub-olmaması müəyyən edilmədiyindən hazırda Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 529.1, 154, 40, 43, 114-115 və 128-130-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Şəxs oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Babək Qasımov
Məhkəmə qərarları › İş №3(016)-185/2024
Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-185/2024
23.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver