Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-187/2023 17.03.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Ağayev Rəşad Vidadi oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1987-ci ildə Ağsu rayonu, Bəyimli kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Ağsu rayonu, Bəyimli kəndində qeydiyyatda olan və yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM) 535.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Ağsu rayon Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: 17 mart 2023-cü il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, Şəxs 17 mart 2023-cü il tarixdə polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X2 məhkəmə iclasında bildirdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə sərxoş vəziyyətdə olmuş, Növcü kəndində xidmət aparan polis əməkdaşları ilə mübahisə etmiş, polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 04:15 radələrində Növcü kənd ərazisində sərxoş vəziyyətdə olmuş, öz hərəkətlərini bilməmiş və polis əməkdaşları ilə mübahisə etmişdir. O, Növcü kəndində xidmət aparan polis əməkdaşlarını görmüş, özündən asılı olmayaraq onda qıcıq yaranmış və polis əməkdaşlarına qarşı aqressiv hərəkət etməyə başlamışdır. Polis əməkdaşları onu sakitləşdirməyə çalışmış və nizam-intizama dəvət etmişlər. O, daha da aqressiv hərəkətlər edərək kobudluq etmişdir. Polis əməkdaşlarının qanuni tələblərinə tabe olmadığına görə onu Ağsu RPŞ-yə gətirmişlər. O, səhvini başa düşür, bir daha belə hərəkətlər etməyəcəyinə söz verir. Əməlindən səmimi peşmandır, barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə, inzibati xəta haqqında toplanmış materialları araşdıraraq hesab edir ki, Şəxs İXM-in 535.1-ci maddəsi ilə qeyd olunan inzibati xətanı törətməkdə təqsiri tam sübut olunur. xx.xx.2022-ci il tarixli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolu ilə müəyyən olunur ki, Şəxs hadisə baş verən zaman orta dərəcəli sərxoş olmuşdur. Beləliklə, məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ictimai qaydanı pozan hərəkətləri etməsi sübuta yetirilmişdir. İXM-in 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi iş materialları əsasında sübuta yetirilmiş və onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. İXM-in 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs səmimi peşmançılığı inzibati məsuliyyəti yüngülləşdirən haldır. Şəxs hadisə zamanı sərxoş olması inzibati məsuliyyəti ağırlaşdıran haldır. Məhkəmə hesab edir ki, Şəxs barəsində İXM-in 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh tədbiri – inzibati cərimə tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə və İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 200 (iki yüz) manat inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №3(016)-187/2023
Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-187/2023
17.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver