Məhkəmə qərarları › İş №3(016)-189/2025

Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-189/2025

02.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-189/2025 02.07.2025 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Əzizov Nemət Qamət oğlunun katibliyi, Ağsu Rayon Prokurorluğunun nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1989-cu ildə Ağsu şəhərində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, Ağsu şəhəri, X8 küçəsi, ev 22 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM) 206-cı maddəsi ilə inzibati xəta törətməsinə dair Ağsu rayon Prokurorluğundan daxil olmuş materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməklə istehlak etmişdir. Ağsu Rayon Prokurorluğunun nümayəndəsi X2 məhkəmə iclasında çıxış edərək bildirdi ki, xx.xx.2025-ci il tarixdə saat 19 radələrində "xxxx" ASC-də qəlibçi işləyən X3 tikintisi aparılan “Şamaxı-İsmayıllı-Qəbələ” yolunun Ağsu rayonu, Kalva kəndindən keçən hissəsində yolun istinad divarının üzərində olarkən ehtiyatsızlıqdan asfalt örtüyün üzərinə düşməsi nəticəsində vəfat etmişdir. Həmin gün Şəxs evakoator sürücüsü imiş. Ehtimal olunmuşdur ki, hansısa maddəsin təsiri altında olmuşdur. Bu səbəbdən araşdırılma aparılmış, Gəncə şəhər narkoloji dispanserinin və sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinədən müəyyən olunmuşdur ki, şəxs narkotik vasitə istifadə etmişdir. Bu səbəbdən, İXM-nin 206-cı maddəsi ilə məhkəməyə gətirilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, o, bu ilin fevral ayından "xxxx" ASC-də işləyir, ona kimi Qarabağda işləmişdir. Sonuncu dəfə narkotik vasitəni də elə Qarabağda, 4 ay bundan əvvəl istifadə etmişdir. Evlidir, ailədə tək işləyən odur, iki azyaşlı uşağı var, yoldaşı onkoloji xəstədir. Əməlindən peşmandır, barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə inzibati xəta haqqında toplanmış materialları araşdıraraq hesab edir ki, Şəxs qeyd olunan inzibati xətanı törətməkdə təqsiri tam sübut olunur. İş materiallarından olan və məhkəmə tərəfuindən tədqiq edilmiş: - Ağsu Rayon Prokurorluğunun xx.xx.2025-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, 23 may 2025-ci il tarixda, saat 19 radələrində Qobustan rayonu, Nabur kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan xx.xx.1964-cü il təvəllüdlü, "xxxx" ASC-də qəlibçi ișləyən X3 tikintisi aparılan Şamaxı-İsmayıllı-Qəbələ" yolunun Ağsu rayonu Kalva kəndindən keçən hissəsində yolun istinad divarının üzərində olarkən ehtiyatsızlıqdan asfalt örtüyün üzərinə düşməsi nəticəsində vəfat etməsi ilə bağlı hər hansı şəxs tərəfindən texniki təhlükəsizlik va ya əmək mühafizəsinin başqa qaydalarının pozulması halı müəyyən edilmədiyindən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, hadisə yerinə baxış, meyitə baxış və materialın araşdırılması zamanı müvafiq qaydada qablaşdırılaraq götürülmüş Umud Cəfərova məxsus 01 ədəd mobil telefon, 01 cüt ayaqqabı, 01 ədəd kaska, 01 cüt əlcək, 01 ədəd șalvar, 0 1 ədəd köynək, 01 ədad mayka, 01 cüt corab, 01 ədəd üzərində "xxxx" yazılmış jilet, 01 vərəqdə tövsiyyə vərəqi (resept), 1 ədəd İstanbul ns klinikasına məxsus vizitkart, 20 ədəd üzərində “uqol aktivirovannıy tabletki 50 mq”, 01 ədəd qutuda üzərində “rovastat 20 mg”, 01 ədəd qutuda üzərində “imperium”, 01 ədəd șüșə qabda üzərində kardiomaqnil sözləri yazılmış dərmanlar oğlu X4 təhvil verilmiş, araşdırılmış material üzrə Şəxs əməlində İXm-in 206-cı maddəsinin tərkib əlamətləri oİduğu üçün barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanılması məsələsinə baxılmasından ötrü Ağsu rayon prokurorunun qarşısında məsələ qaldırılmış, qəbul edilmiş qərarın surətinin maraqlı şəxslərə göndərilməklə qərardan narazı aldıqları halda ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, yuxarı prokurora və ya məhkəməyə şikayət etmək hüquglarının olması izah edilməsi, materialın saxlanması üçün Ağsu rayon prokurorluğunun arxivinə təhvil verilməsi qərara alınmışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserinin 24 may 2025-ci il tarixli, 851 nömrəli rəyindən görünür ki, Şəxs narkotik vasitə olan kannobionidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. - 24 may 2025-ci il tarixli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, Şəxs marixuanadan istifadə etmişdir. - “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” 01 iyul 2025-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində İXM-in 206-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın başlanması qərara alınmışdır. Göründüyü kimi, Şəxs narkotik vasitə olan marixuana istehlak etməsi, özünün səmimi etirafı, “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərar və digər iş materialları ilə təsdiq edilir. Buna görə də, məhkəmə hesab edir ki, bununla da onun hərəkətləri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tövsif olunmalı və həmin maddənin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. İXM-in 206-cı maddəsinə əsasən, qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Qeyd: Satış məqsədi olmadan hazırladığı, əldə etdiyi, saxladığı, daşıdığı və ya göndərdiyi şəxsi istehlak miqdarında narkotik vasitələri, psixotrop maddələri könüllü surətdə təhvil verən şəxs bu maddədə nəzərdə tutulan hərəkətlərə görə inzibati məsuliyyətdən azad edilir. İXM-in 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta törətmiş şəxsin səmimi peşmanlığı inzibati məsluliyyəti yüngülləşdirən haldır. Şəxs əməlində inzibati məsuliyyəti ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə inzibati xətanın xarakterini, təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, əmlak vəziyyətini nəzərə alıb hesab edir ki, Şəxs barəsində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. İXM-in 31.4-1-ci maddəsinə əsasən, inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Yuxarıda göstərilənlərə və İXM-in 40, 43, 49-51, 114, 128-130-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar