Məhkəmə qərarları › İş №3(016)-192/2024

Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-192/2024

03.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-192/2024 03.06.2024 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi, Ağsu Rayon Prokurorluğunun nümayəndəsi X1, Barəsində X3 iş üzrə icraat aparılan Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Ağsu rayonu, Daşdəmirbəyli kəndində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, natamam-orta təhsilli, fəhlə işləyən, evli, Ağsu şəhəri, İlkin Məmmədov küçəsində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM) 157-ci maddəsi ilə inzibati xəta törətməsi barədə Ağsu Rayon Prokurorluğundan daxil olmuş materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2024-cü il tarixdə arvadı Zərərçəkmiş şəxs döyərək dərəcəsi təyin olunmayan xəsarətlər yetirmişdir. Barəsində X3 iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, zərərçəkmişlə barışmış, ona dəymiş maddi və mənəvi ziyanı ödəmişdir. Bu səbəbdən barəsində olan X3 iş üzrə icraata xitam verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Şəxs ilə barışmışdır. Ona dəymiş maddi və mənəvi ziyan ödənilmişdir. Ona qarşı şikayəti və tələbi yoxdur. Bu səbəbdən, X3 iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə X3 toplanmış materialları araşdıraraq hesab edir ki, Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə başlanmış X3 iş üzrə icraata xitam verilməlidir. İş materialına əlavə edilən MTE və PA X4 Şəxsinin xx.xx.2024-cü il tarixli, 68 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər aşağıdakılardır: - sol budun yuxarı 1/3-nin iç səthində qançır küt-bərk əşyanın təsirindən törənmişdir, törənmə müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixinə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İş materialına əlavə edilən Ağsu Rayon Prokurorluğunun xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplamış materiallar üzrə əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanılması rədd edilmişdir. İş materialına əlavə edilən X3 iş üzrə icraata başlanılması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə X3 iş üzrə icraatın başlanması qərara alınmışdır. İXM-in 39.1-ci maddəsinə əsasən, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş X3 iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. İXM-in 53.1 və 53.1.9-cu maddələrinə əsasən, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında X3 iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) X3 işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs ilə Şəxs barışdıqlarından, X3 iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 39.2, 53.0.10 və 105.1-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə başlanmış X3 iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar