Məhkəmə qərarları › İş №3(016)-192/2025

Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-192/2025

04.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-192/2025 04.07.2025 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Əzizov Nemət Qamət oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X1, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1975-ci il tarixdə Ağsu şəhərində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM) 510-cu maddəsi ilə inzibati xəta törətməsinə dair Ağsu Rayon Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2025-ci il tarixdə ucadan səs-küy salaraq nalayiq ifadələr işlədərək ictimai qaydanı kobud şəkildə pozmuşdur. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X2 izahat verərək göstərdi ki, Ağsu șəhəri, Vidadi küçəsi, ev 76, mənzil 5-də yaşayan Şəxs 10 may 2025-ci il tarixdə DİN-in 102 xidməti zəng-mərkəzinə məlumat verərək bacısı qızı Günel ve bacısı oğlu Cəlal tərəfindən döyüldüyünü, rayon polis şöbəsinə müraciət edərək isə, həmin tarixdə saat 21 radələrinde bacısı qızı Güneldən 100 manat pulunu almaq üçün yașadığı evinə getdiyini, həmin vaxt Günelin oğlu Cəlalın onun saçından yapıșaraq, saçını yolduğunu bildirmişdir. Həmçinin Ağsu șəhəri, Vidadi küçəsi, ev 66A-da yaşayan Zərərçəkmiş şəxs 10 may 2025ci il tarixdə DİN-in 102 xidmeti zəng-mərkəzinə və rayon polis șöbəsinə ərizə ilə müraciət edərək, həmin tarixdə saat 21 radələrində anasına məxsus evdə olarkən, xalası Şəxs həmin evə gəldiyini, onu təhqir edib, mübahisə etdiyini, onu və ailə üzvlərini nalayiq sözlərlə təhqir etdiyini, Rəhimənin onunla mübahisə etmələrindən və barəsində polisə əsassız, șər, böhtan xarakterli şikayət etmələrindən bezərək "102" Xidmətinə zəng edərək, xalası Rəhimə ilə bağlı qanuni tədbir görülmədiyi halda özünə qəsd edəcəyini dediyini bildirmişdir, bu səbəbdən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, 2024-cü ilin oktyabr ayında o, bacısı qızı Günelə məxsus evə qonaq getmişdir. Həmin evdən öz evinə qayıdarkən, selofan torbaya qoyduğu, özünə məxsus istifadə etdiyi şalı və 100 manat məbləğində pulunu həmin evdə unutmuşdur. Evə çatdıqda șalını və pulunu Günelə məxsus evdə unutduğunu xatırlamış, bundan sonra bacısının qızından həmin əşyaların ona qaytarmasını tələb etmişdir. Lakin Günel onlarda nə șalın, nə də pulun olduğunu bildirmiş, onun yalan danışdığını deyərək pulu qaytarmamışdır. O, bu barəda polisə müraciət etmiş, məsələ Ağsu rayon Polis Șöbəsində araşdırılmış, lakin buna baxmayaraq Günel pulu geri qaytarmamışdır. 2025-ci il mayın 10-da, saat 21 radələrində o, pulunu geri almaq məqsədilə bacısına məxsus evə getmişdir. Evdə bacısının qızı Güneldən pulunu tələb etdikdə, Günel pulunu verməyəcəyini deyərək, onunla mübahisə etməyə başlamışdır. Daha sonra Günelin oğlu Cəlal onun saçından yapışaraq saçını yolmuşdur. Bundan sonra onların əlindən çıxaraq çölə çıxmış və "102" Xidmətinə zəng edərək məlumat vermişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadə verərək bildirdi ki, barəsində şikayət edən Şəxs onun xalasıdır. 2024-cü ilin oktyabr ayında özü yaşadığı evində oğlunun ad günü münasibətilə məclis təşkil etmișdir. Həmin məclisə xalası Rəhimə də qonaq qismində gəlmişdir. Məclisdən sonra Rəhimə onun guya pulunu oğurladığını iddia edərək, ondan 500 manat pul tələb etməyə başlamışdır. Bu məsələ ilə bağlı Rəhimənin şikayəti sasında Ağsu Rayon Polis Şöbəsində arașdırmalar aparılmışdır. Lakin buna baxmayaraq, Rəhimə ondan əl çəkməmişdir. 2025-ci il mayın 10-da, saat 21 radələrində anasına məxsus evdə olarkən, oğlu Cəlal evə gələrək Rəhimənin sõyüş söyərək gəldiyini bildirmişdir. Bir qədər sonra Rəhimə həmin evə gəlmiş, onu və ailə üzvlərini nalayiq ifadələrlə təhqir etmişdir. Həmçinin, pulunu və çantasını onun oğurladığını bildirərək, pulu verməsini tələb etmişdir. O, Rəhiməyə pulunun onda olmadığını və evdən çıxmasını demişdir. Lakin,Rəhimə söyüş söyməyə davam etmiş, daha sonra isə çölə çıxaraq evi tərk etmişdir. Sonradan Rəhimənin onun barəsində şikayət etməsindən xəbərdar olmuşdur. Şəxs qeyd etdikləri yalandır. O və ya oğlu Cəlal Rəhiməni döyməmiş, heç bir xəsarət yetirməmişlər. Eləcə də oğlu Cəlal Rəhimənin saçını yolmamışdır. Həmçinin Rəhimənin pulu va ya șalı onun evində qalmamışdır. Rəhimə ondan pulunu oğurlamasını deyərək, șər atmışdır. Məhkəmə inzibati xəta haqqında toplanmış materialları araşdıraraq hesab edir ki, Şəxs İXM-in 510-cu maddəsi ilə qeyd olunan inzibati xətanı törətməkdə təqsiri tam sübut olunur. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - “İnzibati xəta haqqında” 04 iyul 2025-ci il tarixli, MN ******* saylı protokolla müəyyən olunur ki, Şəxs xx.xx.2025-ci il tarixdə bacısı qızı Zərərçəkmiş şəxs və onun ailə üzvlərini nalayiq küçə söyüşləri ilə söyüb təhqir etmişdir. - “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 20 may 2025-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə toplanmış materiallar üzrə cinayət hadisəsi olmadığından cinayət işi başlanması rədd edilmiş, vətəndaşlar Şəxs barəsində İXM-in 510 və 564-cü maddələri ilə tədbir görülməsi üçün qərarın surətinin Ağsu RPŞ-nin İTB-nə göndərilmişdir. Göründüyü kimi, Şəxs İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi, inzibati xəta haqqında protokol və digər iş materialları ilə təsdiq edilir. İXM-in 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat şəxsin İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi iş materialları əsasında sübuta yetirilmiş və onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. İXM-in 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxsnun əməlində inzibati məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hal yoxdur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Şəxsnun törətdiyi inzibati xətanın hallarını, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, inzibati xətanın xarakterini və törədilmə şəraitini nəzərə alaraq, İXM-in 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh tədbiri – inzibati cərimə tətbiq olunmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 50 (əlli) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar