Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-194/2023 29.03.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Ağayev Rəşad Vidadi oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X3 iştirakları ilə, xx.xx.1999-cu ildə Göyçay rayonu, Bığır kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, subay, Göyçay rayonu, Bığır kəndində qeydiyyatda olan və yaşayan, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM) 510 və 535.1-ci maddələri ilə inzibati xəta törətməsinə dair Ağsu rayon Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 polisin qanuni tələbinə qəsdən tabe olmamış, ictimai qaydanı kobud şəkildə pozmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X4 izahat verərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə atası ilə birlikdə “oteqo” maşını ilə Göyçayın Bığır kəndindən çıxıb Bakıya getməyi qərara almışlar. Təxminən axşamüstü saat 19:30 radələrində Ağsu dolaylarından yuxarı qalxarkən post-patrul maşını onlara saxlamaq işarəsi vermiş, onlar nə üçün saxlama işarəsi verdiklərini anlamamış və bunun üçün də məhəl qoymamışlar. Sonra polis əməkdaşları onların arxasınca sürüb onları saxlamış, özlərini təqdim etmiş, yük maşınlarının Ağsu dolaylarına girməsinin qadağan olduğunu bildirmişlər. Sonra əraziyə YPX-nın əməkdaşlarını dəvət etmişlər. Daha sonra YPX əməkdaşları qaydaları pozmalarına görə barələrində protokol tərtib etmiş, onu və atasını polis şöbəsinə gətirmişlər. Əməlindən peşmandır, barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahatında göstərdi ki, xx.xx.2023cü il tarixdə saat 19:30 radələrində Ağsu dolaylarında polis serjantı X6 ilə xidmətdə olarkən yük maşınının dolaylarda hərəkət etdiyini görüb saxla işarəsi vermişlər və həmin avtomobili saxladıqda sürücü və yanında oturan sərnişin onlarla kobud danışaraq qanuni tələblərinə tabe olmadıqları üçün onlar həmin əraziyə YPX əməkdaşlarını dəvət etmişlər. YPX əməkdaşları ilə birlikdə vətəndaşları rayon polis şöbəsinə gətirmişlər, şöbədə məlum olmuşdur ki, həmin şəxslər Göyçay rayonundandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş polis serjantı X6 izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 19:30 radələrində Ağsu dolaylarında polis nəfəri X5 ilə xidmətdə olarkən yük maşınının dolaylarda hərəkət etdiyini görüb saxla işarəsi vermişlər və həmin avtomobili saxladıqda sürücü və yanında oturan sərnişin onlarla kobud danışaraq qanuni tələblərinə tabe olmadıqları üçün onlar həmin əraziyə YPX əməkdaşlarını dəvət etmişlər. YPX əməkdaşları ilə birlikdə vətəndaşları rayon polis şöbəsinə gətirmişlər, şöbədə məlum olmuşdur ki, həmin şəxslər Göyçay rayonundandır. Məhkəmə, inzibati xəta haqqında toplanmış materialları araşdıraraq hesab edir ki, X3 İXM-in 510 və 535.1-ci maddələri ilə qeyd olunan inzibati xətaları törətməkdə təqsiri tam sübut olunur. “İnzibati xəta haqqında” 29 mart 2023-cü il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, X4 28 mart 2023-cü il tarixdə polisin qanuni tələbinə qəsdən tabe olmamış, ictimai qaydanı kobud şəkildə pozmuşdur. Göründüyü kimi, X3 ictimai qaydanı pozması və eyni zamanda, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması özünün etirafı, şahid ifadələri, “İnzibati xəta haqqında” protokol və digər iş materialları ilə təsdiq edilir. İXM-in 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X3 İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi iş materialları əsasında sübuta yetirilmiş və onun barəsində həmin maddələrin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. İXM-in 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. X1 peşmançılığı inzibati məsuliyyəti yüngülləşdirən haldır. X3 əməlində inzibati məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, X3 törətdiyi inzibati xətaların hallarını, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, inzibati xətanın xarakterini və törədilmə şəraitini nəzərə alaraq, İXM-in 34.3-cü maddəsinə əsasən X4 barəsində İXM-in 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh tədbiri – inzibati cərimə tətbiq olunmalıdır. İXM-in 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, X4 İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək, İXM-in 34.3-cü maddəsinə əsasən, daha ciddi xəta hesab edilən İXM-in 535.1-ci maddəsinin sanksiyası çərçivəsində barəsində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: X4 İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin, həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən, daha ciddi xəta hesab edilən İXM-in 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №3(016)-194/2023
Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-194/2023
29.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver