Məhkəmə qərarları › İş №3(016)-20/2023

Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-20/2023

26.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-20/2023 26.01.2023 AĞSU RAYON MƏHKƏMƏSİ X15 Natiq oğlunun sədrliyi, X13 oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Ağsu rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X6, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1965-ci ildə Ağsu rayonu Ağarx kəndində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, subay, işsiz,ünvan 1i ünvanında qeydiyyatda olan, Bakı şəhəri Masazır kəndində yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Ağsu rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ağsu Rayon Məhkəməsinin 2(016)-1562/2017 saylı,xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən Borclu Şəxs və zaminlər X1, X5, X11, X2, X4 müştərək qaydada ümumilikdə 7312,53 manat, 554,34 ABŞ dolları və ödənilmiş 20 manat dövlət rüsumu "xxxx" QSC-nin hesabına, 2(016)-1495/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs ümumilikdə 490,95 manat alınaraq "xxxx"ASC-nin hesabına, 2(016)- 1333/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən borclu Şəxs ümumilikdə 4168,40 ABŞ dolları alınaraq "xxxx"MMC-nin hesabına, 2(016)-984/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs ümumilikdə 475 manat və ödənilmiş 20 manat dövlət rüsumu alınaraq "xxxx"LTD MMC-nin hesabına ödənilməlidir. Həmin qətnamələr üzrə xx.xx.2015-ci il, xx.xx.2016-cı il,xx.xx.2017-ci il tarixdə Ağsu rayon icra və probasiya şöbəsi tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, xx.xx.2021-ci il tarixdə bir neçə icra sənədinin bir icraatda birləşdirilməsi haqqında qərar qəbul edilmişdir. Şəxs Ağsu Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(016)-1562/2017 saylı, xx.xx.2015-ci il tarixli, 2(016)-1495/2015 saylı, xx.xx.2020-ci il tarixli, 2(016)-984/2020 saylı, xx.xx.2016-cı il tarixli 2(016)-1333/2016 saylı icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Bu barədə Ağsu rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X9 tərəfindən xx.xx.2023-cü il tarixdə MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Ağsu rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X9 izahat verərək göstərdi ki, Şəxs Ağsu Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(016)- 1562/2017 saylı, xx.xx.2015-ci il tarixli, 2(016)-1495/2015 saylı xx.xx.2020-ci il tarixli, 2(016)-984/2020 saylı, xx.xx.2016-cı il tarixli 2(016)-1333/2016 saylı icra sənədləri icraata daxil olmuşdur. İcraata başlamaq haqqında qərar qəbul edilmiş və borcunun ödənilməsi üçün bildiriş və digər aidiyyəti sənədlər borcluya göndərilmişdir. Yaranmış borcun ödənilməsi məqsədi ilə borclunun adına əmlakının olub-olmaması barədə aidiyyəti təşkilatlara sorğu ilə müraciət edilmiş və borclunun adına borcun yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. Borclu dəfələrlə şöbəyə çağırılmış, lakin gəlməkdən boyun qaçırmışdır. Borclu bugünə qədər borcundan heçbir ödəniş etməmişdir, bugünki tarixə isə üzərin düşən öhdəlikləri yerinə yetirmişdir. Borclunun hal hazırda borcu yoxdur. Odur ki, barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş tədbir görülməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, Ağsu rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(016)- 1562/2017 saylı, xx.xx.2015-ci il tarixli,2(016)-1495/2015 saylı xx.xx.2020-ci il tarixli, 2(016)-984/2020 saylı, xx.xx.2016-cı il tarixli 2(016)-1333/2016 saylı icra sənədlərinə əsasən üzərinə düşən öhdəlik tam olaraq yerinə yetirmişdir. Hal-hazırda borcu yoxdur. Odur ki, barəsində olan protokol üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Ağsu Rayon Məhkəməsinin 2(016)-1562/2017 saylı,xx.xx.2017-ci il tarixli icra sənədindən görünür ki, Borclu Şəxs və zaminlər X1, X5, X3, X2, X4 müştərək qaydada ümumilikdə 7312,53 manat, 554,34 ABŞ dolları və ödənilmiş 20 manat dövlət rüsumu "xxxx" QSC-nin hesabına ödənilməlidir. - Ağsu Rayon Məhkəməsinin 2(016)-1495/2015 saylı ,xx.xx.2015-ci il tarixli icra sənədindən görünür ki, Şəxs ümumilikdə 490,95 manat alınaraq "xxxx"ASC-nin hesabına ödənilməlidir. - Ağsu Rayon Məhkəməsinin 2(016)-1333/2016 saylı ,xx.xx.2016-cı il tarixli icra sənədindən görünür ki, Şəxs ümumilikdə 4168,40 ABŞ dolları və 20 manat dövlət rüsumu alınaraq "xxxx" MMC-nin hesabına ödənilməlidir. - Ağsu Rayon Məhkəməsinin 2(016)-984/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədindən görünür ki, Şəxs ümumilikdə 475 manat və ödənilmiş 20 manat dövlət rüsumu alınaraq "xxxx" LTD MMC-nin hesabına ödənilməlidir. - Həmin icra sənədləri üzrə xx.xx.2015-ci il, xx.xx.2016-cı il, xx.xx.2017-ci il tarixdə Ağsu rayon icra və probasiya şöbəsi tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, xx.xx.2021-ci il tarixdə bir neçə icra sənədinin bir icraatda birləşdirilməsi haqqında qərar qəbul edilmişdir. - Ağsu Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2015-ci il, xx.xx.2016-cı il, xx.xx.2017-ci il vəxx.xx.2021-ci il tarixli bildirişlərindən görünür ki, borclu tərəfindən icra sənədi könüllü icra edilmədiyindən Ağsu Rayon İcra və Probasiya Şöbəsinə gəlməsi tələb olunmuş, əks təqdirdə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məcburi gətirilməsi barədə təqdimatla məhkəməyə müraciət olunacağı, həmçinin inzibati və cinayət məsuliyyətinə cəlb olunacağı barədə tədbirlər həyata keçiriləcəyi barədə xəbərdar olunmuşdur. - 23.01.2023-cü il, xx.xx.2023-cü il tarixli aryışlardan və qəbzdən görünür ki, Şəxs üzərinə öhdəlikləri tam olaraq yerinə yetirmişdir. Göründüyü kimi məhkəmə iclasında iş materialları ilə müəyyən olunmuşdur ki, 2(016)-1562/2017 saylı,xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən Borclu Şəxs və zaminlər X1, X5, X7, X2, X4 müştərək qaydada ümumilikdə 7312,53 manat, 554,34 ABŞ dolları və ödənilmiş 20 manat dövlət rüsumu "xxxx" QSC-nin hesabına, 2(016)-1495/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs ümumilikdə 490,95 manat alınaraq "xxxx"ASC-nin hesabına, 2(016)-1333/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən borclu Şəxs ümumilikdə 4168,40 ABŞ dolları alınaraq "xxxx" MMC-nin hesabına, 2(016)-984/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs ümumilikdə 475 manat və ödənilmiş 20 manat dövlət rüsumu alınaraq "xxxx" LTD MMCnin hesabına ödənilməsinə dair Ağsu rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(016)- 1562/2017 saylı, xx.xx.2015-ci il tarixli, 2(016)-1495/2015 saylı xx.xx.2020-ci il tarixli, 2(016)-984/2020 saylı, xx.xx.2016-cı il tarixli 2(016)-1333/2016 saylı icra sənədlərinə əsasən üzərinə düşən öhdəlik tam olaraq yerinə yetirmişdir. İXM-nin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsiri hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyasi hüququ var. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 53-cü maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda (maddə 53.0.3) inzibati xəta haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərəçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 105.1-ci maddəsinəəsasən bu məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə- fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirərək icra sənədi üzrə borc məbləğini tam olaraq ödədiyi üçün inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-nın 43, 53, 105.1, 106-110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Babək Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar