Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-200/2024 07.05.2024 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və müdafiəçisi Vəkil iştirakları ilə, xx.xx.2000-ci ildə Ağsu şəhərində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM) 343.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Ağsu rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinədən imtina etmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X3 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, xx.xx.2024-cü il tarixdə saat 2 radələrində “Vaz 2121” və “Vaz 21061” minik markalı avtomaşınlar Ağsu şəhəri, Ü.Hacıbəyov küçəsində işıqforun qadağanedici işığında sola dönmə işıqlarını yandırıb H.Əliyev prospektinə düzünə hərəkət etmişlər. Onlar həmin avtomobilləri müşahidə etmiş, Vaz 2121 markalı maşın işıqforun qadağanedici işığında hərəkətini davam etdirmişdir. Vaz 21061 markalı maşın da onun arxasıyca hərəkət etmişdir. Onların qarşısında Vaz 21061 markalı maşın olduğu üçün onu saxlamış, sürücüdən spirtli içki qoxusu gəldiyi üçün onu tibbi müayinəyə dəvət etmiş, o da imtina etmiş, digər maşını saxlamayıb onu saxladıqları üçün səsini qaldırmış, qazi olduğunu bildirmişdir. Daha sonra onun barəsində protokol tərtib etmişlər. O, göstərilənlərə əsasən Şəxs sürücülük hüququnun məhdudlaşdırılmasını xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, Ağsu Rayon Yol Patrul Xidməti inspektoru xx.xx.2024-cü il tarixdə işıq siqnallarını qoşmadan, səs siqnallarından istifadə etməyərək ona saxla işarəsi vermiş, onu saxlayıb özünü təqdim etmədən yaxasından yapışıb ona zor tətbiq etmişdir. O, niva markalı avtomaşınla yarışmamışdır, şəhərin kameralarında da var. Polis əməkdaşı özünü təqdim etmədən ona avtomobili içkili idarə etdiyini bildirmiş, alkotester aparatına üfürməsini və içkili olub-olmamasının yoxlanması üçün xəstəxanaya getməsini bildirmişdir. Lakin o, bundan imtina etmişdir. Həmin vaxt o, içkili olmamışdır. Atası şəkər xəstəsi, anası xərçəng xəstəsidir, həmin vaxt da onlara dərman alıb gəldiyi üçün xəstəxanaya gedib müayinə oluna bilməmişdir. Barəsində tərtib edilmiş protokola xitam verilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçi Vəkil məhkəmə iclasında Şəxs qazi olduğunu nəzərə alaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadə verərək göstərdi ki, xx.xx.2024-cü il tarixdə xidmətdə olan zaman qarşılarında iki maşın olmuş, “Vaz 21061” markalı maşın onların qarşısında olduğu üçün ona saxla işarəsi verərək, maşını saxlamışlar. Sonra Rais sürücüyə yaxınlaşıb özünü təqdim etmişdir. Ondan spirt iyi gəldiyi üçün alkotesterə üfürməsini bildirmiş, sürücü imtina edib çıxıb getmişdir. Onlar həmin vətəndaşa müayinə olunmağı nə qədər təklif etsələr də o, razılaşmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli protokoldan görünür ki, Şəxs xx.xx.2024cü il tarixdə, saat 16:03-də “Vaz 21061” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomaşınla inzibati xəta törətdiyi üçün barəsində İXM-in 327.2-ci maddəsinə əsasən protokol tərtib edilmişdir. - 02 may 2024-cü il tarixli, İXP ******* nömrəli protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 02:10-da idarə etdiyi “Vaz 21061” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomaşınla svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə görə barəsində İXM-in 327.1-ci maddəsi ilə, eyni zamanda, sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxsin tibbi müayinədən imtina etməsinə görə barəsində İXM-in 327.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatları, şahid ifadəsi və 02 may 2024-cü il tarixli, İXP ******* nömrəli protokol ilə müəyyən olunur ki, Şəxs İXM-in 343.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 02 radələrində idarə etdiyi “Vaz 21061” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomaşınla svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirdiyinə görə Ağsu rayonu Yol patrul xidmətinin inspektoru X3 tərəfindən saxlanılmış, bu zaman o, Şəxs sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etməsindən şübhələndiyi üçün onu tibbi müayinəyə dəvət etmiş, Şəxs tibbi müayinədən keçməkdən imtina etmişdir. Bu səbəbdən, onun barəsində İXM-in 343.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. Məhkəmə qeyd edir ki, Şəxs sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinədən imtina etməsi, onun məhkəmə iclasında verdiyi izahatı ilə də təsdiq edilir. Belə ki, o, izahatında göstərmişdir ki, “Polis əməkdaşı özünü təqdim etmədən ona avtomobili içkili idarə etdiyini bildirmiş, alkotester aparatına üfürməsini və içkili olubolmamasının yoxlanması üçün xəstəxanaya getməsini bildirmişdir. Lakin o, bundan imtina etmişdir.”. Məhkəmə, barəsində inzibati xəta haqqında protokol tərtib edilən şəxsin iclasda verdiyi izahatı ilə bağlı bildirir ki, onun izahatında göstərilənlər məhkəmə araşdırması zamanı hər-hansı sübutlarla təsdiq olunmur. Özünü müdafiə xarakterlidir. İXM-in 343.1-ci maddəsinə əsasən, bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxsin tibbi müayinədən imtina etməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. İXM-in 32.2-ci maddəsinə əsasən, inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs İXM-in 343.1-ci maddəsinin sanksiyasının həddində nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilməlidir. Şəxs məhkəmədə göstərilmiş 3 saat hüquqi yardıma görə 18 manat məbləğində pulun, dövlət büdcəsinin vəsaiti hesabından Vəkil hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilmlidir. Yuxarıda göstərilənlərə və İXM-in 40, 43, 50, 51, 114, 128-130-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 343.1-ci maddəsi ilə təqsirli bilinib, nəqliyyat vasitələrini idarə etmək hüququ 06 (altı) ay müddətinə məhdudlaşdırılsın. Şəxs məhkəmədə göstərilmiş 3 saat hüquqi yardıma görə 18 manat məbləğində pulun, dövlət büdcəsinin vəsaiti hesabından Vəkil hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №3(016)-200/2024
Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-200/2024
07.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver