Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-202/2023 06.04.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Ağayev Rəşad Vidadi oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 iştirakı ilə, xx.xx.1994-cü ildə Kürdəmir rayonu, Qarasaqqal kəndində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkumluğu olmayan, Kürdəmir rayonu, Qarasaqqal kəndində qeydiyyatda olan və yaşayan, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM) 535.1-ci maddəsi ilə inzibati xəta törətməsi barədə Ağsu rayon Polis Şöbəsi tərəfindən daxil olmuş inzibati protokola baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, X6 06 aprel 2023cü il tarixdə polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X4 məhkəmə iclasında bildirdi ki, xx.xx.2023-cü il tarixdə Kürdəmir rayonu, Qarasaqqal kənd sakini N.Vahidzadə polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X6 izahat verərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə qardaşı vaz 2101 markalı nəqliyyat vasitəsi ilə Ağsu şəhəri, H.Əliyev küçəsində hərəkətdə olduğu zaman o və atası Vidadi də onun yanında olmuşlar. Həmin zaman yol patrul xidməti əməkdaşları onları saxlamış, yaxınlaşaraq özünü təqdim edib qardaşının idarə etdiyi nəqliyyat vasitəsinin nömrə nişanının qanunvericiliyə uyğun olmadığını bildirib bu barədə inzibati protokol tərtib ediləcəyini demişlər. Qardaşı protokol tərtib edilməsini istəmədiyi üçün polislə mübahisəyə yol vermiş, sonra o və atası da maşından düşüb polis əməkdaşına yaxınlaşmış, yüksək səslə danışıb polis əməkdaşıyla mübahisəyə başlamışlar. Daha sonra polis əməkdaşları onları rayon polis şöbəsinə dəvət etmiş, onlar polis şöbəsinə getmək istəməmiş, polis əməkdaşları onları polis şöbəsinə gətirmişdir. Atası Vidadi şəkər xəstəsi olduğundan rayon polis şöbəsində biraz da əsəbləşərək səs küy salmışdır. O, səhvini başa düşür, əməlindən peşmandır, bir daha belə hərəkətlərə yol verməyəcəyinə söz verir və barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş polis baş serjantı X5 izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə Ağsu şəhəri, H.Əliyev küçəsində xidmətdə olan zaman vaz 2101 markalı, **-BB-*** nömrə nişanlı nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı mövcud standartlara uyğun olmadığı üçün tərəfindən saxlanmış, o, nəqliyyat vasitəsinin sürücüsünə özünü təqdim edərək ona yol verdiyi qayda pozuntusu ilə bağlı inzibati protokol tərtib ediləcəyini izah etmiş, sürücü X7 mübahisəyə yol verməklə küçədə uca səslə danışıb onun barəsində yazılacaq protokola heç bir əsas olmadan etiraz etmişdir. Ona hüquq və vəzifələrini izah edərkən həmin şəxs yenidən mübahisəni şiddətləndirərək polisin qanuni tələblərini pozmağa başlamışdır. Bundan sonra sürücünün yanında olan iki nəfər şəxs sonradan onun qohumları olduğu məlum olan şəxslər də onlara yaxınlaşıb mübahisəyə yol verməyə başlamışlar. Onları dəfələrlə intizama dəvət etsə də onlar öz hərəkətlərini qərəzli olaraq davam etdirib küçədə olan şəxslərə qarşı da intizamsızlıq nümayiş etdirmişlər. Buna görə də həmin şəxslər polisin qanuni tələblərini pozmaqla iş ahəngini pozduqları üçün tərəfindən rayon polis şöbəsinə dəvət olunmuş, lakin onlar yenidən polisin qanuni tələblərini pozaraq rayon polis şöbəsinə gəlməkdən imtina etmişlər. Məhkəmə, inzibati xəta haqqında toplanmış materialları araşdıraraq hesab edir ki, X3 İXM-in 535.1-ci maddəsi ilə qeyd olunan inzibati xətanı törətməkdə təqsiri tam sübut olunur. Beləliklə, məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 ictimai qaydanı pozan hərəkətləri etməsi sübuta yetirilmişdir. İXM-in 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X3 İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi iş materialları əsasında sübuta yetirilmiş və onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. İXM-in 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. X1 peşmançılığı inzibati məsuliyyəti yüngülləşdirən haldır. X3 əməlində inzibati məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə hesab edir ki, X3 barəsində İXM-in 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh tədbiri – inzibati cərimə tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə və İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: X6 İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 200 (iki yüz) manat inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №3(016)-202/2023
Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-202/2023
06.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver