Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-205/2023 10.04.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Ağayev Rəşad Vidadi oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Cəlləd qızının iştirakları ilə, xx.xx.1988-ci ildə Ağsu rayonunda anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, Ağsu rayonu, Ağalarbəyli kəndində qeydiyyatda olan və yaşayan, Şəxs Cəlləd qızının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM) 510 və 535.1-ci maddələri ilə inzibati xəta törətməsinə dair Ağsu rayon Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Cəlləd qızı polisin qanuni tələbinə qəsdən tabe olmamış, ictimai qaydanı kobud şəkildə pozmuşdur. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X2 izahat verərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə səhər yol nəqliyyat hadisəsi baş vermiş, həmin maşının Şəxs Cəlləd qızına məxsus olduğu məlum olmuş, lakin avtomobili başqa adam idarə etmişdir. Sonra xanım polisə gəlib maşını onun sürdüyünü bildirmiş, polisin qanuni tələblərinə tabe olmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Cəlləd qızı izahat verərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 11:00 radələrində Ağsu RPŞ-də gedən işləri ilə bağlı RPŞ-nin girişində olan polis əməkdaşına yaxınlaşmış və içəri girmək istədiyini bildirmişdir. Həmin vaxt polis əməkdaşı ondan nə üçün və kimin yanına gəldiyini soruşmuş və o, əməkdaşa qayı xidmətinə getməyini, söz deyib çıxmaq istədiyini bildirmişdir. Həmin vaxt əsəbi olduğu üçün RPŞ-nin inzibati binasının həyətində ünvansız küçə söyüşləri söyməyə başlamışdır. Bu vaxt polis əməkdaşları ona yaxınlaşmış, onu sakitləşdirməyə çalışmış və nizam-intizama dəvət etmişlər, lakin o əsəbi olduğu üçün öz hərəkətlərini davam etdirmiş və polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Əməlindən səmimi peşmandır, barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş polis nəfəri X3 izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 11:20 radələrində 1 saylı postda xidmətdə olarkən bir xanım ona yaxınlaşmış, ona heç bir söz demədən RPŞ-nin inzibati binasına daxil olmaq istəmiş, o, həmin qadını saxlayıb kimliyini soruşanda qadın ona qarşı ünvansız söyüşlər söyərək RPŞ-nin növbətçi hissəsinə daxil olmaq istəmişdir. O, qadını sakitləşdirməyə çalışmış qadın daha da uca səslə ünvansız küçə söyüşləri söyməyə başlamışdır. Bu səsə bütün şöbə çıxmış və onlar da qadını məcburən KPZ-yə salmışlar. Məhkəmə, inzibati xəta haqqında toplanmış materialları araşdıraraq hesab edir ki, Şəxs Cəlləd qızının İXM-in 510 və 535.1-ci maddələri ilə qeyd olunan inzibati xətaları törətməkdə təqsiri tam sübut olunur. “İnzibati xəta haqqında” 10 aprel 2023-cü il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, Şəxs Cəlləd qızı 10 aprel 2023-cü il tarixdə polisin qanuni tələbinə qəsdən tabe olmamış, ictimai qaydanı kobud şəkildə pozmuşdur. Göründüyü kimi, Şəxs Cəlləd qızının ictimai qaydanı pozması və eyni zamanda, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması özünün etirafı, şahid ifadəsi, “İnzibati xəta haqqında” protokol və digər iş materialları ilə təsdiq edilir. İXM-in 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Cəlləd qızının İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi iş materialları əsasında sübuta yetirilmiş və onun barəsində həmin maddələrin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. İXM-in 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs Cəlləd qızının səmimi peşmançılığı inzibati məsuliyyəti yüngülləşdirən haldır. Şəxs Cəlləd qızının əməlində inzibati məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Şəxs Cəlləd qızının törətdiyi inzibati xətaların hallarını, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, inzibati xətanın xarakterini və törədilmə şəraitini nəzərə alaraq, İXM-in 34.3-cü maddəsinə əsasən Şəxs Cəlləd qızı barəsində İXM-in 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh tədbiri – inzibati cərimə tətbiq olunmalıdır. İXM-in 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs Cəlləd qızı İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək, İXM-in 34.3cü maddəsinə əsasən, daha ciddi xəta hesab edilən İXM-in 535.1-ci maddəsinin sanksiyası çərçivəsində barəsində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Şəxs Cəlləd qızı İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin, həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən, daha ciddi xəta hesab edilən İXM-in 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №3(016)-205/2023
Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-205/2023
10.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver