Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-205/2025 23.07.2025 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Əzizov Nemət Qamət oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.2002-ci ildə Ağsu şəhərində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM) 510 və 535.1-ci maddələri ilə inzibati xəta törətməsinə dair Ağsu Rayon Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs polisin qanuni tələbinə qəsdən tabe olmamış, ictimai qaydanı kobud şəkildə pozmuşdur. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X3 məhkəmə iclasında çıxış edərək bildirdi ki, Rəhbərlik tərəfindən onlara kafelərdə işləyən xanımlarla bağlı reyd keçirilməsi, başqa rayondan gələn xanım işçilərin qeydiyyatının öyrənilməsi tapşırığı verilmişdir. Reyd keçirilən zaman kafedə Sevil adlı xanımı Rayon Polis şöbəsinə gətirmişlər. Bundan sonra Seymur adlı şəxs Rayon Polis şöbəsinə gələrək ucadan səs-küy salmış, qadının heç bir günahı olmadığını bildirmiş, onlara qarşı nalayiq ifadələr işlədərək, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış, onları təhqir etmiş və iş rejimlərini pozmuşdur. Bu səbəbdən barəsində qanuni tədbir görülməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, xx.xx.2025-ci il tarixdə əvvəlcədən tanışı olan Gəncə şəhər sakini X2 Ağsu RPŞ-nin əməkdaşları tərəfindən polis şöbəsinə gətirilməsi barədə məlumat almış, daha sonra onu görmək üçün polis şöbəsinə getmək qərarına gəlmişdir. RPŞ-nə gəlib Sevil Bağırovanı görmək üçün RPŞ-nin nəzarət buraxılış məntəqəsində xidmət aparan polis əməkdaşından onu görməsinə icazə vermələrini istəmiş, bu zaman polis əməkdaşı onunla görüşə bilməyəcəyini bildirmiş, o həmin polis əməkdaşının icazə verməməsindən əsəbləşib uca səslə nalayiq ifadələr işlətməyə başlamışdır. Orada xidmət aparan polis əməkdaşı onu sakitləşdirməyə çalışsa da o, öz hərəkətlərini davam etdirdiyi üçün digər polis əməkdaşı yaxınlaşıb barəsində tədbir görülməsi üçün RPŞ-nin növbətçi hissəsinə aparmış, bu zaman daha da əsəbləşib polis şöbəsinin həyətində uca səslə nalayiq ifadələr işlətmişdir. Əməlindən peşmandır, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahatında göstərdi ki, xx.xx.2025ci il tarixdə saat 00:55 radələrində PPXB-nin polis nəfərləri polis kiçik serjantı İbrahim İbrəhimov daxili telefon ilə əlaqə saxlayıb bir nəfər şəxsin uca səslə nalayiq söyüşlər söydüyünü bildirmiş, o, həmin şəxsin yanına yaxınlaşıb nə baş verdiyini öyrənmək üçün özünü təqdim etdikdə bir nəfər şəxsin uca səslə qapı postunda xidmət aparan polis əməkdaşı ilə mübahisə etdiyini görmüşdür. Bu zaman özünü ona Şəxs kimi təqdim edən şəxsə sakitləşməsini və bu etdikləri hərəkətlərin məsuliyyət olduğunu bildirmişdir. Onu nizam-intizama dəvət etsələr də həmin şəxs ictimai yerdə öz hərəkətlərinə davam edərək onun qanuni tələblərinə kobudcasına tabe olmayaraq onlarla mübahisəni davam etdirmişdir. Təkrar olaraq ona sakit olmasını və söyüş söyməməsini bildirsələr də o, qərəzli olaraq öz hərəkətlərini davam etdirərək ictimai qaydanı pozmaqla yanaşı onların qanuni tələblərini yerinə yetirməkdən yayınmışdır. Onlar həmin şəxsin barəsində qanuni tədbir görülməsi üçün RPȘ-ə dəvət edərək gətirmişlər. Davamlı olaraq öz əməllərini davam edərək RPȘ-nin NH-nin iş rejimini pozaraq RPŞ-nin inzibati binasında nalayiq söyüşlər söyməyə davam etmişlər. Məhkəmə inzibati xəta haqqında toplanmış materialları araşdıraraq hesab edir ki, Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə qeyd olunan inzibati xətaları törətməkdə təqsiri tam sübut olunur. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - “İnzibati xəta haqqında” 23 iyul 2025-ci il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, Şəxs polisin qanuni tələbinə qəsdən tabe olmamış, ictimai qaydanı kobud şəkildə pozmuşdur. - “İnzibati qaydada tutma haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 01:20-də inzibati qaydada tutulmuşdur. Göründüyü kimi, Şəxs ictimai qaydanı pozması və eyni zamanda, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması özünün etirafı, şahid ifadələri, “İnzibati xəta haqqında” protokol və digər iş materialları ilə təsdiq edilir. İXM-in 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi iş materialları əsasında sübuta yetirilmiş və onun barəsində həmin maddələrin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. İXM-in 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs səmimi peşmanlığı inzibati məsuliyyəti yüngülləşdirən haldır. Şəxs əməlində inzibati məsuliyyəti ağırlaşdıran hal yoxdur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Şəxs törətdiyi inzibati xətaların hallarını, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, inzibati xətanın xarakterini və törədilmə şəraitini nəzərə alaraq, İXM-in 34.3-cü maddəsinə əsasən Şəxs barəsində İXMin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh tədbiri – inzibati həbs tətbiq olunmalıdır. İXM-in 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək, İXM-in 34.3-cü maddəsinə əsasən, daha ciddi xəta hesab edilən İXM-in 535.1-ci maddəsinin sanksiyası çərçivəsində barəsində inzibati həbs tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin, həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən, daha ciddi xəta hesab edilən İXM-in 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 10 (on) gün müddətində həbs edilsin. İnzibati qaydada həbsetmənin əvvəli 22 iyul 2025-ci il tarixdən, saat 01:20-dən hesablansın. Qərarın icrası Ağsu rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №3(016)-205/2025
Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-205/2025
23.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver