Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-206/2025 23.07.2025 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Əzizov Nemət Qamət oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1982-ci ildə Ağsu rayonu, Növcü kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, Ağsu rayonu, Növcü kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM) 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Ağsu rayon Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2025-ci il tarixdə Ağsu rayonu, Növcü kəndində həmkəndlisi X5 döyərək ona dərəcəsi təyin olunmayan xəsarətlər yetirmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X7 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, zərərçəkmiş şəxs X1 Mərdan Qalib oğlunun Ağsu rayonu, Növcü kəndində yerləşən evinə gəlmiş, həyat yoldaşı ilə mübahis etmişdir. Bu zaman Şəxs onları ayırmaq istəmiş, qadın onun üstünə hücum çəkmiş, o qadını itələmiş və qadın yıxılmışdır. Dediyinə görə qadını döyməmişdir. Lakin zərərçəkmiş döyüldüyünü bildirir. Bu səbəbdən, Şəxs barəsində protokol tərtib edilərək məhkəməyə gətirilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, X8 onun evinə gəlmiş, həyat yoldaşı il mübahisə edib ona qarşı nalayiq ifadələr işlətmişdir. Daha sonra həyat yoldaşının saçından yapışmış, o, onları ayırmaq istəmiş, qadının sinəsindən itələmiş qadın yıxılmışdır. Daha sonra o, qadını ayağa qalxızıb getməsini xahiş etmiş, gedərkən pilləkəndə ayağı ilişmiş və yıxılmışdır. O qadını döyməmişdir. Zərərçəkmiş dayısının yoldaşıdır. Hətta onların evlərinin pəncərəsini də sındırmışdır, lakin o, qadın olduğu üçün ondan şikayət etməmişdir. Barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə inzibati xəta haqqında toplanmış materialları araşdıraraq hesab edir ki, Şəxs qeyd olunan inzibati xətanı törətməkdə təqsiri tam sübut olunur. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - Ağsu rayon X9 Bölməsinin 18 iyul 2025-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, qərarın surətinin məlumat üçün maraqlı şəxslərə və rayon prokurorluğuna göndərilməsi, Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə tədbir görülməsi üçün Ağsu RPŞ-in X2 göndərilməsi qərara alınmışdır. - “İnzibati xəta haqqında” 23 iyul 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Ağsu rayonu, Növcü kəndində X5 döyərək dərəcəsi təyin olunmayan xəsarətlər yetirmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA X14 Şəxsinin 153 saylı ekspert rəyindən görünür ki, X3 tibbi müayinəsi zamanı bədən səthində aşağıdakı xəsarətlər vardır: sol qulaq sırğalığında cırılmış yara, döş qəfəsin sol yuxarı tış hissəsində və sağ dizin ön səthində qançırlar küt – bərk əşyanın təsirindən əmələ gəlmiş, törənmə müddəti qərarda göstərilən şəraitə və vaxta – yəni xx.xx.2025-ci il tarixinə uyğun gəlir və xəsarətlərin hər biri ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilmir. Göründüyü kimi, Şəxs İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi Ağsu rayon X10 Bölməsinin qərarı və “İnzibati xəta haqqında” protokol ilə təsdiq olunur. Buna görə də, məhkəmə hesab edir ki, onun hərəkətləri İXM-in 157-ci maddəsi ilə tövsif olunmalı və həmin maddənin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. İXM-in 157-ci maddəsinə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlində inzibati məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə inzibati xətanın xarakterini, təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №3(016)-206/2025
Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-206/2025
23.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver