Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-209/2025 28.07.2025 AĞSU RAYON MƏHKƏMƏSİ X12 Natiq oğlunun sədrliyi, Cəbrayılova Könül Alov qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs – Ağsu rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs iştirakları ilə xx.xx.1987-ci ildə Ağsu rayonunda anadan olan, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, Ağsu şəhəri, 3-cü məhəllədə yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Ağsu rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ağsu Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(016)-737/2015 saylı icra vərəqəsinə əsasən Şəxs xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 80 manat sabit pul məbləğində aliment alınaraq X4 ödənilməsi qət edilmişdir. Həmin qətnamə üzrə xx.xx.2015-ci il tarixdə Ağsu rayon icra və probasiya şöbəsi tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmişdir. xx.xx.2025-ci il tarixli, 8(016)-125/2025 saylı icra vərəqinə əsasən Şəxs 1 uşağın saxlanılması üçün hər ay ölkə üzrə minimum əmək haqqının 0,76 misli həddində aliment tutularaq X1 xeyrinə ödənilməlidir. Şəxs Ağsu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(016)-125/2025 saylı icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Bu barədə Ağsu rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X9 tərəfindən xx.xx.2025-ci il tarixdə MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Ağsu rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X9 izahat verərək göstərdi ki, Ağsu Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(016)-737/2015 saylı icra vərəqəsinə əsasən Şəxs xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 80 manat sabit pul məbləğində aliment alınaraq X3 xeyrinə ödənilməsi barədə icra sənədi icraata daxil olmuşdur. İcraata başlamaq haqqında qərarlar qəbul edilmiş və borcun ödənilməsi üçün bildiriş və digər aidiyyəti sənədlər borcluya göndərilmişdir. Ağsu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(016)-125/2025 saylı icra vərəqinə əsasən Şəxs 1 uşağın saxlanılması üçün hər ay ölkə üzrə minimum əmək haqqının 0,76 misli həddində aliment tutularaq X1 xeyrinə ödənilməsi qət edilmişdir. Borclunun bu günə 752 manat borcu yaranmışdır. Borclu hal-hazırda borcundan 150 manat ödəniş etmişdir. Məhkəmədən borclu barəsində Azərbayca Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş tədbir görülməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, bu günə qədər 80 mamnat alimenti ödəmişdir. Bir müddət bundan qabaq avtoqəza keçirmiş, indi-indi özünə gəlmiş, anasının da vəziyyəti yaxşı deyil, əlinə gələn pulu onun müalicəsinə xərcləyir. Bundan başqa da övladı var. Bərbər işlədiyini, günə 8-10 manat pul qazandığını, ona görə maddi dolanışıqda çətinlik çəkdiyinin nəzərə alınmasını xahiş etmişdir. Alimenti ödəməkdən yayınmır, bu da onun övladıdır, lakin həmin məbləği bir dəfəyə ödəməyə imkanı yoxdur. Hazırda borcundan 150 manat ödəniş etmişdir. Məhkəmə iclasında tələbkar X6 izahat verərək göstərdi ki, hər ay 80 manat alimenti ödəmiş, lakin uşaq ilə maraqlanmamış, lakin indi uşaq böyüdüyü üçün xərcləri artmışdır. Bununla bağlı məhkəməyə indeksasiya ilə bağlı ərizə vermiş və ərizəsi təmin edilmişdir. Hazırda həmin artımla bağlı 752 manat borcu vardır. O, bütün pulu tələb edir. Məhkəmə proses iştirakçılarını izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Ağsu Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(016)-737/2015 saylı icra vərəqəsinə əsasən Şəxs xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 80 manat sabit pul məbləğində aliment alınaraq X3 xeyrinə ödənilməlidir. - Ağsu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(016)-125/2025 saylı icra vərəqinə əsasən Şəxs 1 uşağın saxlanılması üçün hər ay ölkə üzrə minimum əmək haqqının 0,76 misli həddində aliment tutularaq X1 xeyrinə ödənilməlidir. - İcraata başlamaq haqqında xx.xx.2015-ci il tarixli qərardan görünür ki, Ağsu Rayon İcra və Probasiya Şöbəsi tərəfindən icraata başlamaq haqqında qərarlar qəbul edilmişdir. - Ağsu Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2015-ci il tarixli bildirişindən görünür ki, borclu tərəfindən icra sənədi könüllü icra edilmədiyindən Ağsu Rayon İcra və Probasiya Şöbəsinə gəlməsi tələb olunmuş, əks təqdirdə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məcburi gətirilməsi barədə təqdimatla məhkəməyə müraciət olunacağı, həmçinin inzibati və cinayət məsuliyyətinə cəlb olunacağı barədə tədbirlər həyata keçiriləcəyi barədə xəbərdar olunmuşdur. Göründüyü kimi məhkəmə iclasında iş materialları ilə müəyyən olunmuşdur ki, Şəxs 1 uşağın saxlanılması üçün hər ay ölkə üzrə minimum əmək haqqının 0,76 misli həddində aliment tutularaq tələbkar X4 verilməsi qət edilmiş, borclu hazıradək bütün ödənişləri etmiş və cəmi 9680 manat pul ödəmiş, hazırda alimentin məbləği indeksassiya olunduqdan sonra 752 manat borcu yaranmışdır, həmin borcdan da 150 manat ödəniş etmiş, qalan məbləğidə qısa müddətə ödəməyə hazırdır. İXM-nin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsiri hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əmBədrəddin (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir (8.1). İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir (8.2). 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda, inzibati xəta haqqında başlanmış icraata xitam verilir. 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 105.1-ci maddəsinə əsasən bu məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə- fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığı üçün inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir Qeyd olunanlara əsasən və İXM-nın 43, 53, 105.1, 106-180-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Babək Qasımov
Məhkəmə qərarları › İş №3(016)-209/2025
Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-209/2025
28.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver