Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-213/2023 22.05.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X3, Ağsu Rayon İlxıçı Bələdiyyəsinin nümayəndəsi X7 iştirakları ilə, Ağsu rayonu İlxıçı Bələdiyyəsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM) 245.1-ci maddəsi ilə inzibati xəta törətməsi barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şamaxı Ərazi Şöbəsi tərəfindən daxil olmuş inzibati protokola baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ağsu rayonu İlxıçı Bələdiyyəsi mülkiyyətində olan torpaq sahələrindən təsərrüfatsızca istifadə edərək onların münbitliyini pisləşdirən digər proseslərdən mühafizə etmək üçün məcburi tədbirlər görməməklə, İXM-in 245.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X11 məhkəmə iclasında izahat verərək göstərdi ki, Ağsu rayon İlxıçı bələdiyyəsi ərazisində monitorinq keçirilən zaman İlxıçı kəndi ərazisində kənd təsərrüfatı təyinatlı örüş torpaq sahələrində şumlama işlərinin aparılması halı aşkarlanmışdır. Aşkarlanmış faktlarla bağlı müvafiq məlumatların təqdim edilməsinə dair Ağsu rayon İlxıçı bələdiyyəsinə bildiriş ünvanlanmışdır. Müəyyən edilmiş zaman ərzində bələdiyyə tərəfindən müvafiq məlumatlar təqdim edilmədiyi üçün Şamaxı ərazi şöbəsi tərəfindən inzibati xəta hallarını törətmiş vətəndaşlar barədə məlumatların və müvafiq sənədlərin əldə edilməsi ilə əlaqədar araşdırma başlanılmışdır. Aparılan araşdırma zamanı şumlama işlərinin X4, X14, X12 və X15 tərəfindən aparıldığı məlum olmuşdur. Vətəndaşlar barəsində İXM-in 247.2-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmçinin İlxıçı bələdiyyəsi ərazisində aparılmış monitorinqlər zamanı ümumilikdə 3 fərqli parsel olmaqla 34.4 ha torpaq sahəsinin şumlandığı və taxıl əkildiyi aşkarlanmışdır. Əldə edilmiş koordinatlar əsasında TEKUİS baza proqramı vasitəsi ilə aparılan kameral araşdırma zamanı qeyd olunan ərazilərin Ağsu rayon İlxıçı bələdiyyəsinin mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı örüş torpaq sahələri olduğu dəqiqləşdirilmişdir. Aparılan araşdırma zamanı şumlama və əkin işlərinin Ağsu rayon İlxıçı kənd sakinləri X5, X8, X1, X2 və Bakı şəhər sakini X13 tərəfindən aparıldığı məlum olmuşdur. Sözügedən torpaq sahələrindən istifadəyə dair vətəndaşlar tərəfindən heç bir hüquq müəyyənedici sənəd təqdim edilməmişdir. Müəyyən edilmiş qanuna uyğunsuzluq halları ilə əlaqədar akt tərtib edilsədə Ağsu rayon İlxıçı bələdiyyəsinin etibarnamə əsasında nümayəndəsi olan X16 tərtib edilmiş aktı imzalamaqdan imtina etmişdir. Göstərilənlərə əsasən, Ağsu rayonu İlxıçı Bələdiyyəsi barədə tədbir görülməsini xahiş etdi. Ağsu rayonu İlxıçı Bələdiyyəsinin nümayəndəsi X16 məhkəmə iclasında izahat verərək göstərdi ki, o, torpaq sahəsini əkməmiş, kiməsə də əkməsi üçün göstəriş verməmişdir. 2020-ci ildə bələdiyyə fəaliyyətə başlayanda bələdiyyə qərarı qəbul edilərək İlxıçı kəndi ərazisində 60 ha, Hacısəmədli kəndi ərazisində 40 ha ümumi örüş sahəsi başqa-başqa dövrlərdə şəxslərə verilmişdir. Onlar həmin şəxsləri cərimələmişdir. Həmin məsələlərlə bağlı Əmlak Məsələləri Dövlət Xidmətinin Şamaxı Ərazi Şöbəsinə özü məlumat vermişdir ki, məhz bələdiyyənin belə bir fəaliyyəti olub. Əvvəlki fəaliyyət dövrlərində belə hallar çox olub. Problemin səbəbi ondan ibarətdir ki, əvvəl torpaq islahatları zamanı bütün torpaq sahələri örüş yeri kimi göstərilmiş, əkin üçün torpaq ayrılmamışdır. Bununla bağlı o, müxtəlif vaxtlarda müvafiq orqanlara müraciətlər ünvanlasa da məsələ həllini tapmamışdır. Protokolun tərtib edilməsinə səbəb olan hallar barədə Əmlak Məsələləri Dövlət Xidmətinin Şamaxı Ərazi Şöbəsinə məlumat verməmişəm, mənim müraciətim örüş sahələrinin təyinatının dəyişdirilərək əkin sahələri kimi göstərilmsindən ibarət olub. Göstərilənlərə əsasən, inzibati xəta haqqında iş üzrə icrrata xitam verilməsini xahiş etdi. Məhkəmə inzibati xəta haqqında toplanmış materialları araşdıraraq hesab edir ki, Ağsu Rayon İlxıçı Bələdiyyəsinin İXM-in 245.1-ci maddəsi ilə qeyd olunan inzibati xətanı törətməkdə təqsiri tam sübut olunur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli “İnzibati xəta haqqında” protokoldan görünür ki, Ağsu rayonu İlxıçı Bələdiyyəsi mülkiyyətində olan torpaq sahələrindən təsərrüfatsızca istifadə edərək onların münbitliyini pisləşdirən digər proseslərdən mühafizə etmək üçün məcburi tədbirlər görməməklə, İXM-in 245.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, Ağsu rayonu İlxıçı Bələdiyyəsinə torpaq münasibətlərinin tənzimlənməsi sahəsində səlahiyyətlərinə müvafiq olaraq idarəetməsində olan bələdiyyə mülkiyyətinə aid torpaqların istifadə olunmasına və mühafizəsinə nəzarətin daha da gücləndirilməsi tövsiyə olunmuşdur. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidmətinin Şamaxı Ərazi Şöbəsinin baş məsləhətçisi X9, şöbənin Dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi sektorunun baş məsləhətçisi X17, şöbənin Torpaqların idarə edilməsi və istifadəsinə nəzarət sektorunun məsləhətçisi X3 iştirakları ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Ağsu rayon İlxıçı bələdiyyəsi ərazisində monitorinq keçirilən zaman İlxıçı kəndi ərazisində kənd təsərrüfatı təyinatlı örüş torpaq sahələrində şumlama işlərinin aparılması halı aşkarlanmışdır. Aşkarlanmış faktlarla bağlı müvafiq məlumatların təqdim edilməsinə dair Ağsu rayon İlxıçı bələdiyyəsinə 23 dekabr 2022-ci il tarixli ********** nömrəli bildiriş ünvanlanmışdır. Müəyyən edilmiş zaman ərzində bələdiyyə tərəfindən müvafiq məlumatlar təqdim edilmədiyi üçün Şamaxı ərazi şöbəsi tərəfindən inzibati xəta hallarını törətmiş vətəndaşlar barədə məlumatların və müvafiq sənədlərin əldə edilməsi ilə əlaqədar araşdırma başlanılmışdır. Aparılan araşdırma zamanı şumlama işlərinin X4 (2.0 ha), X14 (10.0 ha), X12 (20.0 ha) və X15 (15.0 ha) tərəfindən aparıldığı məlum olmuşdur. Vətəndaşlar barəsində İXM-in 247.2-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmçinin İlxıçı bələdiyyəsi ərazisində aparılmış monitorinqlər zamanı ümumilikdə 3 fərqli parsel olmaqla 34.4 ha (13.0 ha, 10.7 ha və 10.7 ha) torpaq sahəsinin şumlandığı və taxıl əkildiyi aşkarlanmışdır. Əldə edilmiş koordinatlar əsasında TEKUİS baza proqramı vasitəsi ilə aparılan kameral araşdırma zamanı qeyd olunan ərazilərin Ağsu rayon İlxıçı bələdiyyəsinin mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı örüş torpaq sahələri olduğu dəqiqləşdirilmişdir. Aparılan araşdırma zamanı şumlama və əkin işlərinin Ağsu rayon İlxıçı kənd sakinləri X5, X8, X1, X2 və Bakı şəhər sakini X13 tərəfindən aparıldığı məlum olmuşdur. Sözügedən torpaq sahələrindən istifadəyə dair vətəndaşlar tərəfindən heç bir hüquq müəyyənedici sənəd təqdim edilməmişdir. Müəyyən edilmiş qanuna uyğunsuzluq halları ilə əlaqədar akt tərtib edilsədə Ağsu rayon İlxıçı bələdiyyəsinin etibarnamə əsasında nümayəndəsi olan X16 tərtib edilmiş aktı imzalamaqdan imtina etmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Ağsu rayon İlxıçı bələdiyyəsi ərazisində monitorinq keçirilən zaman İlxıçı kəndi ərazisində kənd təsərrüfatı təyinatlı örüş torpaq sahələrində şumlama işlərinin aparılması halı aşkarlanmışdır. Şöbə tərəfindən inzibati xəta hallarını törətmiş vətəndaşlar barədə məlumatların və müvafiq sənədlərin əldə edilməsi ilə əlaqədar araşdırma başlanılmışdır. Aparılan araşdırma zamanı şumlama işlərinin X4, X14, X12 və X15 tərəfindən aparıldığı məlum olmuşdur. Onalr barəsində İXM-in 247.2-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bundan əlavə, İlxıçı bələdiyyəsinin ərazisində aparılmış monitorinqlər zamanı ümumilikdə 3 fərqli parsel olmaqla 34.4 ha torpaq sahəsinin şumlandığı və taxıl əkildiyi aşkarlanmışdır. Şumlama və əkin işlərinin Ağsu rayon İlxıçı kənd sakinləri X5, X8, X1, X2 və Bakı şəhər sakini X13 tərəfindən aparıldığı məlum olmuşdur. Sözügedən torpaq sahələrindən istifadəyə dair vətəndaşlar tərəfindən heç bir hüquq müəyyənedici sənəd təqdim edilməmişdir. Göründüyü kimi, Ağsu rayonu İlxıçı Bələdiyyəsi mülkiyyətində olan torpaq sahələrindən təsərrüfatsızca istifadə edərək onların münbitliyini pisləşdirən digər proseslərdən mühafizə etmək üçün məcburi tədbirlər görməmişdir. İXM-in 245.1-ci maddəsinə əsasən, torpaqları yaxşılaşdırmaq və onları külək, su eroziyasından və torpaqların münbitliyini pisləşdirən digər proseslərdən mühafizə etmək üçün məcburi tədbirlərin görülməməsinə görə - fiziki şəxslər yetmiş manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. “Bələdiyyələrin statusu haqqında” Qanunun 11-ci maddəsinə əsasən, bələdiyyələr hüquqi şəxsdirlər, onların öz möhürü, ştampı və bankda hesabı olur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 44-cü maddəsinə əsasən, torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin vəzifələri torpaqlardan səmərəli istifadə edilməsi və onların mühafizəsi məqsədilə torpaq qanunvericiliyinin tələblərinə bütün dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin əməl etməsini təmin etməkdən ibarətdir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.1-ci maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyy02 ətə, istifadəyə və icarəyə verilir. Həmin Qanunun 6.3-cü maddəsinə əsasən, bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə icarəyə verilir. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən, torpaqlardan səmərəli istifadə olunmasına və onların mühafizəsinə bələdiyyə nəzarətinin vəzifələri istifadəyə və icarəyə verilmiş bələdiyyə torpaqlarından səmərəli istifadə edilməsi və mühafizəsi sahəsində torpaq qanunvericiliyinin tələblərinə əməl olunmasını təmin etməkdir. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqlardan istifadəyə və onların mühafizəsinə nəzarəti bələdiyyələr həyata keçirirlər. İXM-in 245.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Ağsu Rayon İlxıçı Bələdiyyəsi tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş “İnzibati xəta haqqında” protokol, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. İXM-in 32.2-ci maddəsinə əsasən, inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Ağsu Rayon İlxıçı Bələdiyyəsinə İXM-in 245.1-ci maddəsinin sanksiyası həddində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Ağsu Rayon İlxıçı Bələdiyyəsi İXM-in 245.1-ci maddəsi ilə təqsirli bilinib, 1.000 (bir min) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №3(016)-213/2023
Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-213/2023
22.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver