Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-214/2023 04.05.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Ağayev Rəşad Vidadi oğlunun katibliyi ilə, xx.xx.1995-ci ildə Ağsu rayonu, Ülgüc kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, Ağsu rayonu, Ülgüc kəndində qeydiyyatda olan və yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM) 332.4-cü maddəsi ilə inzibati xəta törətməsinə dair Xəzər rayon Polis İdarəsindən daxil olmuş materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan Buzovna yolunda sürücülük vəsiqəsi olmadan E.B.Cabbarova məxsus “Chevrolet” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün sonuncudan alaraq idarə etməyə başlamış və hərəkətdə olarkən avtomobilin idarəetməsini itirərək yolun orta hissəsində olan beton arakəsməyə, daha sonra isə işıq dirəyinə vurmuş və nəticədə yol nəqliyyat hadisəsi baş vermişdir. “İnzibati xəta haqqında” 08 aprel 2023-cü il tarixli, İXP ******* nömrəli protokolla müəyyən olunur ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 01:00-da Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan Buzovna yolunda sürücülük vəsiqəsi olmadan E.B.Cabbarova məxsus “Chevrolet” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün sonuncudan alaraq idarə etməyə başlamış və hərəkətdə olarkən avtomobilin idarəetməsini itirərək yolun orta hissəsində olan beton arakəsməyə, daha sonra isə işıq dirəyinə vurmuş və nəticədə yol nəqliyyat hadisəsi baş vermişdir. İş materiallarında olan Ağsu RPŞ-nin TŞ-nin xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, “Chevrolet” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs əməlində İXM-in 332.4-cü maddəsinin tərkibi yarandığı məlum olduğu üçün sürücü Şəxs barəsində inzibati təsir tədbirləri görülməsi məqsədi ilə qərarın surəti icra olunması üçün Xəzər RPİ-nin DYP Şöbəsinə göndərilmiş, “Chevrolet” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X1 əməlində İXM-in 335.1-ci maddəsinin tərkibinin yarandığı məlum olduğu üçün sürücü X1 barəsində inzibati təsir tədbirləri görülməsi məqsədi ilə qərarın surəti icra olunması üçün Xəzər RPİ-nin DYP Şöbəsinə göndərilmişdir. İş materiallarında olan Məhkəmə-tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X3 229 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, X1 bədəni üzərində aşkar edilmiş xəsarətlər – sol qaşın əzilmiş yarası, sol göz almasının ağlı qişasının qansızması, sol gözaltı nahiyyənin qançırı, sol dizin sıyrığı küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun “X4” X5 müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2023-cü il tarixli yol-nəqliyyat hadisəsinə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar, yüngül dərəcəli zərərvurmaya aiddirlər. Məhkəmə inzibati xəta haqqında toplanmış materialları araşdıraraq hesab edir ki, Şəxs İXM-in 332.4-cü maddəsi ilə qeyd olunan inzibati xətanı törətməkdə təqsiri tam sübut olunur. Beləliklə, Şəxs İXM-in 332.4-cü maddəsinin tələbini pozması, inzibati xəta haqqında protokol və digər iş materialları ilə də təsdiq edilir. Bu səbəbdən, məhkəmə hesab edir ki, onun hərəkətləri İXM-in 332.4-cü maddəsi ilə tövsif olunmalı və həmin maddənin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. İXM-in 332.4-cü maddəsinə əsasən, bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlində inzibati məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hal yoxdur. Barəsində tətbiq ediləcək inzibati tənbeh tədbirinin növünü müəyyən edərkən Şəxs şəxsiyyətini və səmimi peşmanlığını nəzərə alaraq, məhkəmə hesab edir ki, onun barəsində İXM-in 332.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə inzibati tənbeh tədbiri tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə və İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 332.4-cü maddəsindən nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №3(016)-214/2023
Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-214/2023
04.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver