Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-22/2025 10.03.2025 AĞSU RAYON MƏHKƏMƏSİ X10 Natiq oğlunun sədrliyi, Cəbrayılova Könül Alov qızının katibliyi, Qərardan şikayət verən şəxs X2 iştirakı ilə, X4 tərəfindən AR DİN-in Baş X11 İdarəsinin xx.xx.2025-ci il tarixli, ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında audio və video yazı aparılmaqla baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək AR DİN-in Baş X11 İdarəsinin xx.xx.2025-ci il tarixli, ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə Şamaxı rayonunda hərəkətdə olarkən ona dayanma-durma barədə SMS-radardan İXM-nin 346.1-ci maddəsinə əsasən 20 manat radar əvəzinə 200 manat radar gəlmişdir. O, fikirləşmişdir ki, 200 manatlıq radarın vaxtına var ödəyər. xx.xx.2025-ci il tarixdə ismayıllı rayonundan Qobustan rayonu gedərkən adını sonradan bildiyi Qobustan Post yəni İİİ tağım Yol Patrul Xidmətinin isnpektoru polis baş serjantı X6 ona saxla işarəsi vermiş, o da idarə etdiyi ** BG *** dövlət nömrə nişanlı avtomobili saxlamışdır. Həmin şəxs ona yaxınlaşmış, özünü təqdim etmiş, o, da ona idarə etdiyi avtomobilin saxlama səbəbini soruşmuşdur. O, bildirmişdir ki, 990 onlara bildirərək onun idarə etdiyi saxlama əmri verib avtomobil saxlanılsın sürücülük vəsiqəsinin vaxtı keçdiyi üçün cərməsi yazılsın və Bakı şəhəri, “Respublinkanski”də yerləşən 402-cı otağa X3 yanına göndərilsin. Həmin vaxt ona yazılan 400 manat və ondan qabaq ona gələn 200 manat dayanma durma cərməni ödəmiş və dərhal sürücülük vəsiqəsini dəyişib qayıdıb Qobustan postundan avtomobilini götürmək istədikdə avtomobili verməkdən imtina etmişdilər. X6 ona bildirmişdir ki, onluq bir şey yoxdur, yalnız o, Bakı şəhərində yerləşən “Respublinakskiya 402 saylı otağa" getməlisiniz və avtomobili onun əlindən almaq istəyəndə o, həmin polis əməkdaşına bildirmişdir ki, sonradan qohumu Rəvan Zeynalov qobustan postuna gələrək sürücülük vəsiqəsi vardır, ona onlayn etibarnamə verə bilər, onların ixtiyarı yoxdur avtomoboli cərimə meydançasında saxlamağa, həmin polis əməkdaşı ona bildirmişdir ki, get dərdini kimə deyirsən de avtomobil cərimə meydançasına getməlidir. Həmin vaxt o, dərhal DİN-in 102xidmətinə müraciətlər etmiş və heç bir nəticəsi olmamış və onun dalınca DİN-in 902 xidmətinə müraciət etmiş heç bir xeyiri olmamış və təxminən 4-5 saat qaldıqdan sonra, avtobobili cərimə meydançasında saxladıqdan sonra o, yenə 102-yə zəng edib özünü yandıracağını bildirmiş, həmin vaxt Qobustan rayon polis şöbəsinin əməkdaşları gəlib onu Qobustan rayon polis şöbəsinə dəvət etmişdilər. O, orada öz narazılığını bildirdikdə onlar ona bildirmişdilər ki, sən özünü niyə yandırmaq istəyirsən. O, da onlara bildirmişdir ki, niyə Mustafayev Muradın yanına getməliyəm. Polis şöbəsi də Murad Mustafayevi telefon vasitəsi ilə yığaraq bildirdilər. Murad Mustafayev bildirdi ki, avtomobil duracaqda qalmalıdı və onun yanına, yəni 402-ci otağa gəlməlidir. Səhəri gün yəni xx.xx.2025-ci il tarixdə o deyilən ünvana gedib 402-ci otağa yaxınlaşıb özünü polis əməkdaşına təqdim edib düşdüyü vəziyyəti onların nəzərinə çatdırmışdır. Yol Patrul Xidmətinin inzibati Qrup polis mayoru X1 vasitəsi ilə araşdıraraq güya o qanunsuz sürücülük hüququ olmadan avtomobil idarə etdiyi üçün xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək qərarlar yazaraq 2800 manat cərimə edilmişdir. O, onlara narazılığını bildirmişdir ki, məhkəməyə müraciət edəcək. Onlar öz nöbəsində ona bildirmişdilər ki, get dərdini kimə istəyirsən bildir. Mən Azərbaycan Respublikası İXM-nin 332.3-cü maddəsində 400 manat nəzərdə tutulmuş, lakin mənə 7 dəfə 400 manat məbləğində cərimə tətbiq edilmişdir. Qərardan şikayət verən şəxs X4 məhkəmə iclasında şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin olunmasını xahiş etdi. Qərarından şikayət verilmiş orqanın nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və mümkünsüzlüyünü bildirmədən məhkəmə iclasına gəlməmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, şikayət təmin edilməli, inzibati xəta haqqında iş üzrə icraat zamanı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələbləri, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulduğuna görə Baş Dövlət Yol Polis İdarəsinin İİİ Tağımının YPX inspektoru, polis mayoru X3 qəbul etdiyi inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan Baş Dövlət Yol Polis İdarəsinin İİİ Tağımının YPX inspektoru, polis mayoru X3 qəbul etdiyi inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərarı ilə X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci, 332.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, həmin şəxs barəsində 400 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. İXM-in: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 6-cı maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir (Qanunçuluq prinsipi); 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir; 135.1 və 135.1.5-ci maddələrinə əsasən tətbiq edilmiş tənbehin bu Məcəllənin 31- 34-cü maddələrinin tələblərinə uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; 327.2-ci maddəsinə əsasən, svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-yüz manat məbləğində cərimə edilir. 332.3-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə -dörd yüz manat məbləğində cərimə edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X11 İdarəsi hazırkı halda X4 barəsində xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul etməklə inzibati məsuliyyətin əsaslarını pozmuşdur. Belə ki, ilk növbədə inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Lakin, iş üzrə X2 hərəkətlərində İXM-in 327.2-ci, 332.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olması müəyyən olunmamışdır. Həmçinin, X4 həmin inzibati xətanın subyekti olmasını təsdiq edən sübut məhkəməyə təqdim edilməmişdir. Bundan başqa inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş orqan tərəfindən İXM-in qanunçuluq prinsipinin tələbləri də pozulmuşdur. Həmin prinsipin məzmununa uyğun olaraq inzibati tənbeh İXM-ə uyğun olaraq tətbiq edilməlidir. Lakin, göründüyü kimi inzibati orqan inzibati tənbehi İXM-in tələblərinə uyğun tətbiq etməmişdir. Belə ki, X4 barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla İXM-in 327.2-ci, 332.3-cü maddələri ilə təqsirli bilinsə də onun barəsində həmin maddələrin sanksiyası çərçivəsində inzibati tənbeh tətbiq edilməmişdir. Belə ki, həmin qərardan göründüyü kimi onun barəsində 400 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Lakin, nəzərə alınmalıdır ki, sözügedən maddənin sanksiyasında həmin məbləğdə inzibati cərimə nəzərdə tutulmamışdır. Ümumiyyətlə, xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarda X2 nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs olaraq nəqliyyat vasitəsini idarə etməsinə görə məsuliyyətə cəlb olunduğuna dair qeyd yoxdur. Beləliklə, X4 barəsində inzibati xətaya görə tənbeh İXM-ə uyğun tətbiq edilməmişdir. Bu halda nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 noyabr 2016-cı il tarixli qərarına əsasən cinayətprosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 9.2-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda cinayət prosesi prinsiplərinin və ya şərtlərinin pozulması cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər. Məhkəmə qeyd edir ki, iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmalı olduğundan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X11 İdarəsinin xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməklə iş yenidən baxılması üçün səlahiyyətli orqana göndərilməlidir. İXM-in: 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; 135.1.5-2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; 137.3-cü maddəsinə əsasən bu Məcəllənin 134.1.4-cü və 134.1.5-ci maddələrinə əsasən qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edildikdə, inzibati xəta haqqında işə bu Məcəllə ilə müəyyən edilmiş müddətlərdə yenidən baxılır. Qeyd olunanlara əsasən və İXM-in 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X11 İdarəsinin xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və işə yenidən baxılması Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X11 İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Ağsu Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Babək Qasımov
Məhkəmə qərarları › İş №3(016)-22/2025
Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-22/2025
10.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver