Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-220/2023 26.04.2023 AĞSU RAYON MƏHKƏMƏSİ X17 Natiq oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X15 oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X9, Zərərçəkmiş şəxs X4 iştirakları ilə, xx.xx.1968-ci ildə Laçın rayonu Bozgüney kəndində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, evli, Laçın rayonu Bozgüney kəndində qeydiyyatda olan və Ağsu rayon Kövlüc kəndində yaşayan X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 157ci maddəsi ilə inzibati xəta törətməsi barədə Ağsu rayon Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ağsu rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən X13 xx.xx.2023-cü il tarixdə X10 ilə mübahisə edərək sağlamlığına zərər vurmayan xəsarətlər yetirmişdir. Bu barədə Ağsu RPŞ-nin İTB-nin polis sahə rəisi X5 tərəfindən xx.xx.2023-cü il tarixdə MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Ağsu RPŞ-nin İTB-nin polis sahə rəisi X5 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, X13 xx.xx.2023-cü il tarixdə X6 döyərək sonuncuya sağlamlığa zərər vurmayan xəsarətlər yetirmişdir. X13 barəsində cinayət işinin başlanması rədd edilmiş və barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Hazırda məhkəmədən X13 barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X13 izahatında göstərmişdir ki, X7 qarşı törətdiyi əməldən peşmandır, gələcəkdə belə bir hərəkətin baş verməyəcəyinə söz verir və barəsində tərtib edilmiş protokolun icrasına xitam verilməsini xahiş edir. Bu barədə ərizəni də məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X10 verdiyi izahatında göstərmişdir ki, X13 ondan üzr istəmişdir. Bu səbəbdən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Bu bu barədə ərizəni də məhkəməyə təqdim etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, X13 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - “İnzibati xəta haqqında” 26 aprel 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli protokoldan görünür ki, X13 xx.xx.2023-cü il tarixdə X6 döyərək dərəcəsi təyin olunmayan xəsarətlər yetirmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X14 33 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, 1971-ci il təvəllüdlü X4 məhkəmə-tibb ekspertizası zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarət – başın sol gicgah nahiyəsində yumşaq toxumanın əzilmiş – cırılmış yarası küt – bərk əşyanın təsirindən törənmişdir, törənmə müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə əmələ gəlməsi inkar edilmir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. - Ağsu rayon Polis Şöbəsinin “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 20 aprel 2023-cü il tarixli qərarından görünür ki, toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işi başlanılması rədd edilmiş, X13 barəsində İXM-nin 157-ci maddəsi ilə tədbir görülməsi üçün qəbul olunmuş qərarın surəti Ağsu RPŞ-nin İTB-nə göndərilmişdir. - X4 26 aprel 2023-cü il tarixli ərizəsindən görünür ki, X1 Həsi Kərəm oğlu ilə barışmış və ona qarşı heç bir şikayəti və tələbi yoxdur. - X9 26 aprel 2023-cü il tarixli ərizəsindən görünür ki, X3 Cahangir Musa oğlu ilə barışmış və işin icraatına xitam verilməsini xahiş etmişdir. İXM-nin: 39.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. 53.1.9-cu maddələrinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, X13 ilə X10 barışdıqlarından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-nın 43, 53, 105.1, 106-110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X9 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Babək Qasımov
Məhkəmə qərarları › İş №3(016)-220/2023
Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-220/2023
26.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver