Məhkəmə qərarları › İş №3(016)-226/2023

Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-226/2023

03.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-226/2023 03.05.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Ağayev Rəşad Vidadi oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X3 iştirakları ilə, xx.xx.1991-ci ildə Ağsu şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM) 535.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Ağsu Rayon Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: 03 may 2023-cü il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, X4 03 may 2023cü il tarixdə polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X4 izahat verərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə Ağsu şəhəri, Nizami küçəsində yolun kənarında ictimai yerdə özünə məxsus mobil telefonla tanışı ilə danışarkən aralarında mübahisə yarandığından o, əsəbləşərək uca səslə əsəbi halda ünvansız küçə söyüşləri söyməyə başlamışdır. Bu vaxt polis əməkdaşı ona yaxınlaşıb ictimai yer olduğunu və mobil telefonla sakit və yavaş danışmağı bildirmiş, o, polis əməkdaşının qanuni tələblərinə tabe olmayıb ona qarşı açıqca hörmətsizlik edərək yenidən öz hərəkətlərini davam etdirmişdir. Bundan sonra polis əməkdaşları onu Ağsu RPŞ-nə gətirmişlər. Əməlindən peşmandır, barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş polis baş serjantı X5 izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə Ağsu şəhəri, Nizami küçəsində xidmətdə olarkən bir nəfər şəxsin ictimai yerdə uca səslə ünvansız küçə söyüşləri söydüyünü görmüş, bundan sonra həmin şəxsə yaxınlaşaraq özünü təqdim edib ünvansız küçə söyüşləri söyərək ictimai qaydanı pozduğunu, buna görə də inzibati məsuliyyət daşıdığını ona izah etmiş, həmin şəxs onun qanuni tələblərinə məhəl qoymayaraq yenidən öz hərəkətlərini davam etdirmişdir. O, həmin şəxsi dəfələrlə nizam-intizama dəvət etsə də o, öz hərəkətərini davam etdirdiyi üçün onu RPŞ-nə gətirmişdir. Məhkəmə, inzibati xəta haqqında toplanmış materialları araşdıraraq hesab edir ki, X3 İXM-in 535.1-ci maddəsi ilə qeyd olunan inzibati xətanı törətməkdə təqsiri tam sübut olunur. Beləliklə, məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 ictimai qaydanı pozan hərəkətləri etməsi sübuta yetirilmişdir. İXM-in 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X3 İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi iş materialları əsasında sübuta yetirilmiş və onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. İXM-in 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. X1 peşmançılığı inzibati məsuliyyəti yüngülləşdirən haldır. X3 əməlində inzibati məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə hesab edir ki, X3 barəsində İXM-in 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh tədbiri – inzibati həbs tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: X4 İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinib, inzibati qaydada 10 (on) gün müddətində həbs edilsin. İnzibati qaydada həbsetmənin əvvəli 03 may 2023-cü il tarixdən, saat 15:30-dan hesablansın. Qərarın icrası Ağsu Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar