Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-23/2024 14.02.2024 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1970-ci ildə Qəbələ şəhərində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, Qəbələnd MMC-də işləyən, evli, Qəbələ şəhəri, 20 Yanvar küçəsi, ev 10-da qeydiyyatda olan və yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM) 327.8-ci maddəsi ilə inzibati xəta törətməsi barədə Ağsu rayon Polis Şöbəsi tərəfindən daxil olmuş inzibati protokola baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə “Hyundai County” markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı avtobusu idarə edərkən İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətini yetirməklə, İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında dindirilmiş Şəxs izahatında göstərdi ki, 2011-ci ildən etibarən "xxxx" MMC-də sürücü işləyir. 16 noyabr 2023-cü il tarixdə günorta radələrində şirkətə məxsus olan Hyundai County markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı avtobusla Qəbələ rayon polis şöbəsinin əməkdaşlarını Şamaxı rayonundakı dövlət tədbirinə aparırmış. Salonda on altı nəfər polis əməkdaşı var imiş. Avtobusun yük yeri boş imiş. Saat təxminən 15 radələrində avtobusu İsmayıllı-Şamaxı yolunun Ağsu çayının yaxınlığından keçən hissəsində, yolun sərt enişli hissəsində Şamaxı istiqamətində təxminən 40-50 km/saat sürətlə idarə etdiyi zaman qarşıdakı sola doğru sərt döngəyə çatdıqda sürəti azaltmaq üçün tormozu basmış, tormozu basan kimi avtobus sola istiqamətlənmiş, o, idarəetməni itirmiş və avtobusu öz zolağına qaytara bilməmişdir. Avtobus qarşı zolağa çıxmış və qarşı sağ hissəsi həmin vaxt qarşıdan gələn Mercedes Vito markalı avtomobilin sağ yan hissəsinə çırpılmış, toqquşmadan sonra avtobus sağa-sola ləngər vurmağa başlamışdır. O, çalışıb avtobusun yolun hərəkət hissəsindən çıxmasına imkan verməmiş, həm də avtobusun aşmaması üçün tormozdan da istifadə etməmişdir. Düz bir yerdə avtobusu yamaca tərəf yönəldib dayandıra bilmişdir. Hadisə nəticəsində o və sərnişinləri heç bir bədən xəsarəti almamışlar. Avtobusu dayandırdıqdan sonra düşüb hadisə yerinə gəlmiş və X5 markalı avtomobilin sürücüsü və sərnişinləri ilə maraqlanmışdır. Barəsində yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs izahatında göstərdi ki, onun iki övladı var, rəsmi olaraq heç yerdə işləmir. Körpü bina şirkətində fəhlə işləyir. 16 noyabr 2023-cü il tarixdə saat 15:00 radələrində Muğanlı-İsmayıllı yolunun Ağsu rayonu ərazisindən keçən 6-cı kilometirliyində baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar onu deyə bilər ki, həmin gün işlədiyi Körpü bina tikinti şirkətindən çıxıb evə Qəbələ rayonuna getmək üçün yolun kənarında dayanıb marşrut gözləyirmiş. Bu zaman X5 115 markalı, **- BD-*** dövlət qeydiyyat nişanlı minik avtomobili saxlamış və o, avtomobilə əyləşmişdir. X6 markalı avtomobili sürücü X1 özü idarə edirmiş, bir nəfər sərnişin avtomobildə qabaq sağ oturacaqda qalanları isə arxa oturacaqda əyləşmişlər. Sərnişinlərin heç birini tanımır. Onlar hərəkətdə olan zaman hadisə baş vermiş. O ayılanda isə Şamaxı Rayon MX-da olmuşdur. Hadisə zamanı yüngül xəsarətlər almış, hadisənin necə baş verməsini görməmişdir. Sonradan bilmişdir ki, əyləşdiyi X6 markalı avtomobillə Hyundai Countu markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşub. Hal hazırda özünü yaxşı hiss edir. Məhkəmə inzibati xəta haqqında toplanmış materialları araşdıraraq hesab edir ki, Şəxs İXM-in 327.8-ci maddəsi ilə qeyd olunan inzibati xətanı törətməkdə təqsiri tam sübut olunur. İş materialına əlavə edilən Ağsu rayon X3 Qrupunun xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından həmin xüsusat üzrə barəsində cinayət işinin başlanılması rədd edilmiş, Şəxs barəsində İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh tədbiri görülməsi üçün qərarın surəti Ağsu RM-yə göndərilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, İXP ******* saylı “İnzibati xəta haqqında” protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 10:33-də “Hyundai County” markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən İXM-in 327.8ci maddəsində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətini yetirməklə, İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan Azərbaycan Rspublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və anatomiya birliyi X4 623 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi ekspertizası zamanı aşkar olunmuş xəsarətlər – alın nahiyyəsinin yaraları küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-ci il tarixli yol nəqliyyat hadisəsi zamanı törənməsi istisna edilmir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. İXM-in 327.8-ci maddəsinə əsasən, bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş “İnzibati xəta haqqında” protokol, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. İXM-in 32.2-ci maddəsinə əsasən, inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs İXM-in 327.8ci maddəsinin sanksiyasının həddində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 327.8-ci maddəsi ilə təqsirli bilinib, 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №3(016)-23/2024
Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-23/2024
14.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver