Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-231/2023 08.05.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Ağayev Rəşad Vidadi oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X1, Zərərçəkmiş şəxs X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1992-ci ildə Ağsu şəhərində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, Ağsu şəhəri, Ə.Kərimli küçəsi, ev 4-də qeydiyyatda olan və yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM) 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Ağsu rayon Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə həyat yoldaşı X6 ilə aralarında yaranmış mübahisə zamanı onu döyərək dərəcəsi təyin olunmayan xəsarətlər yetirmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X4 məhkəmə iclasında çıxış edərək göstərdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə həyat yoldaşı X6 ilə aralarında yaranmış mübahisə zamanı onu döyərək dərəcəsi təyin olunmayan xəsarətlər yetirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, X6 onun həyat yoldaşıdır. Əvvəllər arvadı ilə münasibətləri normal olmuş, lakin sonradan münasibətləri soyumuşdur. O, mütəmadi olaraq spirtli içki qəbul edərək evə sərxoş gəldiyindən arvadı dəfələrlə bu hərəkətlərinə görə irad bildirmiş, tez-tez aralarında ailədaxili söz-söhbətlər yaranmışdır. Hətta aralarında olan söz mübahisəsi ilə əlaqədar arvadı 2022-ci ilin avqust ayında bu barədə DİN-in 102 xidmətizəng mərkəzi sisteminə məlumat vermişdir. Məlumatla bağlı RPŞ-də araşdırma aparılmış, sonradan onunla barışdığı üçün araşdırmaya xitam verilmişdir. xx.xx.2023-cü il tarixdə günorta saatlarında o, evdə spirtli içki qəbul edərək sərxoş vəziyyətdə olduğundan arvadı Gülnar ona narazılığını bildirdikdə o, bundan əsəbləşərək Gülnarla söz mübahisəsi zamanı sərxoş vəziyyətdə olduğundan etdiyi hərəkətlərin fərqinə varmadan əli ilə onun baş və ayaq nahiyyəsinə sillə zərbəsi vuraraq ona xəsarətlər yetirmişdir. Mübahisələri 10- 15 dəqiqə davam etmiş, mübahisə zamanı kənar şəxslər olmamış, həmin vaxtı orda o və arvadı X6 olmuşdur. Mübahisə zamanı səs-küyə heç kəs toplaşmamışdır. Barəsində olan inzibati iş üzrə icraata xitam verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs X6 məhkəmə iclasında izahat verərək göstərmişdir ki, Şəxs onun əridir. Əvvəllər əri ilə münasibətləri normal olmuş, lakin əri cəzaçəkmə müəssisəsində cəzasını çəkib qayıtdıqdan sonra münasibətləri soyumuşdur. Əri mütəmadi olaraq spirtli içki qəbul edərək evə sərxoş gəldiyindən o, dəfələrlə bu hərəkətlərinə görə irad bildirmiş, tez-tez aralarında ailədaxili söz-söhbətlər yaranmışdır. Hətta o, aralarında olan söz mübahisəsi ilə əlaqədar 2022-ci ilin avqust ayında bu barədə DİN-in 102 xidməti-zəng mərkəzi sisteminə məlumat vermişdir. Məlumatla bağlı RPŞ-də araşdırma aparılmış, sonradan onunla barışdığı üçün araşdırmaya xitam verilmişdir. xx.xx.2023-cü il tarixdə günorta saatlarında əri evdə spirtli içki qəbul edərək sərxoş vəziyyətdə olduğundan o, ərinə narazılığını bildirdikdə əri bundan əsəbləşərək onunla söz mübahisəsi zamanı əri sərxoş vəziyyətdə olduğundan etdiyi hərəkətlərin fərqinə varmadan əli ilə onun baş və ayaq nahiyyəsinə sillə zərbəsi vuraraq ona xəsarətlər yetirmişdir. Mübahisələri 10-15 dəqiqə davam etmiş, mübahisə zamanı kənar şəxslər olmamış, həmin vaxtı orda o və əri Şəxs olmuşdur. Mübahisə zamanı səs-küyə heç kəs toplaşmamışdır. Bu səbəbədən, onun barəsində daha ciddi inzibati tənbeh tədbirinin görülməsini xahiş etdi. Məhkəmə inzibati xəta haqqında toplanmış materialları araşdıraraq hesab edir ki, Şəxs qeyd olunan inzibati xətanı törətməkdə təqsiri tam sübut olunur. “İnzibati xəta haqqında” xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə həyat yoldaşı X6 ilə aralarında yaranmış mübahisə zamanı onu döyərək dərəcəsi təyin olunmayan xəsarətlər yetirmişdir. İş materialına əlavə edilən Ağsu rayon X8 Qrupunun xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından həmin xüsusat üzrə barəsində cinayət işinin başlanılması rədd edilmiş, Şəxs barəsində İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh tədbiri görülməsi və həmin şəxslər arasında profilaktik söhbətlərin artırılması və nəzarətin gücləndirilməsi məqsədilə “münaqişəli ailə” kimi qeydiyyata götürülməsi üçün qərarın surəti Ağsu Rayon Polis Şöbəsinin İTB-yə göndərilmişdir. İş materialına əlavə edilən Məhkəmə Tibbi Ekspertiza və X5 publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli, 44 saylı ekspert rəyindən görünür ki, X3 məhkəmə tibbi müayinəsi zamanı bədənində aşkar edilmiş xəsarətlər – sol budun orta 1/3-nin ön hissəsində qançır küt-bərk əşyanın təsirindən törənmişdir. Törənmə müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə əmələ gəlməsi inkar edilmir və dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin olunmur. Göründüyü kimi, Şəxs İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxs şəxsin izahatı, Ağsu rayon X8 Qrupunun qərarı, “İnzibati xəta haqqında” protokol və Məhkəmə Tibbi Ekspertiza və X2 publik hüquqi şəsinin xx.xx.2023-cü il tarixli, 44 saylı ekspert rəyi ilə təsdiq olunur. Buna görə də, məhkəmə hesab edir ki, onun hərəkətləri İXMin 157-ci maddəsi ilə tövsif olunmalı və həmin maddənin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. İXM-in 157-ci maddəsinə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlində inzibati məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə inzibati xətanın xarakterini, təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 15 (on beş) gün müddətində inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. İnzibati qaydada həbsetmənin əvvəli 08 may 2023-cü il tarixdən, saat 11:00-dan hesablansın. Qərarın icrası Ağsu rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №3(016)-231/2023
Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-231/2023
08.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver