Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-232/2025 11.08.2025 AĞSU RAYON MƏHKƏMƏSİ X7 Natiq oğlunun sədrliyi, Cəbrayılova Könül Alov qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.2003-cü ildə Ağsu şəhərində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, Ağsu şəhəri, M.Müşviq küçəsi, ev 17-də qeydiyyatda olan və yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM) 334.3-cü maddəsi ilə inzibati xəta törətməsi barədə Ağsu Rayon Polis Şöbəsi tərəfindən daxil olmuş inzibati protokola baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X3 məhkəmə iclasında çıxış edərək göstərdi ki, xx.xx.2025-ci il tarixdə Ağsu şəhəri, S.Vurğun küçəsi, ev 84-də yaşayan X2 rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək, dostu Şəxs ona məxsus vaz 2106 markalı avtomobilini ondan icazəsiz idarə edərək hadisə törətməsini bildirmişdir. Müraciətlə əlaqədar olaraq Şəxs iştirakı ilə hadisə yerinə baxış keçirilməklə fotoşəkillər çəkilmiş və protokol tərtib edilmişdir. Ağsu MRX-nın xx.xx.2025-ci il tarixli 16 nömrəli protokoldan görünür ki, hadisə zamanı sürücü Şəxs orta dərəcəli sərxoş olmuşdur. Barəsində İXM-in 334.3-cü maddəsi ilə protokol tərtib olunmuşdur. Məhkəmə iclasında dindirilmiş Şəxs izahatında göstərdi ki, o, 25 iyul 2025-ci il tarixdə saat 01 radələrində əvvəlcədən tanıdığı Əsəd Xəlilovla birgə Ağsu şəhəri Mərkəz adlanan əraziyə gəldiklərini orada əvvəlcədən tanıdığı Namiq, Elgün və Şəfəqin söhbət etdiklərini gördüklərini, daynaraq onlara yaxınlaşdıqlarını, Elgün və Namqilə söhbət etdikdən sonra kafeyə gedərək yemək yemək qərarına gəldiklərini bildirmişdir. O, həmin zaman Əsəd Xəlilovun sərxoş olduğu üçün avtomobilin açarını ona verərək idarə etməyini istədiyini, avtomobili idarə edərək Ağsu şəhəri Natavan küçəsində yerləşən “çinaraltı” kafeyə gəldiklərini bildirmişdir. O, orada Namiq, Şəfəq, Əsəd, Elgünlə birgə əyləşib yemək yediklərini, yemək zamanı o, Əsəd və Şəfəqin spirtli içki qəbul etdiklərini bildirmişdir. Təxminən saat 04 radələrində kafedən evə getmək üçün qalxdıqlarını, Şəfəqin evə getmək istədiyini bildirdiyini, o Əsədə şəfəqi evlərinə aparmaq lazım olduğunu bildirib avtomobilini idarə etmək üçün icazə istədiyini, Əsəd Xəlilovun heç bir etiraz etmədən vaz 2106 markalı avtomobilin açarını ona verdiyini o, kafedən Şəfəqlə çıxaraq Əsədin vaz 2106 markalı avtomobilinə əyləşdiklərini, Ağsu şəhəri istiqamətində hərəkətdə olarkən, yolun sərt döngəsində idarəetməni itirdiyini və nəticədə avtomobilin yolun sağ tərəfində olan dirəyə dəyərək qəza baş verdiyini bildirmişdir. O, Şəfəqlə avomobildən düşərək yolun kənarında dayndıqlarmı həmin zaman Namiqin avtomobili ilə gələn Əsəd Xəlilovun və Elgün Abdullayevin gəldiklərini, onların avtomobildən düşərək nə baş baş verdiyini soruşduğunu, o isə hadisəni onlara izah etdiyini bildirmişdir. O, Əsəd Xəlilovun avtomobilə aid heç bir sənədlərinin olmadığım bildirib buna görə onu cərimə edəcəklərini bildirərək avtomobili onun qaçırdığını polisə deyəcəyini, o isə Əsədə avtomobili qaçırmadığım icazəsi ilə idarə etdiyini deməsini bildirmişdir. O, əlavə olaraq hadisədən əvvəl də kafedə olarkən Əsəd Xəlilovun bir neçə dəfə avtomobilin açarını ona verdiyini, mağazaya siqaret və pivə almaq üçün göndərdiyini bildirmişdir. O, Əsəd Xəlilovun vaz 2106 markalı avtomobilini qaçırmadığını, belə bir niyyətinin də olmadığım bildirmişdir. Barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahat verərək bildirmişdir ki, o xx.xx.2025-ci il tarixdə saat 00:30-da tanışları Simran, Elgün, Namiq və bir nəfər qadınla görüşmüşdür. Daha sonra o özünə məxsus vaz 2106 markalı **-BL-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili ilə tanışlarının isə Namiqin avtomobilinə əyləşərək Ağsu şəhəri Natavan küçəsində yerləşən Çinaraltı adlı kafeyə getmişdirlər. Kafedə əyləşib yemək yeyərək spirtli içki qəbul etdiklərini, kafedə olduqları müddətdə Simranın 1 dəfə onun avtomobili ilə ayağında olan cihazın yaşadığı evinə qoymaq üçün getdiyini, daha sonra 1 dəfə də onun avtomobilinin açarını götürüb idarə edərək mağazadan siqaret almaq üçün getdiyini və geri qayıtdığını bildirmişdir. O, saat 04 radələrində əlini və üzünü yumaq üçün ayağa qalxaraq kafenin tualetinə getdiyini, geri qayıdarkən Simranın və onlarla əyləşən qadının masada olmadığını, xəbəri olmadan avtomobilin açarını götürüb avtomobilini apardığını bildirmişdir. O, bundan sonra Namiqə Simranın arxasıyca getmələrini, Simranın onun avtomobilini idarə etməsini bildirmişdir. Sonra Elgünlə birgə Namiqin avtomobilinə əyləşdiklərini daha sonra Ağsu şəhəri M.Ə.Rəsulzadə küçəsi istiqamətində getməyə başladıqlarını, həmin yolun kənarında olan Al marketə çatana yaxın yolun kənarında yol nəqliyyat hadisəsi olduğunu, Simranın isə kənarda dayandığını gördüyünü, həmin yerdə avtomobildən düşdüklərini, Simrandan nə baş verdiyini soruşduğunu Simranın ona avtomobili ilə yol nəqliyyat hadisəsi törətdiyini, avtomobili işıq dirəyinə vurduğunu bildirmişdir. Məhkəmə inzibati xəta haqqında toplanmış materialları araşdıraraq hesab edir ki, Şəxs İXM-in 334.3-cü maddəsi ilə qeyd olunan inzibati xətanı törətməkdə təqsiri tam sübut olunur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - 11.08.2025-ci il tarixli, İXP ******* saylı “İnzibati xəta haqqında” protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, “Vaz 2106” minik markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan sərxoş halda idarə edərək yol hərəkəti qaydalarını pozmuşdur. - Azərbaycan Respublikası Ağsu Rayon Mənzil İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 5-34-10/2-2-60/2025 saylı məktubundan görünür ki, xx.xx.2025-ci il tarixdə Şəxs adına olan VAZ 2106 markalı, **-BL-*** nömrə nişanlı avtomobillə Ağsu ərazısındə Natavan küçəsində hərəkətdə olarkən idarəetməni itirmiş və yolun kənarındakı 1 ədəd Led 3 gözlü 150 v işıq dirəyini vuraraq yararsız hala salmışdır. Dəymiş ziyanın məbləği 1293 manatdır. - xx.xx.2025-ci il tarixli, 16 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə müayinəyə göndərilmiş və orta dərəcəli sərxoş olduğu müəyyən edilmişdir. - Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış materialda cinayət hadisəsi olmadığından cinayət işi başlanılması rədd edilmiş və Azərbaycan Respublikasnın İXM-337.3-cü maddəsi ilə tədbir görülməsi üçün qərarın surəti Ağsu rayon Polis Şöbəsinin DYPB-nə göndərilmişdir. İXM-in 334.1-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 334.3-cü maddəsinə əsasən, bu Məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə - səkkiz yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs İXM-in 334.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi iş materialları əsasında sübuta yetirilmiş və onun barəsində həmin maddələrin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. İXM-in 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs səmimi peşmançılığı inzibati məsuliyyəti yüngülləşdirən haldır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Şəxs törətdiyi inzibati xətaların hallarını, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, inzibati xətanın xarakterini və törədilmə şəraitini nəzərə alaraq Şəxs barəsində İXM-in 334.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh tədbiri – inzibati cərimə tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə və İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 334.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin və 800 (səkkiz yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Ağsu Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Babək Qasımov
Məhkəmə qərarları › İş №3(016)-232/2025
Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-232/2025
11.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver