Məhkəmə qərarları › İş №3(016)-235/2025

Ağsu Rayon Məhkəməsi Qərardad — İş №3(016)-235/2025

14.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağsu rayonu İş № 3(016)-235/2025 14.08.2025 AĞSU RAYON MƏHKƏMƏSİ Mən, hakim X1 Fərəc Azad oğlu barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM) 535.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materialları nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Ağsu rayon Polis şöbəsi tərəfindən Şəxs İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 14 avqust 2025-ci il tarixli MN seriyalı ******* nömrəli və 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 14 avqust 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib edilmiş və toplanmış sənədlərlə birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir. Həmin inzibati xəta haqqında protokollardan görünür ki, onlar bir nəfər şəxsin - X2 barəsində 206 və 535.1-ci maddələri ilə 14 avqust 2025-ci il tarixdə tərtib olunaraq, baxılması üçün 14 avqust 2025-ci il tarixdə Ağsu Rayon Məhkəməsinə göndərilmişdir. İXM-in 34.2-ci maddəsinə əsasən, şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Təqdim olunmuş materialları nəzərdən keçirərək və istinad olunan maddi hüquq normasının tələbini nəzərə alaraq, məhkəmə hesab edir ki, Şəxs törətdiyi inzibati xətalarla bağlı onun barəsində 14 avqust 2025-ci il tarixdə tərtib olunaraq, baxılması üçün məhkəməyə göndərilmiş inzibati xəta haqqında protokollara dair işlər bir icraatda birləşdirilərək eyni vaxtda baxılmalıdır. Şərh olunanlara əsaslanaraq və İXM-nin 34.2, 114, 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində İXM-nin 535.1-ci maddəsi ilə olan 14 avqust 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati inzibati xəta haqqında protokolla bağlı 3(016)-235/2025 nömrəli iş olan İXM-nin 206-cı maddəsi ilə 14 avqust 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati inzibati xəta haqqında protokollarla bağlı 3(016)-234/2025 nömrəli işlə bir icraatda birləşdirilərək eyni vaxtda baxılsın, birləşdirilmiş işdə 3(016)-234/2025 nömrəsi saxlanılsın. Sədrlik edən Babək Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar