Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-246/2023 09.06.2023 AĞSU RAYON MƏHKƏMƏSİ X10 Natiq oğlunun sədrliyi, Məmmədova Esma Kərim qızının katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 428.7.1-ci maddəsi ilə inzibati xəta törətməsi barədə Azərbaycan Respublikasının Dövlət X5 Regional Reklam İdarəsindən daxil olmuş materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Dövlət X5 Regional Reklam İdarəsindən daxil olmuş materiala əsasən Şəxs tərəfindən xx.xx.2022-ci il tarixdən bu günədək müvafiq icra sənədi olmadan açıq məkanda qanunsuz reklam yayımlanmışdır. Bu barədə Azərbaycan Respublikasının Dövlət X5 Regional Reklam İdarəsinin rəisi X3 tərəfindən xx.xx.2023-cü il tarixdə MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs izahat verərək bildirmişdir ki, mübahisə predmeti olan qeyri-yaşayış sahəsi onun adına deyil. Onun hazırda mülkiyyətçisi X2r. Həmin qeyri-yaşayış sahəsinin işıq sərfiyatına görə ödənilən qəbzi də məhkəməyə təqdim etmişdir. O, həmin qeyri-yaşayış sahəsindən hazırda istifadə etmir. Həmin qeyri-yaşayış sahəsindən onun istifadə etməsi, mübahisə premeti olan reklam lövhəsinin onun tərəfindən yerləşdirilməsini təsdiq edən hər hansı sübut iş materiallarına əlavə edilməmişdir. Həmin reklam lövhəsinin ona heç bir aidiyyəti yoxdur. İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının Dövlət X5 Regional Reklam İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Dövlət X5 Regional Reklam İdarəsinin nümayəndəsinin iştirakı olmadan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İnzibati xəta haqqında xx.xx.2023-cü il tarixdə MN seriyalı, ******* saylı protokol və ona əlavə edilən fotoşəkildən görünür ki, Şəxs Ağsu şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən “Nihad Studio təcili foto” obyekti üzərində tərəfindən xx.xx.2022-ci il tarixdən bu günədək müvafiq icra sənədi olmadan açıq məkanda qanunsuz reklam yayımlamışdır. - xx.xx.2023-cü il tarixli 32 saylı baxış aktından görünür ki, Şəxs Ağsu şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən “Nihad Studio təcili foto” obyekti üzərində qanunsuz reklam yayımlanmasını həyata keçirmişdir. - 25.09.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, “Nihad Studio təcili foto” obyekti X1 adınadır. Məhkəmə proses iştirakçısının izahatını, inzibati xəta haqqında protokolu və iş materiallarına əlavə edilmiş digər sənədləri tədqiq edərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında Şəxs izahatında mübahisə predmeti olan qeyri-yaşayış sahəsi onun adına deyil. Onun hazırda mülkiyyətçisi X2r. Həmin qeyri-yaşayış sahəsinin işıq sərfiyatına görə ödənilən qəbzi də məhkəməyə təqdim etmişdir. Qeyd olunanlara əsasən Məhkəmə hesab edir ki, mübahisə predmeti olan qeyriyaşayış sahəsinin X1 adına olması Şəxs tərəfindən məhkəməyə təqdim edilmiş sənədlə təsdiq olunur, lakin həmin obyektdən hazırda Şəxs istifadə etməsi təsdiq olunmur. Bundan başqa inzibati xəta haqqında protokol tərtib edilməsinə əsas olmuş reklam lövhəsinin Şəxs tərəfindən hazırlanaraq qeyd olunan ərazidə yerləşdirilməsini təsdiq edən hər hansı sübut iş materiallarına əlavə edilməmişdir. Göründüyü kimi Şəxs tərəfindən müvafiq icra sənədi olmadan açıq məkanda qanunsuz reklam yayımlanması halı məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM): 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İXM-nin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq, işdə iştirak edən şəxsin izahatını dinləyərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən müvafiq icra sənədi olmadan açıq məkanda qanunsuz reklam yayımlanması sübuta yetirilmədiyindən onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: xx.xx.1984-cü il təvəllüdlü Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Ağsu Rayon Məhkəməsi vasitəsilə Ağsu Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Babək Qasımov
Məhkəmə qərarları › İş №3(016)-246/2023
Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-246/2023
09.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver