Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-249/2025 12.09.2025 AĞSU RAYON MƏHKƏMƏSİ X3 Natiq oğlunun sədrliyi, Cəbrayılova Könül Alov qızının katibliyi ilə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 262.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Dövlət Su Ehtiyatları yanında Suların İstifadəsinə və X1 Xidmətinin 3 saylı X2 bölməsinin əməkdaşları tərəfindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala audio və video yazı aparılmaqla baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: 18 avqust 2025-ci il tarixində keçirilən nəzarət tədbirləri zamanı tullantı sularının təyinatsız (çölə) axıdılması aşkar edilmişdir və Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 262.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt xx.xx.2025-ci il tarixli 000616 nömrəli akt, izahat, fotoşəkillər və digər materiallar ilə təsdiq edilmişdir. Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları yanında Suların İstifadəsinə və X1 Xidmətinin 3 saylı X2 bölməsinin əməkdaşı tərəfindən xx.xx.2025-ci il tarixdə MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı brədə xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlməmişdirlər və gəlməməkləri barədə məhkəməyə heç bir məlumat verməmişdirlər. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 262.3-cü maddəsi ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq İXM-nin 262.3-cü maddəsi ilə tövsif olunmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Dövlət Su Ehtiyatları yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin 3 saylı X2 bölməsinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixdə MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, 18 avqust 2025-ci il tarixində keçirilən nəzarət tədbirləri zamanı tullantı sularının qanunsuz su təchizatı şəbəkəsinə axıdılması aşkar edilmişdir və Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 262.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. - Azərbaycan Dövlət Su Ehtiyatları yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin 3 saylı X2 bölməsinin əməkdaşları tərəfindən tərtib edilmiş 000616 nömrəli aktdan görünür ki, nəzarət tədbirləri zamanı Ağsu rayonu ərazisində Bakı-Şamaxı- Yevlax yolunun 157-ci km-liyində yolun sağ hissəsində 40 34 52” N 48 23 36” E koordinatlarında tullantı sularının kənara təyinatsız axıdılması aşkar olunmuşdur. Araşdırma zamanı məlum olmuşdur ki, Ağsu rayonu, Qaradağ kənd sakini Şəxs tərəfindən icarəyə götürdüyü avtoyuma məntəqəsinin tullantı suları qanunsuz su təchizatı şəbəkəsinə axıdılır. Şəxs yerində izahatı alınmışdır. O, izahatında bildirmişdir ki, işlətdiyi avtoyuma məntəqəsindən axıdılan çirkab suları qanunsuz su təchizatı şəbəkəsinə qoşulmuşdur. Ancaq gələcəkdə bu nöqsanı aradan qaldırmaq üçün lazımı işlər görüləcəkdir. Qeyd olunanlara əsasən Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 262.3-cü maddəsi ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq İXM-nin 262.3-cü maddəsi ilə tövsif olunmuşdur. İXM-nin 262.3-cü maddəsinə əsasən Su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla suyun talanması nəticəsində az miqdarda ziyan vurulmasına görə -fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə cərimə edilir. İXM-nin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İXM-nin 31.2-ci maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hal müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Şəxs İXM-in 262.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 48-51, 114, 115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və 200 (iki yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağsu Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Babək Qasımov
Məhkəmə qərarları › İş №3(016)-249/2025
Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-249/2025
12.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver