Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-251/2023 06.06.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Ağayev Rəşad Vidadi oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1980-ci ildə Sumqayıt şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM) 590.2-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Ağsu rayon Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs icra hakimiyyəti orqanından xüsusi icazə olmadan mülki silahı saxlamışdır. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X3 izahat verərək göstərdi ki, Şəxs icra hakimiyyəti orqanından xüsusi icazə olmadan mülki silahı saxlamışdır. Onun barəsində İXM-nin 590.2-ci maddəsi ilə tədbir görülməsini xahiş etdi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərd ki, o, 26 ildir ki, Sumqayıt şəhərində mebel ustası işləyir. Telman Bağırov onun bu sahədə tələbəsi olub. Telmanla həmin vaxtlardan dostluq münasibələri yaranmışdır. 24 yanvar 2023-cü il tarixində Telmana Ağsu rayonu, Çaparlı kəndində yerləşən evinə su çəkmək üçün ona kömək etməsini, kəndə getdikdən sonra həm də birlikdə balıq tutmağa gedəcəklərini təklif etmişdir. Telman da onunla razılaşmış və 24 yanvar 2023-cü il tarixində birlikdə ona məxsus olan “Mercedes Benz C180” markalı, **-FJ-*** dövlət nömrə nişanlı avtomobil ilə Ağsu rayonu, Çaparlı kəndindəki evinə gəlmişlər. Ağsu rayonuna gəlməmişdən əvvəl Sumayıt şəhərində saxladığı heç bir sənədi olmayan “BUM” markalı, 94382-59 nömrəli, 16 kalibrili, qoşa lüləli ov silahını və üzərində 12 ədəd patron olan qətəri avtomobilinin yük hissəsinə qoymuşdur. Çaparlı kəndinə gəldikdən sonra evdə bir qədər işlədikdən sonra gecəni yatmışlar. Səhər isə saat 08:30 radələrində qabaqcadan razılaşdıqları kimi o, Telman və həmkəndlisi X5 ilə birlikdə balıq tutmaq üçün Ağsu rayonu, Kəndoba kənd ərazisinə getmişlər. Kəndoba kəndinə çatdıqdan sonra balıq tutmaq üçün getdikləri yerdə olan zaman polis əməkdaşları yaxınlaşaraq özlərini təqdim etmiş və avtomobildə qanunsuz əşya olub olmadığını soruşmuşlar. O da həmin vaxt avtomobilin yük hissəsində sənədsiz ov tüəngi olduğunu bildirmişdir. Bundan sonra onları polis şöbəsinə dəvət etmişlər, onlar da birlikdə polis şöbəsinə gəlmişlər. “BUM” markalı, 94382- 59 nömrəli, 16 kalibrili, qoşa lüləli ov silahını heç bir sənədi yoxdur, o cümlədən həmin silahdan atəş açmamış və ov etməmişdir. Ona yüngül inzibati tənbeh tədbirinin verilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - 16 may 2023-cü il tarixli, MN ******* saylı protokoldan görünür ki, Şəxs icra hakimiyyəti orqanından xüsusi icazə olmadan mülki silahı saxlamış və İXM-nin 590.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. - Ağsu rayon X4 Qrupunun xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material əsasında Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işi başlanması rədd edilmişdir. Barəsində İXM-in 590.2-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülməsi üçün qərarın surəti Ağsu RPŞ-nin X1 göndərilmiş, götürülmüş 94392-59 nömrəli, 16 kalibrli, qoşa lüləli mülki ov tüfəngi və üzərində 12 ədəd patron olan qətər Azərbaycan Respublikası Maddi Texniki Təminat Baş İdarəsinin silah anbarına təhvil verilənə kimi Ağsu RPŞ-nin saxlanc anbarında saxlanmışdır. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib iş materiallarında olan sənədləri tədqiq edərək hesab edir ki, 16 may 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol üzrə inzibati tənbeh vermə müddəti keçdiyindən iş üzrə icraata xitam verilməlidir. İXM-in 590.2-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə - silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Məhkəməyə təqdim edilən sənədlərdən göründüyü kimi, Şəxs icra hakimiyyəti orqanından xüsusi icazə olmadan mülki silahı saxlamaqla İXM-in 590.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İXM-in 38.1-ci maddəsinə əsasən, inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında, həmçinin dərman vasitələri haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 dekabr 2019-cu il tarixli qərarında qeyd olunur ki, qanunverici inzibati tənbehin tətbiqinin müddətini müəyyən edərkən ilk növbədə inzibati xətanın aşkar edilməsi və müvafiq icraatın aparılması meyarlarından çıxış edir. Digər tərəfdən, inzibati tənbeh vermə müddətinin üç ay müəyyən edilməsi onunla izah olunur ki, qanunverici “prosessual qənaət” prinsipinə əsaslanaraq məhkəmə prosesinin əsassız olaraq uzadılmasının qarşısını almış olur. Belə yanaşma işlərə ağlabatan müddətlərdə baxılması prinsipinin və son nəticədə ədalətli məhkəmə araşdırmasının təmin edilməsinə xidmət edir. Bu, öz növbəsində, inzibati xətalar qanunvericiliyinin prinsiplərinə də uyğundur. Beləliklə, Şəxs tərəfindən İXM-in 590.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədildiyi gündən, yəni 25 yanvar 2023-cü il tarixdən üç aydan artıq müddət keçdiyindən, onun barəsində inzibati tənbeh verilə bilməz. İXM-in: 53.0.6-cı maddəsinə əsasən, həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Odur ki, Şəxs barəsində tərtib olunmuş 16 may 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata, inzibati tənbeh vermə müddəti keçdiyindən xitam verilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 40.0.1, 43, 48-51, 53, 55, 114.1.4, 115 və 128-130 maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Ağsu rayon Polis şöbəsi tərəfindən tərtib olunmuş 16 may 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata inzibati tənbeh vermə müddəti keçdiyindən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №3(016)-251/2023
Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-251/2023
06.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver